Sebetler - Wikipedia
Səbətlər - Haqqında Məlumat
Səbətlər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir[1].
Səbətlər | |
---|---|
41°13′33″ şm. e. 48°39′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 596 m |
Saat qurşağı | |
Toponimikası
redaktəSəbətlər oyk., sadə. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Vəlvələçayın sahilində, Rustov çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrin sonu XX əsrin əvvəllərində Çiçi kəndinin qışlağı olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr qışlaqda daimi məskunlaşmışlar. Oykonim müxtəlif mənbələrdə Sabat- lar, Söhbətlər variantlarında qeydə alınmışdır. Tədqiqatçılar kəndin adım söhbətlər nəslinin adı ilə bağlayırlar. Şabran r-nunda da Söhbətli adlı kənd var.[2]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır. Əhalisi tatlardır.[3]
Din
redaktəKənddə Səbətlər kənd məscidi dini icması fəaliyyət göstərir[4].
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |