Siddik Sami Onar - Wikipedia
Sıddık Sami Onar (türk. Sıddık Sami Onar 1898[1], İstanbul – 9 avqust 1972, İstanbul) — Türkiyə hüquqşünası, inzibati hüquq üzrə mütəxəssis. Müasir Türkiyə inzibati hüququnun qurucusu, İstanbul Universitetinin ilk seçilən rektoru və universitetdə ilk inzibati muxtariyyətin müdafiəçilərindən biri idi. 1946–1963-cü illərdə İstanbul Universitetinin rektoru və müxtəlif vaxtlarda hüquq fakültəsinin dekanı vəzifəsini daşımışdır.
Sıddık Sami Onar | |
---|---|
türk. Sıddık Sami Onar | |
Doğum tarixi | 1898[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 1972 |
Vəfat yeri | |
Milliyyəti | türk |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Həyatı
redaktəSıddık Sami Onar 11 noyabr 1897-ci ildə İstanbulda Melepker və Abdulla Saminin ailəsində anadan olmuşdur. İlk təhsilini istnbulda almışdır. Sonradan Vefa liseyində təhsilinə davam etmişdir. Onar İstanbul Universitetinin hüquq fakültəsini bitirmişdir. Bir müddət sonra Paris Unuversitetində Hüquq Fakültəsindən məzun olmuşdur.
Sıddık Sami Onar 1925-ci ildən İstanbul Ticarət Məhkəməsində hakim vəzifəsini icra etməyə başlamışdır. Eyni zamanda o, təhsil müəssisələrində dərs də deyirdi. Onar Mülkiye Mektebi və Qalatasaray Liseyində müəllimlik etmişdir. 1933-cü ildə universitet islahatından sonra Hüquq Fakültəsində inzibati hüquq professoru, sonrakı il isə ordinaryüs professoru oldu.
İstanbul Unuversitetinin rektoru
redaktəO, eyni fakültədə iki dəfə dekan təyin edildi. 1946-cı ildə qüvvəyə minən və Universitetləri Milli Təhsil Nazirliyindən ayıran və onlara elmi və inzibati muxtariyyət verən Universitetlər Qanununun ardından İstanbul Universitetinə seçilən ilk rektor oldu. Sami Onar bu vəzifəni 1949-cu ilə qədər davam etdirmişdir. 1948-ci ildə Fransanın Tuluza Universiteti Onara hüquq elmləri doktoru adını verdi. 1949-cu ildə İnzibati Hüquq və İdarəetmə İnstitutunu quran Onar, ölümünə qədər bu qurumun direktoru vəzifəsini daşımışdır.
1960-cı il aprelin 28-də İstanbul Universiteti tələbələri Demokratik Partiyanın istintaq komitəsinin yaradılmasına qarşı etiraz aksiyaları keçirdi. Tələbə etirazlarına hücum zamanı polis etirazçıları həbs etmək üçün universitetə girdi. Sıddık Sami Onar universitetin muxtar statusunu əsas gətirərək təhsil müəssisəsinin ərazisində polisin olmasına qarşı çıxdı. Daxili işlər naziri Namık Gediklə telefon əlaqəsi saxladı, sonuncu Onarın arqumentləri ilə razılaşsa da, polis hərəkətlərinə davam etdi. Polis və tələbələr arasındakı qarşıdurmada Sıddık Sami Onar kəllə-beyin travması aldı.[2][3].
27 may 1960-cı il dövlət çevrilişindən sonra 1961-ci il Konstitusiyasını hazırlayan komitənin idarə heyətinə Sıddık Sami Onar başçılıq edirdi.[4] Lakin bir müddət sora komitə buraxıldı. Türkiyə Respublikası Konstitusiyası xalq səsverməsi ilə qəbul edildi. Bu arada, Milli Birlik Komitəsi tərəfindən "147"lər kimi tanınan bəzi akademiklərin işdən çıxarılmasına etiraz edərək rektor vəzifəsindən istefa verdi.[4] "147"lər probleminin həllində fəal rol oynayan Onar üçüncü dəfə rektor seçildi və 1963-cü ilə qədər bu vəzifədə qaldı.[5]
Mülki hüquq, dövlətlər, borclar, icra və iflas qanunları sahələrində bir çox əsərləri olan Onarın ən əhəmiyyətli kitabı, İdarəetmə Qanununun Ümumi Əsaslarıdır. Sıddık Sami Onarın bu əsəri 1966–1967-ci illərdə, 3 cilddə, ilk dəfə isə 1952-ci ildə nəşr edilmişdir. İdarəetmə Qanununun Ümumi Əsasları kitabı Türkiyə hüququnda ən böyük ictimai hüquq araşdırması sayılır. 1972-ci ildə İtaliya Prezidentindən Cümhuriyyət Şərəf Ordenini alan Sıddık Sami Onarın xatirəsinə İstanbul Universiteti 1977-ci ildə Onar Mükafatını təsis etmişdir.
Sıddık Sami Onar 9 avqust 1972-ci ildə İstanbulda vəfat edib.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #1026235987 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ ["Malatya on line news (türk.)". 2018-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30. Malatya on line news (türk.)]
- ↑ "Essay by Prof. Ahmet Saltık (türk.)". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ 1 2 Metin Toker:Demokrasimizin İsmet Paşalı Yılları 1960–1961, Bilgi Yayınevi, İstanbul,1991, ISBN 975-494-276-5 p.26, pp182–184
- ↑ "Hakkı Serdar Basan's essy in the belleten of İstanbul school of law (türk.)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-19.