Siginacaq - Wikipedia
Sığınacaq — əhalini və qoşunların şəxsi heyətini bütün qırğın vasitələrinin zədələyici təsirindən qorumaq üçün tikilən xüsusi qurğu.
Sığınacaq mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növüdür.
Sığınacaqdan ilk dəfə Birinci dünya müharibəsi zamanı istifadə edilmişdir. İkinci dünya müharibəsi illərində isə bomba və qaz sığınacaqları geniş tətbiq olundu. Sığınacaq mohkəm inşaat materiallarından tikilir (nüvə partlayışının zərbə dalğası təsirindən qorunmaq üçün), radioaktiv, kimyəvi, bakterioloji maddələrdən qorunmaq üçün hermetik olur, ventilyasiya qurğusu ilə təchiz edilir və burada adamların 2-3 gün qalması üçün şərait yaradılır. Sığınacaqlarda adamların yerləşdiyi əsas otaqlardan başqa ərzaq, su ehtiyatları saxlanan otaqlar, sanitariya qovşağı və digərləri üçün nəzərdə tutulan yardımçı otaqlar, kanalizasiya, isitmə sistemi, qəza halları üçün giriş və çıxış yolları və sığınacaq olur. Metropoliten stansiyaları, yeraltı qazmalar və digərlərindən də sığınacaq kimi istifadə edilə bilər.
İstinadlar
redaktəXarici keçidlər
redaktə Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |