Sim Kart - Wikipedia
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu.[1]
SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s).[2][3]
Tarixi
redaktə1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir.[4] Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki[5] , telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin.[6]
Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır.[7] GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.[8]
Standartlar
redaktəGSM SİM-kartı adi ISO 7816 smartkart növüdür. GSM SİM kart üçün kartın spesifik xüsusiyyətlərinə Telekommunikasiya Standartlarının Avropa İnstitutu tərəfındən GSM 11.11, GSM 11.14 və GSM 11.19 standartları təşkil olunub.[9] Müasir kartlar kartda proqramların icrası da mümkündür. Bununla əlaqədar olaraq SİM kartlar, JavaCard funksionallığını dəstəkləyirlər.[10]
SIM-kartların ölçüləri
redaktə- Tam ölçülü SİM kart (86×54x0,84 millimetr) — köhnəlmiş standartdır, birinci mobil telefonlarda (UIM-in ölçüsündə) istifadə olunur[11];
- Mini-SİM kart (25×15x0,76 millimetr) — indiki GSM-telefonlarda və 3G texnologiyasını dəstəkləyən telefonların əksəriyyətində geniş istifadə olunur;
- Micro-SIM (15×12x0,76 millimetr) — 3G, LTE və (Apple iPad və iPhone, Nokia N9, Nokia Lumia seriyasının bütün modelləri[12], LG U880, Samsung Galaxy S III, BlackBerry-in yeni modelləri, məsələn Z10, Q10, Sony Xperia, LG Nexus 5 və başqa) yeni modellərdə istifadə olunur.
- Nano-SİM (12,3×8,8x0,67 millimetr) — Nano-SİM-in 3 versiyası mövcuddur[13]:
- (12×9 millimetr) Apple təşəbbüsü ilə Giesecke & Devrient şirkəti tərəfindən hazırlanmışdır. Qalınlığı başqa versiyalarla müqayisədə 15% azaldılmışdır. Əks uyğunluq adapterin köməyi ilə həyata keçirilir.[14][15]
- (10x8) Nano-SİM Nokia şirkəti tərəfindən təklif edilmişdir. Forması SD-kart formasına oxşayır. Kart xüsusi altlığı tələb etmir. Təəssüf ki, bu kartı yalnız xüsusi çıxışla yeni qurğularda istifadə etmək mümkün olacaq.
- (11x9) Nano-SİM RIM təklif edilmişdir. Yalnız ölçüləri ilə fərqlənən Nokia şirkətinin Nano-SİM kartı eynidir.[16]
İstinadlar
redaktə- ↑ GSMA Intelligence. "Understanding SIM evolution" (PDF). GSMA Intelligence. GSMA. 20 March 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-31.
- ↑ "Calling Features on Your Samsung Galaxy Phone". Samsung. Limit Calling to Specific Numbers. 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
- ↑ "Access codes". Nokia. 2023-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-24.
- ↑ Tait, Don. "Smart card IC shipments to reach 12.8 billion units in 2021". IHS Technology. IHS Markit. 25 August 2016. 24 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2019.
- ↑ Chen, Zhiqun. Java Card Technology for Smart Cards: Architecture and Programmer's Guide. Addison-Wesley Professional. 2000. 3–4. ISBN 9780201703290.
- ↑ Veendrick, Harry J. M. Nanometer CMOS ICs: From Basics to ASICs. Springer. 2017. 315, 481–2. ISBN 9783319475974.
- ↑ "3GPP specification: 51.011". 28 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2016.
- ↑ "3GPP specification: 31.102". 14 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2016.
- ↑ "World's First GSM Call was made 20 years ago". www.fonearena.com. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
- ↑ "Official Publication of the International Card Manufacturers Association February 2017 Volume 27 No1" (PDF). İstifadə tarixi: 28 May 2017.[daimi ölü keçid]
- ↑ "Ericsson Mobility Report November 2015" (PDF). 17 March 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 May 2017.
- ↑ "List of issuer identifier numbers for the international telecommunication charge card (in accordance with Recommendation ITU-T E.118 (05/2006))". International Telecommunication Union. 5 January 2015. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2019.
- ↑ "Specifications Archive: Secure Element (Card)". GlobalPlatform (ingilis). 31 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2019.
- ↑ Asif, Saad Z. Next Generation Mobile Communications Ecosystem. John Wiley & Sons. 2011. səh. 306. ISBN 978-1119995814.
- ↑ "G&D – History of Giesecke & Devrient". 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 April 2016.
- ↑ "GSMA Embedded SIM and RSP". 7 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.
Xarici keçidlər
redaktə- GSM 11.11 – Specification of the Subscriber Identity Module-Mobile Equipment (SIM-ME) interface.
- GSM 11.14 – Specification of the SIM Application Toolkit for the Subscriber Identity Module-Mobile Equipment (SIM-ME) interface
- GSM 03.48 – Specification of the security mechanisms for SIM application toolkit
- GSM 03.48 Java API – API and realization of GSM 03.48 in Java
- ITU-T E.118 – The International Telecommunication Charge Card 2006 ITU-T