Surunen Qaragac - Wikipedia
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Sürünən qarağac | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Sürünən qarağac |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəÇinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir.
Ekologiyası
redaktəÖz arealında quraqlı rayonlarında kol kimi bitir.
Azərbaycanda yayılması
redaktəRespublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəBu növ çox vaxt meşələrin bərpası üçün istifadə edilir. Qabığından lif alınır.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 226.