Surusen Daslar - Wikipedia
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir. Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir.[1]
Əfsanələr
redaktəYerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi.
Təsfiri
redaktəQayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı. İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi.
Qayaların sirri
redaktəHərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı. Belə ki, elmi araşdırmalara görə Ölüm vadisində gecələr tempratur çox soyuq olduğundan bu göl yatağında suyun donmasına səbəb olur. Qayaların daha intensiv hərəkəridekabr ayının 20-si yanvar ayında müşahidə edildi. Belə ki, 60-a yaxın qayanın hərəkəti aşkarlandı və hətta bəzisinin 224m hərəkət etdiyi üzə çıxdı. Bu hadisənin Dekabrda daha intensiv baş verməsinin səbəbi sirrin suyun donması ilə əlaqədar olmasında olduğunu göstərdi. Beləliklə sirr ondan ibarət idi ki, gecə göl yatağında donmuş su səhərə yaxın əriməyə başlıyırdı və buz tutmuş qaya parçaları əriyən buzun üstündə küləyin də gücü ilə çox rahat hərəkət edirdi. Bu hadisənin 16 dəqiqə davam etməsi onun müşahidəsini çətinləştirirdi və beləcə onu heç kəs görmürdü. Həmin ili GPS-dən müşahidəyə əsasən qayanın bəziləri 5 m/saat sürətlə 5 dəqiqəyə yaxın hərəkət etmişdi[2][3]
İstinadlar
redaktə- ↑ Clements, Thomas D. (1 September 1952). "Wind-blown rocks and trails on Little Bonnie Claire Playa, Nye County, Nevada". Journal of Sedimentary Research. SEPM Society for Sedimentary Geology. 22 (3): 182–86. ISSN 1527–1404. doi:10.1306/D42694F4–2B26–11D7–8648000102C1865D. Retrieved 18 may 2013.
- ↑ Norris, RD; Norris, JM; Lorenz, RD; Ray, J; Jackson, B (27 August 2014). "Sliding Rocks on Racetrack Playa, Death Valley National Park: First Observation of Rocks in Motion.". PLoS ONE. Public Library of Science. 9 (8): e105948. PMC 4146553 Freely accessible. PMID 25162535. doi:10.1371/journal.pone.0105948. Retrieved 27 August 2014.
- ↑ Mystery of Death Valley's Moving Stones Solved. Wall Street Journal. 28 August 2014. Retrieved 31 August 2014.
Xarici keçidlər
redaktə- Smithsonian Magazine: "How Do Death Valley’s "Sailing Stones" Move Themselves Across the Desert?" Arxivləşdirilib 2013-06-13 at the Wayback Machine — June 2013 issue.
- National Geographic: "What Drives Death Valley's Roving Rocks?"
- Racetrackplaya.org: The Racetrack Playa Blog — homepage
- SJSU.edu: "The Sliding Rocks of Racetrack Playa" Arxivləşdirilib 2007-06-08 at the Wayback Machine — by Paula Messina.
- Smith.edu: "The Mystery of the Rocks on the Racetrack at Death Valley" Arxivləşdirilib 2007-10-13 at the Wayback Machine — by Lena Fletcher and Anne Nester.
- Physics Forums.com: "The Sliding Rock Phenomenon" — online discussion.
- YouTube: Moving Rocks of Death Valley's Racetrack Playa — video by Brian Dunning.
- Fox News.com: Why Are Death Valley's Rocks Moving Themselves? — by Philip Schewe.
- Plosone.org: "Sliding Rocks on Racetrack Playa, Death Valley National Park: First Observation of Rocks in Motion"
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Death Valley 2014
adlı istinad üçün mətn göstərilməyib