Sumeyye Boyaci - Wikipedia
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı.
Süməyyə Boyacı | |
---|---|
türk. Sümeyye Boyacı | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 5 fevral 2003 (21 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktə5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur[1][2]. O, omba displaziyası ilə doğulub və qolları yoxdur[3].
O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir[4].
Rəsmlığı
redaktəDörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib[3]. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib[5][6]. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir[4][7]. 2014-cü ildə Əskişəhər sərgisində Boyacının rəsmləri nümayiş etdirilmişdir[8].
Üzgüçülük
redaktəQolsuz üzən balıqları görən Boyacının diqqətini üzmək cəlb edir. O, 2008-ci ildə üzməyə başlayıb. 2012-ci ildən Mehmed Bayraq tərəfindən üzgüçülüyün sirlərinə yiyələnir.
2016-cı ildə Boyacı peşəkar kimi beynəlxalq debütunu edir. İyun ayında Berlində keçirilən Beynəlxalq Çempionatda iştirak edir. Həmin il o, Paralimpiya komandasına vəsiqə qazanmış və Paralimpiya Oyunlarında iştirak etmiş, lakin medal qazana bilməmişdir. 2017-ci ildə İtaliyada keçirilən gənclər arasında Avropa çempionatında iştirak etmiş və bürünc medal qazanmışdır. 2018-ci ilin avqust ayında Dublində keçirilən Paralimpiya Üzgüçülük üzrə Avropa Çempionatında 50 m arxası üstə üzmə S5 kateqoriyasında qızıl medal qazanıb. 2019-cu ildə Londonda keçirilən Paralimpiya Üzgüçülük Çempionatında gümüş medal sahibi olur[9]. O, 2022-ci ildə Portuqaliyanın Madeyra adasında keçirilən Para Üzgüçülük üzrə Dünya Çempionatında 50 m arxası üstə üzmə S5 kateqoriyasında 41.58 nəticə ilə dünya çempionu olub.
2022-ci ildə Eti Sosial Elmlər Liseyini ikinci dərəcə ilə bitirmişdir.
İstinadlar
redaktə- ↑ "Athlete Profile Swimming: Boyaci Sumeyye". Paralympic Mexico City 2017. İstifadə tarixi: 2018-01-03.[ölü keçid]
- ↑ "Athlete Profile Swimming: Boyaci Sumeyye". Paralympic Mexico City 2017. 2018-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ 1 2 "Efsane değil gerçek deniz kızı". Hürriyet (türk). 2008-11-08. 2016-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ 1 2 "6 yaşındaki Sümeyye'nin inanılmaz azmi". Hürriyet (türk). 2009-09-16. 2016-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Küçük Sümeyye'den Cumhurbaşkanı Gül'e davet". Hürriyet (türk). 2009-02-27. 2016-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ Ataklı, Can. "Açgözlülük üzerine bir Rus masalı". Sözcü (türk). 2017-01-22. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Medvedev bile ona hayran". Vatan (türk). 2010-01-19. 2020-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Ayakları İle Ebru Yapan Sümeyye Boyacı Vali Tuna'yı Makamında Ziyaret Etti". Milliyet (türk). 2014-11-17. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Sümeyye Boyacı dünya ikincisi oldu". Hürriyet (türk). 2019-09-14. 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.