Sulh Goyercini Abidesi - Wikipedia
Sülh_göyərçini_abidəsi - Haqqında Məlumat
"Sülh göyərçini" abidəsi — Sumqayıt şəhərində memarlıq abidəsi, şəhərin əsas rəmzlərindən biri. Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.
Sülh göyərçini abidəsi | |
---|---|
40°35′29″ şm. e. 49°40′51″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Sumqayıt |
Tikilmə tarixi | 1978 |
Material | beton |
Tarixi
redaktəAbidə 1978-ci ildə[1] Sumqayıtın dənizkənarı parkında ucaldılmışdır. Abidə betondan tökülmüşdür. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub[2].
Müəllifləri
redaktəMüəllifləri Sumqayıt şəhərinin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltaraş Asim Quliyevdir.[3] Əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür.
Bərpası
redaktəAbidə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib.
Poçt markalarında
redaktə-
2004
-
2009
-
2014
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Sumqayıtda "Sülh göyərçini" abidəsi açılıb". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-05.
- ↑ "Sumqayıt şəhərinin heykəltaraşlıq abidələri". Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (az.)
- ↑ "Sumqayıtda məşhur abidənin müəllifi vəfat etdi - FOTO". Milli.Az. 7 mart 2020. 2020-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2020.
Xarici keçidlər
redaktə- gomap.az: "Sülh göyərçini" abidəsi (az.) (rus.) (ing.)
Sumqayıt şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |