Suleyman Residi - Wikipedia
Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu.
Süleyman Rəşidi | |
---|---|
Doğum adı | Süleyman Əliyev Həsən oğlu |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Şövkət Babayeva |
Təhsili | |
Fəaliyyəti | dramaturq, ssenarist |
Əsərlərinin dili | azərbaycanca, rusca |
Həyatı
redaktəSüleyman Rəşidi 1927-ci ildə mayın 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq illəri doğma Naxçıvan şəhərində keçmişdir. Təhsilini davam etdirmək ücün 1951-ci ildə Bakı şəhərinə köçmüş və həmin ildə orada Azərbaycan Politexnik İnstitununa daxil olmuşdur. 1956-cı ildə institutu bitirərək mühəndis ixtisası üzrə uzun illər çalışmışdır.
Yaradıcılığı
redaktəSüleyman Rəşidinin yaradıcılığı ömrünün uzun illərini əhatə edir. Öz yazıçılıq fəaliyyətini mühəndis sənətinə paralel qoyaraq, uzun illər bu iki bir-birindən fərqli peşələri uğurla davam etdirmişdir. Buna görə Süleyman Rəşidi sənət dairələrində mühəndis-dramaturq kimi tanınıb.
Süleyman Rəşidi yaradıcılığına demək olar ki, gənc yaşlarından başlamışdır. Üç qardaşı və bir bacısı olan gəncin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. İki qardaşı - Həmid və Abbasqulu müharibədə iştirak etmişdir. Olardan gələn məktublara əsasən əsgərlərin keçdiyi əzablı yolları öz kiçik hekayələrində əks etdirmişdir. Müharibənin qızğın çağlarında Malaya Zemlyada vuruşan Abbasqulu Əliyev ağır yaralanaraq bir neçə aydan sonra vətənə qayıdır. Böyük qardaşının danışdıqlarından ilham alan gənc Süleymanda elə o illərdə öz şah əsəri olan "Canlı heykəl"in ilk obrazları canlanır.
Böyük Vətən Müharibəsi əzablarını özundə əks etdirən "Canlı heykəl" psixoloji dram əsərini gənc yaşlarından yaratmasına baxmayaraq, hər zaman öz yaratdıqlarına tənqidi yanaşan Süleyman Rəşidi, uzun illər əsəri üzə çıxarmamış, ancaq 1978-ci ildə ilk dəfə olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrıda əməkdar incəsənət xadimi, rejissor Baxşı Qələndərli tərəfindən səhnəyə qoyulmuşdur.[1]
Quruluşçu rəssam M.Qasımov, musiqi tərtibçisi M.Ələkbərov olmuşdur. Mart ayının 15-də premyerası olan tamaşada əsas rollarda Z.Həmzəyeva (Anna İvanovna), N.Həmzəyev (Mahir), S.Hüseynova (Validə), S.Mirzəyeva (Valya) çıxış edirdilər. “Şərq qapısı” qəzetində C.Vəzirov və A.Haqverdiyevin müəllifləri olduqları resenziyada “Canlı heykəl” tamaşasında aktyor ifasının maraqla baxılması, səmimi, təsiredici olması xüsusi vurğulanmışdı.[2] Sonrakı illərdə "Canlı heykəl" əsəri rus və bir neçə sovet xalqlarının dilinə tərcümə olunaraq səhnələşdirilmişdir. Lakin o dövrə qədər Süleyman Rəşidinin bir çox dram əsərləri həyat üzü görmüsdü. Onlardan "İki ananın bir oğlu", "Mən onu axtarıram" pyesləri Naxçıvan şəhərində, "Qonaq" pyesi Jdanov şəhər xalq teatrında səhnələşdirilmişdir. Füzuli, Biləsuvar, Ağdaş, Zaqatala və bir çox rayon teatrlarında, "Qələm", "Arzu arzusuna çatdi", "Gəncliyin iradəsi", "Hədiyyə", "Qonaq", "Yaxşılığa yamanlıq", "Kiçik leytenant" əsərləri uğurla tamaşaya qoyulub.
Qarabağ müharibəsi və SSRİ-nin dağılma ərəfəsində baş verən hadisələrə Süleyman Rəşidi biganə qalmamış və 20 Yanvar şəhidlərinə həsr etdiyi "Allah onlara rəhmət eləsin" əsərini yaratmışdır və Azərbaycanın əməkdar artisti Vidadi Əliyev tərəfindən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında ilk dəfə 1993-cü ildə səhnəyə goyulmuşdur.[3] Həmən əsər sonra 1994-cü ildə İran-da Təbriz Universitetinin "Vəhdət" salonunda tamaşaya qoyulub. Azərbaycan xalqının faciəli taleyini əks etdirən bu əsər cənublu həmyerlilərimiz tərəfindən hərarətlə qarşılandı. Bunun nəticəsi olaraq Süleyman Rəşidi cənublu həmyerlilərimizə "Mənim Ərdəbilim" komediyasını yazmışdır. Əsər Amaliya Pənahova tərəfindən Bakı Bələdiyyə Teatrında səhnələşdirilmişdir.[4]
Teatr tamaşaları
redaktə- İki ananin bir oğlu (teatr, 1960)
- Mən onu axtarıram
- Canlı heykəl (teatr, 1978)
- Qonaq
- Qələm
- Arzu arzusuna çatdı
- Gəncliyin iradəsi
- Hədiyyə
- Yaxşılığa yamanlıq
- Kiçik leytenant
- Allah onlara rəhmət eləsin (1993)
- Mənim Ərdəbilim (teatr, 1995)
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-23.
- ↑ "AXTARIŞLAR (ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU" (PDF). 2023-12-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-29.
- ↑ "Arxivlənmiş surət". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-23.
- ↑ "Mənim Ərdəbilim". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-03.