Suleyman Ismayilov - Wikipedia
Süleyman İsmayılov (tam adı: İsmayılov Süleyman Abbas oğlu; 14 iyul 1957, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri.
Süleyman İsmayılov | |
---|---|
Vəzifədədir | |
19 iyul 2005-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyul 1957 (67 yaş) |
Doğum yeri | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəSüleyman İsmayılov 1957-ci il iyulun 14-də Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Simferopol şəhərində ali təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.[1]
1982-ci ildə Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun 236 nömrəli orta məktəbində müəllim, 1982–1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986–1991-ci illərdə Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may-sentyabr aylarında Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991–1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992–1994-cü illərdə Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri vəzifələrində çalışmış, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmiş, 2005-ci ilədək həmin vəzifədə işləmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 19 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri, 2007-ci il 22 iyun tarixli Sərəncamı ilə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart və 2018-ci il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvü, 1999-cu il 14 may və 2016-cı il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Komissiyanın sədri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli Fərmanı və 2018-ci il 20 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilmişdir.
2002-ci ildə Yaponiya Hökumətinin Beynəlxalq Əməkdaşlıq Proqramı çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Milli Kadrlar İdarəsinin regional təlim kurslarının sertifikatını almışdır.
Elmi fəaliyyəti
redaktəHeydər Əliyevin fəaliyyəti, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, dövlət qulluğu və kadr məsələlərinə həsr olunmuş bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir.
Orden və fəxri adları
redaktəDövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci il iyunun 22-də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2017-ci il iyulun 13-də "Şöhrət" ordeni,[2] 2019-cu il iyunun 22-də "Əməkdar dövlət qulluqçusu" fəxri adı ilə təltif edilmişdir.
Ailə vəziyyəti
redaktəAiləlidir. İki övladı var.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "ADMİNİSTRASİYA: Struktur: İsmayılov Süleyman Abbas oğlu" (az.). president.az. 2014. 2015-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
- ↑ "Süleyman İsmayılov "Şöhrət" ordeni ilə təltif olundu". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
Xarici keçidlər
redaktə- Xaqani Səfəroğlu. "Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ" (az.). modern.az. 10.04.2012. İstifadə tarixi: 2015-05-27.
- Süleyman İsmayılovun təhlili materialı