Sukut Pozuntusu Film 2014 - Wikipedia
"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film.
Sükut pozuntusu | |
---|---|
Janr |
dram psixoloji |
Rejissor | Qüdrət Həmidov |
Prodüserlər |
Nəriman Məmmədov Orxan Həmidov |
Ssenari müəllifi | Qüdrət Həmidov |
Baş rolda | Nuriyyə Əhmədova |
Operator | Elşən Əliyev |
İstehsalçı | Narimanfilm |
İlk baxış tarixi | 2014 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 25 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2014 |
Rəng | rəngli |
Məzmun
redaktəYaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq.
Film haqqında
redaktə- Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir.
- Film aktrisa Nuriyyə Əhmədovanın kinoda son işidir.
- Həyatda qızını vaxtsız itirmiş aktrisa Nuriyyə Əhmədova filmin ssenarisini oxuyan kimi filmdə çəkilməyə təmənnasız razılaşmışdı. Aktrisanın dediyinə görə, bu ssenarini həyatda yaşamışdı. Bununla bağlı filmin rejissoru qeyd edirdi:[1]
Filmdə bir səhnə var ki, ana ağlayır və gözündən yaş gəlir. Bu kadrı çəkməmişdən öncə qrimçi Nuriyyə xanımın gözünə süni göz damcıları tökmək istəyəndə o etiraz etdi. Mən elə bildim ki, Nuriyyə xanım ssenarini başa düşməyib və bu səhnədə ağlamaq lazım olduğunu bilmir. Çəkilişə start verən kimi Nuriyyə xanım həqiqətən təbii göz yaşları tökməyə başladı. Hətta operator mənə baxaraq səhnəni dayandırmağı məsləhət gördü, mən isə səhnənin bitməyini gözlədim. Kadr çəkiləndən sonra o, 20 dəqiqə özünə gələ bilmirdi. Bir tərəfdən, rolunu təbii oynamasına görə sevindim, digər tərəfdən də onun yarasını təzələdiyim üçün kədərləndim. Qüdrət Həmidov
|
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Qüdrət Həmidov
- Quruluşçu rejissor : Qüdrət Həmidov
- Quruluşçu operator : Elşən Əliyev
- Səs rejissoru : Teymur Abdullayev
- Səs operatorları : Zaur Məmmədov, Əliabbas Qasımov
- Montaj edənlər : Ramil Əhmədov, Qüdrət Həmidov
- Rejissor assistenti : Kamran Həmidov
- Operator assistenti : Rahib Hacılı
- İşıqçı : Novruz Novruzov
- Qrim ustası : Cəmilə Rəcəbova
- Geyim rəssamı : Olqa Şabanova (Olga Şabanova kimi)
- Səhnə tərtibatçısı : Vüqar Əhmədov
- Texniki heyət : Aqil Həsənov, Vüqar Mustafayev, Mirzəhməd Seyidəliyev
- Fotoqraf : Ramil Əhmədov
- Ev sahibi : İlqar İsmayılov
- Sürücülər : Vüqar Əhmədov, Samir Murtuzəliyev, Rahid Abbasov
- İcraçı prodüser : Rüstəm Şəfiyev
- Prodüser : Nəriman Məmməodov, Orxan Həmidov
Rolda
redaktə- Nuriyyə Əhmədova – yaşlı qadın
Filmi səsləndirənlər
redaktə- Leyla Şahbazova
- Qüdrət Həmidov
- Nəzifə Məmmədova
- İsmayıl İsmayılov
- Kənan Məmmədov
- Kristina Hüseynova
- İlqar İsmayılov
- Orxan Həmidov
Çəkilişə kömək edənlər
redaktə- İlqar İsmayılov
- Vüqar Əhmədov
- Pərviz Musayev
- Ənvər Həmidov
İstinadlar
redaktə- ↑ ""Nuriyyə xanımın övlad itkisi yarasını təzələdiyim üçün özümü bağışlamadım" — FOTOSESSİYA". 2015-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.