Rza Bey Qarasarli - Wikipedia
Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim.
Rza bəy Qaraşarlı | |
---|---|
19 fevral 1920 – 27 aprel 1920 | |
Əvvəlki | Bağır bəy Rzayev |
Sonrakı | Vəzifə ləğv edildi. |
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Sosialistlər fraksiyası |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəRza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı.
Siyasi fəaliyyəti
redaktəAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi.
1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi. 1922-ci ildən sonra Azərbaycan Xalq Maarif komissarlığında çalışmışdı. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.
Qazax general-qubernatoru
redaktəQazax qəzasındakı vəziyyət haqqıbda hökumətin rəsmi orqanı "Azərbaycan" qəzeti yazırdı: "Qazax qəzasında qanunsuzluq olduğundan, buraya parlaman üzvü Rza bəy Qaraşarov xüsusi müvəkkil təyin edilmiş və ona 600 nəfərlik əsgəri dəstə ilə bərabər, böyük ixtiyarlar verilmişdir".[1]
Belə ki, Azərbaycan hökumətinin 7 may 1919-cu il tarixli qərarı ilə parlament üzvü Rza bəy Qaraşarlı Qazax qəzasında mövcud bütün rəhbərlərdən daha üstün səlahiyyətlərə sahib olan Daxili İşlər Nazirliyinin fövqəladə səlahiyyətli müvəkkili vəzifəsinə təyin olunaraq maddi yardımla təmin olunmuşdur.[2]
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
İstinadlar
redaktə- ↑ "Azərbaycan" qəzeti, 16 may 1919-cu il, № 101.
- ↑ Qanunverici aktlar, 1998. səh. 538