Rza Zaki - Wikipedia
Rza bəy Lətifbəyov (Rza Zaki) — pedaqoq, yazıçı.
Rza Zaki | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəŞəkidə üsuli-cədid məktəbində, Batumda Anxazi məktəbində, Gəncə Ruhani Seminariyasında (1906–1909), Göyçayda müsəlman cəmiyyətinin "İqbal" məktəbində (1910), Hacı Zeynalabdin Tağıyevin fabrik məktəbində (1910–1914) və rus-Azərbaycan (rus-müsəlman) məktəbində (1915–1920) Azərbaycan dilindən və şəriətdən dərs demişdir. Rza Zaki XX əsrin əvvəllərində bədii yaradıcılıqla məşğul olmuş, "Zavallı Cavad" (1912), "Fədayi-eşq" (1912), "Koroğlu" (1913) romanlarını, "Sultan Ədbülhəmidin xəli" (1913) pyesini yazıb nəşr etdirmişdir. Azərbaycanın istiqlal yazıçısı Seyid Hüseyn Rza Zakinin nəsr əsərlərinin ideya-bədii cəhətdən zəifliyini, xüsusilə Avropa məişətinin Azərbaycan adət-ənənəsi kimi təsvir olunmasını, xalq ədəbiyyatı nümunələrinin bəsit əksini kəskin surətdə tənqid etmişdir. Rza Zaki Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət teatr truppasının inzibatçısı vəzifəsində işləmiş, 1919-cu il oktyabrın 24-də teatr mövsümü onun nitqi ilə açılmış, sonra İsa bəy Aşurbəyovun tarixi movzuda "Azərbaycan" pyesinin tamaşası göstərilmişdi. Həmin ildə Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" pyesi də tamaşaya qoyulmuşdu.
İstinadlar
redaktə Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |