Rza Ismayilov Tutuncu - Wikipedia
Rza_İsmayılov_(tütünçü) - Haqqında Məlumat
İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi – 28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı.[1]
Rza İsmayılov | |
---|---|
Rza Paşa oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Qıvraq, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Qıvraq, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Atası | Paşa |
Milliyyəti | azərbaycanlı |
Mükafatları | Sosialist Əməyi Qəhrəmanı; "Oraq və Çəkic" qızıl medalı laureatı. |
Həyatı
redaktə- 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir).
- Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub.
- Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır.
- 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
- Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956-1966) işləmişdir.
- Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir.
- 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.[1]
Mükafatları
redaktəSSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə 1949-cu il martın 14-də yüksək miqdarda tütün məhsulu əldə edilməsindəki xidmətinə görə İsmayılov Rza Paşa oğluna Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. O həm də "Lenin" ordeni və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuşdur.