Rubas Cayi - Wikipedia
Rubas çayı (Rubasçay) — Dağıstanın Tabasaran və Dərbənd rayonları ərazisindən axan çay. Uzunluğu — 92 km[1]-dir. Su toplayıcı hövzəsinin sahasəsi — 1180 km² təşkil edir.
Rubas çay | |
---|---|
rus. Рубас | |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 2580 m |
Mənsəbi | Xəzər dənizi |
• Yüksəkliyi | -28 m |
Uzunluğu | 92 km |
Su sərfi | 4,83 m³/san |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 1180 km² |
|
|
DSR[rus.] | 07030000312109300002096 |
Coğrafiyası
redaktəDağıstanın silsilələrinin şimal-şərqində, Cufu-Dağ zirvəsindən 3,4 km cənub-şərq ətəklərində yerləşən bulaqlardan başlanğıcını götürərək Xəzər dənizinə tökülür (Ərəblər kəndi).
Hidrologiya
redaktəİlin isti və soyuq dönəmlərində suyunda azalma müşahidə edilir. Su sərfiyyatı yağışlı dövrdə artır. Yay yağışları katastrofik nəticələrə sahib olur. Orta illik su sərfiyyatı — 1,01 m³/s, maksimal isə — 59,3 m³/s təşkil edir.
Qolları
redaktəƏn iri qolları: Afnaçay, Xanaqçay, Karçaq-su, Qamışçay. Aşağı axarda çayın suyu Samur-Dərbənd kanalı ilə birləşir.
Araşdırılma və əhəmiyyəti
redaktəÇayın araşdırılması Xuçni və Rubas (Xoşmənzil) hidroloji məntəqələrində həyata keçirilir. Rubas kəndindən 3 km yuxarıdan Kuybişev kanalı başlayır.
İstinadlar
redaktə- ↑ Ресурсы поверхностных вод СССР том 9, Закавказье и Дагестан, вып. 3, Дагестан