Rua - Wikipedia
Ruğa (lat. Rua, ?-434) — Avropa Hun İmperiyasının hökmdarı. Attilanın əmisi.
Rua | |
---|---|
430 – 434 | |
Əvvəlki | Oktar |
Sonrakı | Atilla və Bleda |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Uldız xan |
Həyatı
redaktə412-422 illəri arasında Avropa Hun dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi.
Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Qərbi Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya hərbi qüvvə göndərdi. Bunun üzərinə Rua, altmış min nəfərlik bir ordunu Qərbi Romanın köməyinə göndərərək Bizans imperatoru Theodosiusı (Teodosyus) döyüşmədən geri çəkilmək məcburiyyətində buraxdı.
Bizans üzərinə edəcəyi yeni bir səfərə hazırlanarkən 434 ilində öldü. Yerinə qardaşı Muncukun oğulu Attila keçdi.