Rozi Stivenson Qudnayt - Wikipedia
Rozi Stivenson-Qudnayt (ing. Dame Rosie Gojich Stephenson-Goodknight;[2] 5 dekabr 1953, Geri, İndiana)[3][4] — Vikipediyadakı gender bərabərsizliyinin aradan qaldırılması üçün gördüyü işlərlə tanınan amerikalı Vikipediya redaktoru. Saytda Rosiestep təxəllüsü ilə tanınır. Qudnaytın Vikipediyada həyata keçirdiyi layihə qadın tərcümeyi-hallarının kəmiyyət və keyfiyyətinin artırılmasını hədəfləyib.[5][6]
Rozi Stivenson-Qudnayt | |
---|---|
ing. Rosie Stephenson-Goodknight | |
Doğum tarixi | 5 dekabr 1953 (71 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | vikimediaçı[d], health administrator[d], bioqraf |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Stivenson 2016-cı ildə "İlin vikimediaçısı" adına layiq görülüb, 2021-ci ilin oktyabrında isə Vikimedia Fondunun Qəyyumlar Şurasına seçilib.[7]
Həyatı
redaktəStivenson-Qudnayt serb əsillidir. O, Yuqoslaviya Qadınlar Universitetinin prezidenti olmuş fəal feminist Paulina Lebl-Albalanın nəvəsidir.[8][9] Onun babası Devid Albala isə bir müddət Belqradın Səfərud icmasının prezidenti vəzifəsində çalışmış həkim və sionist lideri olub.[10][11] Qudnayt gənc yaşlarında dünya mədəniyyətinə böyük maraq göstərmiş, lakin atası onu antropologiya sahəsində karyera qurmaqdan çəkindirmişdir. O, bunun əvəzinə biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahib olub.[12]
Vikipediya
redaktəStivenson-Qudnayt Vikipediyada redaktorluğuna 2007-ci ildə başlayıb. Onun oğlu Ukraynada Sülh Korpusu ilə işlədiyi şəhər haqqında məqaləni redaktə etmiş və anasına Vikipediyanı hər kəsin redaktə edə biləcəyini demişdir. Qudnayt həmin ilin sonundaAmerika Kitab Liqası tərəfindən nəşr olunan kitabları araşdırarkən saytın bilik resurslarında boşluqlar olduğunu görərək Vikipediyada redaktə etməyə qərar vermişdir.[13][14]
O, ilk bir neçə il coğrafiya, memarlıq və müxtəlif bioqrafiyalar haqqında məqalələr yaratsa da, sonralar əsasən qadın bioqrafiyalarına diqqət ayırmağa başlayıb.[15] Stivenson-Qudnaytın 2013-cü ilə qədər Vikipediya üçün 3000-dən çox yeni məqalə yazması Böyük Britaniyanın Huffington Post saytında yer alıb. Bu dövrdə həm də onun 1000-dən çox məqaləsi Vikipeiyanın ana səhifəsinin "Bilirsinizmi?" bölməsində yer alıb və o, İngiliscə Vikipediyanın ana səhifəsində 1000-dən çox "Bilirsinizmi?" qeydinə sahib ilk qadın olub.[15][16] 2016-cı ildə o, 4 000-dən çox yeni məqalənin müəllifi idi və 100 000-dən çox redaktə etmişdi.[17][18]
İstinadlar
redaktə- ↑ 1 2 Hoffman R. Linkedin (ing.). 2003.
- ↑ Milošević, Žikica. "Interview with Rosie Gojich Stephenson-Goodknight: Everyone in Serbia made me feel like 'this is your home'". Diplomacy&Commerce (ingilis). March 2, 2018. June 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2018.
- ↑ Allen, Rachael. "Wikipedia is a world built by and for men. Rosie Stephenson-Goodknight is changing that". Washington Post (ingilis). 2020-04-11. 2021-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
- ↑ WikiWomenInRed. (Tweet) https://twitter.com/ (#bare_url_missing_title).; Missing or empty |number= (help); Missing or empty |date= (help)
- ↑ "Wikipedia editing marathons add women's voices to online resource". Houston Chronicle. November 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2017.
- ↑ Redden, Molly. "Women in science on Wikipedia: will we ever fill the information gap?". The Guardian. March 19, 2016. November 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 30, 2016.
- ↑ Trustees, Wikimedia Foundation Board of. "Wikimedia Foundation welcomes new Trustees Rosie Stephenson-Goodknight, Victoria Doronina, Dariusz Jemielniak, and Lorenzo Losa". Diff (ingilis). 2021-10-13. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ↑ Haan, Francisca de; Daskalova, Krasimira; Loutfi, Anna. Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries. Central European University Press. 2006. 297–. ISBN 978-963-7326-39-4. June 29, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2016.
- ↑ Vučetić, Radina. "The Emancipation of Women in Interwar Belgrade and the "Cvijeta Zuzori ć " Society" (PDF). Yugoslav Association for Social History. March 9, 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 30, 2016.
- ↑ Radović, Nadežda. "Evokacija Srpskog Feminizma S Početka 20. Veka" (serb). Medijska Dokumentacija. April 3, 2006. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 30, 2016.
- ↑ "25 Years of the Israel-Serbia Diplomatic Relations". Embassy of Israel. December 25, 2017. November 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2018.
- ↑ Hussain, Netha. "Rosie Stephenson: The Woman Who Wrote Over Three Thousand Articles on Wikipedia". Huffington Post. February 9, 2015. November 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 30, 2016.
- ↑ Hussain, Netha. "Rosie Stephenson: The Woman Who Wrote Over Three Thousand Articles on Wikipedia". Huffington Post. February 9, 2015. November 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 30, 2016.
- ↑ Erhart, Ed. "Jimmy Wales names Emily Temple-Wood and Rosie Stephenson-Goodknight as Wikipedians of the Year". Wikimedia Blog. June 24, 2016. December 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 30, 2016.
- ↑ 1 2 Hussain, Netha. "Rosie Stephenson: The Woman Who Wrote Over Three Thousand Articles on Wikipedia". Huffington Post. February 9, 2015. November 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 30, 2016.
- ↑ "Art+Feminism Wikipedia Edit-A-Thon". University of Nevada, Las Vegas Libraries. February 2016. March 31, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 30, 2016.
- ↑ "Wikipedia editing marathons add women's voices to online resource". Houston Chronicle. November 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2017.
- ↑ "X!'s tools". wmflabs.org. İstifadə tarixi: July 9, 2016.