Rombvarikimiler - Wikipedia
Rombvarıkimilər - Haqqında Məlumat
Rombvarıkimilər- Rajiformes dəstəsi. 3 fəsiləyə aid 100-dən çox növü olan bu skatların bədəni rombvarıdır. Bəzi müəlliflər dəstənin yalnız skatlar və ya rombvarı skatlar - Rajidae fəsiləsi olduğunu qeyd edir. Bu skatların quyruq gövdəsi kiçik üzgəclə qurtarır, bel üzgəci reduksiya olub, bədən üzərində müxtəlif boyda pulcuqlar, onların üzərində geriyə əyilmiş dişlər var. Yəni bədəni dəyirmi pulcuqlarla örtülüdür.
Rombvarıkimilər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Uzunluqları 0,3-2,0 m olan bu balıqlar soyuq və mötədil suların dibində əsasən gecə həyatı keçirir, gündüzlər yarı gizlənmiş halda qalır. Bunların qidasını əsasən xırda balıqlar təşkil edir. Yumurta qoymaqla çoxalırlar, 4-6 aydan sonra yumurtadan 10-15 sm uzunluqda balalar çıxır. Rombvarı skatların vətəgə əhəmiyyətli çox deyil.
Ədəbiyyat
redaktə- Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 145.
- Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Bakı,1999,səh 117
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Haichance,Qığırdaqlı balıqların qoruması Arxivləşdirilib 2015-08-01 at the Wayback Machine
- Köpəkbalığı şəkilləri
- Qığırdaqlı balıqların detallı təsnif edilmələri Arxivləşdirilib 2007-10-08 at the Wayback Machine