Roma Huququ - Wikipedia
Roma hüququ — Qədim Roma hüquqları toplusudur.
Ümumi anlayış
redaktəİndi mövcud olan hüquq normaları birdən-birə yaradılmamışdır. Bu çox uzun sürən bir prosesin məhsuludur. Hüquq normaları səhvlər, təcrübələr və sınaqlar nəticəsində formalaşmış və təkmilləşmişdir. Tarixən belə gətirmişdir ki, indiki müasir hüquq normalarının əsası qədim "Roma hüququ"ndan götürülmüşdür.
Müasir dövrdə hər bir ölkənin öz hüquq sistemi mövcuddur. Bu hüquq sisteminin əsas normaları bütün ölkələrdə oxşardır. Fəaliyyətdə olan bu hüquq normalarına yerli adət-ənənələr və cəmiyyət münasibəti normaları da daxil edilir.
"Roma hüququ"nda əsasən, quldarların və varlıların hüquqları daha çox qorunurdu. Buna görə də "Roma hüququ" həm də "Sinfi hüquq" adlandırılırdı. Və iki növə ayrılırdı: I – "İctimai hüquq", II – "Şəxsi (Fərdi) hüquq" adlanırdı.
İctimai hüquq – cəmiyyətdə baş verən prosesləri nizamlayırdı. Bundan başqa, bu hüquq həm də, ölkədə baş verən bütün prosesləri tənzimləyirdi. Bu hüquq müasir cinayət hüququ ilə "doğmalıq" təşkil edir. Bundan əlavə, İctimai hüquq da daxili – siyasi prinsiplər və xarici – iqtisadi əlaqələr qaydaları da əks olunurdu.
"Roma hüququ"nun "Şəxsi (Fərdi) hüquq"lar bəşər tarixində daha dərin iz buraxmışdır. Qanunvericiliyin bu növü müasir "vətəndaş hüququ" ilə "doğmalıq" təşkil edir. "Roma şəxsi hüquq" normaları təsərrüfat, ticarət və vətəndaşların hüquq munasibətlərini tənzimləyirdi. Əsas diqqət vətəndaşların hüquq munasibətlərinə yönəldilmişdir. Burada əsasən, vətəndaşlar arasında bağlanan müqavilələrin hazırlanması sistemi daha çox təqdirə layiqdir. Qeyd etmək lazımdır ki, o zamanlar bəzi müqavilələr şifahi, bəziləri isə yazılı yerinə yetirilirdi.
"Roma şəxsi (fərdi) hüquq"unda şəxsi mülkiyyətin qorunmasına daha çox yer verilirdi. "Roma hüququ" şəxsi mülkiyyətin və şəxsi mülkiyyətə təcavüzün nə demək olduğunu dəqiqliyi ilə izah edirdi. ("Roma hüququ"nda şəxsi mülkiyyətə qərəzli təcavüzə görə ölüm cəzası nəzərdə tutulurdu.)
Sinfi varlıq "Roma hüququ"nda belə izah olunurdu: "Qullar — quldarlara məxsus satıla, dəyişdirilə bilən bir əşyadır", "qullar – hüquqi subyekt hesab edilmir."
"Roma hüququ"nda qullar, kasıblar əşyaya bərabər tutulmuş və qeyri – hüquqi subyekt hesab edilmişdir.
Xarici keçidlər
redaktə- "Roma Hüququ" nədir? Arxivləşdirilib 2014-04-08 at the Wayback Machine
- An extensive collection of digital books and articles on Roman Law and History, in various languages. By professor Luiz Gustavo Kaercher Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine
- A very good collection of resources maintained by professor Ernest Metzger.
- The Roman Law Library by Professor Yves Lassard and Alexandr Koptev Arxivləşdirilib 2012-08-31 at the Wayback Machine
- The Roman Law Articles of Smith's Dictionary
- Roman Legal Tradition: open access journal devoted to Roman law