Rocer Seyvori - Wikipedia
Rocer Mervin Seyvori (ing. Roger Mervyn Savory 27 yanvar 1925, Piterboro[d], Kembricşir qraflığı[d] – 17 fevral 2022) — iranşünas və Səfəvilər dövrü üzrə mütəxəssis.
Rocer Seyvori | |
---|---|
Doğum tarixi | 27 yanvar 1925 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 fevral 2022 (97 yaşında) |
Elm sahəsi | İranşünaslıq |
İş yeri |
Həyatı
redaktəRocer Seyvori Londonda Vladimir Minorskinin yanında oxumuşdu.
İngilis dilinə tərcümə edilmiş şərq mənbələri sırasına ("Tarixi Aləm-arayi Abbasi" və "Təzkirat-əl-Mülük"ü də aid etmək İsgəndər bəy Münşinin "Tarixi Aləm-arayi Abbasi" əsərini fars dilindən ingiliscəyə Rocer Seyvori tərcümə etmişdir. O, iki cildlik bu tərcüməni 1979-cu ildə işıq üzü görmüş "İran irsi" seriyasında nəşr etdirmişdir. Özünün dediyi kimi. R. Seyvori, fars dilini bilməyən tədqiqatçılara Səfəvi dövrü tarixşünaslığının ən əhəmiyyətli mənbələrindən biri olan adı çəkilən əsərlə tanış olmaq imkanı vermək istəyi ilə bu tərcüməni etmişdir.
Səfəvi dövlətinin tarixinə dair ən məşhur əsərlər sırasında Toronta Universitetinin professoru Rocer Seyvorinin "İran Səfəvilərin hakimiyyəti altında" əsəri və "Səfəvi İranının tarixinə dair hekayələr" adlanan məqalələr toplusu xüsusi yer tutur. Bu əsərlərdə müəllif müxtəlif mənbələr — Qərbi Avropa və Amerika tarixşünaslığında toplanmış faktiki materiallardan və şərq mənbələrindən istifadə edərək Səfəvi dövlətinin yaranışı, dövlət quruluşu, hüquqi və inzibati idarəçiliyi, xarici siyasət məsələlərini, xüsusilə Qərblə əlaqələrini geniş işıqlandırmış, sülalənin mövcudiyyatının müxtəlif mərhələlərində sosial, iqtisadi, siyasi tarixini, intellektual həyatını araşdırmışdır. Müəllifın Səfəvi dövlətinin tənəzzül və süqutu ilə bağlı fikir və mülahizələri Azərbaycan tarixi üçün xüsusilə önəmlidir, lakin R. Seyvorinin Səfəvilərin türk mənşəli olmasını şübhə altına alması, əlbəttə ki, qeyri-məqbuldur.
Amerika Şərqşünaslıq Cəmiyyətinin dərgisində dərc etdirdiyi "Səfəvilər dövründə Xəlifət əl-xülafa institutu" məqaləsində R. Seyvori, sufilik ideoloji bazası üzərində hakimiyyətə gəlmiş Səfəvilərin zamanında sufıliyin böhranı, onun mövqelərinin geriləməsi, sufi təriqətlərinin daxili quruluşu və s. barədə olduqca maraqlı məlumat verir.
Rocer Seyvori I Şah Abbas Səfəvinin dövründən bəri Səfəvilər dövlətinin paytaxtı İsfahan haqqında yazır: "İsfahan şəhərinin iqtisadi inkişafında və ümumdövlət miqyaslı ticarət mərkəzinə çevrilməsində I Şah Abbas və onun xələflərinin xüsusi qayğısı ilə yanaşı onların həyata keçirdikləri iqtisadi tədbirlərin də rolu az olmamışdı. Belə ki, yeni bazarlar, karvansaralar və ya-şayış binalarının tikilməsi ilə iqtisadiyyatı daha da canlanan şəhərin əhalisinin sayı xeyli artmışdı. Artıq 12 darvazası və çoxlu karvansarası olan bu şəhərin ərazisi 40, yaxud 100 km (şəhərin çevrəsinin uzuluğu nəzərdə tutulur – Ə. Ç.) əhalisinin sayı isə təqribən 600 minlə 1 milyon yüz min nəfər arasında idi. Şəhər ətrafında 1500 kənd yerləşirdi".[1]
Toronta Universitetinin professoru Rocer Seyvorinin fikrincə, ümumiyyətlə, "zəif və bacarıqsız şahların hakimiyyəti dövründə, bir qayda olaraq, üləmalar siyasi institutlarda öz müstəqil mövqelərini qabartmağa çalışırdılar. Təəccüblü deyil ki, üst-üstə 56 il (1666–1722) hakimiyyətdə olmuş nisbətən zəif Səfəvi hökmdarları olan şah Süleyman və şah Sultan Hüseyn dövründə klerikallar hakimiyyət pilləsində bu vaxta qədər heç zaman qalxa bilmədikləri ən yüksək (apogey) mərtəbəyə yetişmişdilər. Özlərinin… on ikinci imamın nümayəndələri kimi üstünlüklərə (preroqativlərə) malik olmalarını vəchlə vurğulayan müctəhidlər "xüsusi" hüquqlardan məharətlə yararlanırdılar"[2].
R. Seyvori bununla bağlı yazır ki, "dövlət işlərinə biganəlik həm Süleyman, həm də Sultan Hüseyn hakimiyyətinin … xarakterik cəhəti olmuşdur. Bu biganəlik imperiya daxilində korrupsiya, rüşvətxorluğun artması və əyabtlərdə idarəetmənin effektsizliyi ilə nəticələnirdi. Yolların təhlükəliliyi… artmışdı. Yola çıxmış adamlar onları qorumalı olan məmurlar tərəfindən qarət olunurdular"[3].
R. Seyvori isə bunu "dövlət işlərinə biganəliyin Süleyman …hakimiyyətinin xarakterik cəhəti" olması ilə izah edir. Onun fikrincə, bu biganəlik xarici siyasət sahəsində durğunluq, ölkənin maraqlarının qorunmaması, əraziləri genişləndirmək iddiasının yoxluğu səbəbindən ordunun gücünün, təbii ki, zəifləməsi ilə müşayət olunurdu[4].
Əsərləri
redaktə- Rocer Seyvori. İran əsre Səfəvi. Tərcome-ye Kambiz Əzizi. Tehran, Nəşre mərkəz, 1374, 390 s.
- Savory, R. M. & Wickens, G. M. (1964) Persia in Islamic Times: a Practical Bibliography of its History, Culture and Language, W. J. Watson (ed.), Montreal: Institute of Islamic Studies, McGill University.
- Savory, R. M. (ed.) (1976) Introduction to Islamic Civilisation, New York: Cambridge University Press. Reprint. (1980) "Students’ edition," New Delhi: Vikas.
- Eskandar Beg Monshi (1978) The History of Shaah ‘Abbās the Great (Tārīkh-e ‘Ālamārā-ye ‘Abbāsī), 2 vols., R. M. Savory (trans.), Persian Heritage Series no. 28, Boulder: Westview Press.
- Savory, R. M. (1980) Iran Under the Safavids, Cambridge: Cambridge University Press.
- (1984) Īrān-e ‘Asr-e Ṣafavī, trans. A. Ṣabā, Tehran.
- (1993) Īrān-e ‘Asr-e Ṣafavī, trans. K. ‘Azīzī, Tehran.
- Savory, R. M. (1980) The Persian Gulf States: a General Survey, C. E. Bosworth, R. M. Burrel, K. M. Mclachlan & R. M. Savory (eds.), general ed. A. J. Coltrell, Baltimore and London: Johns Hopkins University Press.
- Savory, R. M. & Agius, D. A. (eds.) (1984) Logos Islamikos: Studia Islamica in Honorem Georgii Michaelis Wickens, Papers in Mediaeval Studies no. 6, Toronto: Pontifical Institute of Mediaeval Studies.
- Savory, R. M. (1987) Studies on the History of Safavid Iraan, London: Variorum Reprints.
Mənbə
redaktə- Dadaşova R. İ. Rocer Seyvori Səfəvi dövlətinin tənəzzül və süqut səbəbləri haqqında. – S.157–166.
- Namazova L. S. 1960–1970-ci illərdə Rocer Seyvorinin əsərlərində Azərbaycan Səfəvi dövlətinin tarixinin tədqiqinə dair. http://az.strategiya.az/news.php?id=108005
İstinadlar
redaktə- ↑ Rocer Seyvori. İran əsre Səfəvi. Tərcome-ye Kambiz Əzizi. Tehran, Nəşre mərkəz, 1374, 390 səh. s. 161–162, 172.
- ↑ Savory, R. M. (1980) Iran Under the Safavids, Cambridge: Cambridge University Press. s. 238
- ↑ Savory, R. M. (1980) Iran Under the Safavids, Cambridge: Cambridge University Press. s. 241
- ↑ Savory, R. M. (1980) Iran Under the Safavids, Cambridge: Cambridge University Press.s. 241
Xarici keçidlər
redaktə- Iranian Studies in Canada Arxivləşdirilib 2011-05-21 at the Wayback Machine