Robokop Film 1987 - Wikipedia
RoboKop (ing. RoboCop) — 1987-ci ildə Edvard Noymayer və Maykl Mayerin ssenarisi əsasında Pol Verhoven tərəfindən çəkilən fantastik janrlı ABŞ filmdir.[2] Baş rolları Piter Ueller və Nensi Allen ifa edir. Filmdə Detroyt şəhərində baş verən cinayətlərin qarşısını "RoboKop" tərəfindən alınacağı göstərilir.
RoboKop | |
---|---|
ing. RoboCop | |
Janr | Döyüş filmi |
Əsas mövzu | Amneziya, qisas[d], robot |
Rejissor | Pol Verhoven |
Ssenari müəllifləri |
Edvard Noymayer Maykl Mayer |
Baş rollarda |
Piter Ueller Nensi Allen Ronni Koks Kevin Peyc |
Bəstəkarlar |
Bazil Poliderus Al Yorqensen Nivek Oqre |
İstehsalçı | Orion Pictures |
Distribütor | InterCom[d], MOKEP[d], Netflix |
İlk baxış tarixi |
17 iyul 1987 17 sentyabr 1987 17 sentyabr 1987 |
Filmin növü |
Macəra Elmi fantastika |
Müddət | 102 dəqiqə |
Büdcə | $13 milyon[1] |
Gəlir | $53.4 milyon[1] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1987 |
Sonrakı film | RoboKop 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | Pitsburq, Detroyt |
IMDb | ID0093870 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktə2020-ci illər, gələcək zaman. ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinə məxsus "Omni Consumer Products" (OCP) şirkəti robototexnikaya görə dünyada ən layiqli yerlərdən birini tutur. Bu robotların sayəsində ABŞ bir çox müharibələrdə qələbə qazanır. "OCP" şirkətinin vitse-prezidenti Riçard "Dik" Cons görüş zamanı əməkdaşlarına yeni yaradılan ED-209 robotunun fəaliyyəti haqqında danışmağa başlayır, lakin bu zaman robot idarədən çıxır və Kinni adlı işçini öldürür. Bu hadisədən sonra Robert "Bob" Morton "RoboCop" adlı layihəsini "OCP" şirkətinin başçısına təqdim edir və uğur qazanır. Bu hadisədən sonra Consun Mortona qarşı mənfi münasibət bəsləyir.
Detroyt şəhərinin polislərindən olan Aleks Mörfi, əməkdaşı Enn Lüis ilə birlikdə cinayətkarların izinə düşmüşdür. Cinayətkar heyətinin başçısı Klarens Boddikerdir. Aleks Mörfi onlarla mübarizə aparan zaman həyatını itirir. Bir neçə müddətdən sonra "OCP" şirkətinin işçiləri qərara gəlirlər ki, xüsusi əməliyyat sayəsində Aleks Mörfini robot polisinə çevirsinlər. Bir müddət sonra Aleks Mörfi həyata qayıdır və "RoboKop" (ing. robotic cop) ləqəbini qazanır. "RoboKop" keçmiş həyatını xatırlamır. Müəyyən müddətdən sonra "RoboKop" keçmiş əməkdaşı Enn Lüisi görür və yadına əvvəlki hadisələr düşməyə başlayır. Bir müddət sonra "RoboKop" şəhərdə çoxlu sayda cinayətlərin qarşısını almağı bacarır və bu da Robert "Bob" Mortona müvəffəqiyyət qazandırır, lakin Cons onu öldürmək niyyətindədir. Klarens Boddiker onun tapşırığı sayəsində Mortonu öldürür.
Klarens Boddikerin izinə düşür və onun bandasının müqavimətini dəf edir. Bu zaman Klarensin Riçard "Dik" Consa işlədiyini öyrənir. "RoboKop" Consu həbs etmək üçün onun iş yerinə yollanır. Consla danışıq zamanı "RoboKop" onun "Direktiv № 4" adlı planı haqqında məlumat əldə edir. Bu plana görə "OCP" şirkətinin başçıları həbs edilməkdən azad olmalıdır. "RoboKop" onu həbs etmək qərarına gəlir, lakin Cons inkişaf etdirilmiş ED-209 robotunu onun üzərinə göndərir. "RoboKop" ED-209 robotuna qarşı mübarizə aparmağa başlayır. Bu zaman Enn Lüis onu xilas edir və buradan uzaqlaşmağı bacarırlar.
Cons həbs edilən Klarensi və onun əməkdaşlarını azad edərək, "RoboKop" və Enn Lüisi tapmağa göndərir. Onlar Consun sayəsində müasir silahlar əldə edərək, şəhərdə yerləşən istifadəsi dayandırılmış zavoda yollanırlar. Məhz burada "RoboKop" cinayətkar heyəti ilə mübarizədə ölmüşdür. Bu müddətdə "RoboKop", Enn Lüis ilə birgə onlar üçün müxtəlif tələlər hazırlamağa başlayır. Bir müddət sonra cinayətkar dəstəsi zavoda daxil olur və "RoboKop" onlarla mübarizə aparmağa başlayır. Mübarizənin sonunda "RoboKop", Enn Lüis ilə birgə cinayətkar dəstəsini məhv edir və Klarens Boddikeri öldürür.
Bir müddət sonra Riçard "Dik" Cons "OCP" şirkətində görüş keçirir. Bu zaman "RoboKop" şirkətə gəlir və ED-209 robotunu məhv edir. "RoboKop" Consun planlarını pozaraq, onun planı haqqında şirkətdəki şəxslərə məlumat verir, lakin bu zaman Cons yaşlı şəxsi əsir edərək, buradan qaçmaq üçün onlardan vertolyot tələb edir. "RoboKop" onun müqavimətini dəf edir və çoxlu sayda atəş açaraq, onu öldürür. Yaşlı şəxs ona təşəkkür edir və adını soruşur. "RoboKop" isə cavabında "Mörfi" deyir.
İstinadlar
redaktə- ↑ 1 2 "Box Office Information for RoboCop". Box Office Mojo. March 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2012.
- ↑ "RoboCop (1987) — Paul Verhoeven — Cast and Crew". AllMovie. All Media Guide. 16 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
Xarici keçidlər
redaktə- "RoboKop" — Internet Movie Database saytında