Robinzon Kruzo Adasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Robinzon Kruzo adası (isp. Isla Robinsón Crusoe) — Çilinin Xuan Fernandez adalarına daxil Sakit okeanın cənubunda, Cənubi Amerika sahillərinin 674 km qərbində yerləşən ada. Adanın adı Çili dövləti tərəfindən 1966-cı ildə dəyişdirilmişdir. Bu dövrə qədər Isla Más a Tierra (azərb. Sahilə daha yaxın olan ada) şəklində adlanan ada, bu ildən etibarən Robinzon Kruzo olaraq adlandırılmışdır. 1704-cü ildə etibarən Şotland dənizçisi Aleksandr Selkirk bu adada 4 il 4 ay boyunca tək və tənha yaşamışdır. Daniel Defonun məşhur Robinzon Kruzo əsərini Aleksandr Selkirkin başına gəlmiş bu hadisə əsasında yazdığı ehtimal olunur. Adada 500 nəfər əhalisi olan San Xuan Bautista adlı qəsəbə yerləşir. Demək olar ki, ada əhalisinin hamısı burada yaşayır. Yerli əhali dəniz xərçənginin ovlanması və turizm ilə gündəlik gəlirlərini əldə edirlər. Hər il Robinzon Kruzo adasına, adı səbəbindən yüzlərlə turist gəlir. Ada sahillərindən bir neçə yüz metr qarşıda Alman nasist ordusuna məxsus SMS Drezden gəmisi batmışdır.
Robinzon Kruzo adası | |
---|---|
isp. Isla Robinsón Crusoe | |
Ümumi məlumatlar | |
Sahəsi | 47,9 km² |
Eni | 7 km |
Hündür nöqtəsi | 916 m |
Əhalisi | 630 nəfər (2002-ci il) |
Yerləşməsi | |
33°38′40″ c. e. 78°51′32″ q. u.HGYO | |
Ölkə | Çili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |