Roberto Baccio - Wikipedia
Roberto Baccio (it. Roberto Baggio; 18 fevral 1967[1][2][…]) — Karyerasını başa vurmuş italiyalı futbolçu. Hücumçu və hücuma meyilli yarımmüdafiəçi mövqelərində oynamışdır. Futbolçu karyerasını (1982–2004) vətənində keçirib. Viçentsa, Fiorentina, Yuventus, Milan, "Bolonya", İnter Milan və "Breşiya" klublarının şərəfini qorumuşdur.
Roberto Baccio | |
---|---|
it. Roberto Baggio | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1967[1][2][…] (57 yaş) |
Vətəndaşlığı | |
Boyu | 174 sm |
Çəkisi | 73 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
İtaliya milli komandasının heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında çıxış etmişdir.
1993-cü ildə Dünya və Avropanın ən yaxşı futbolçusu seçilib, 1992–1993-cü il mövsümündə "UEFA Kuboku"nun qalibi, 1990-cı il "Düya Çempionatı"nın bürünc mükafatçısı, 1994-cü il "Dünya Çempionatı"nın gümüş mükafatçısı, 1994–95, 1995–96-cı il mövsümlərində İtaliya çempionatının qalibi, 1994–95-ci illər İtaliya Kubokunun qalibi, üç fərqli dünya çempionatında qol vurmuş yeganə italyan futbolçu.
2000-ci ildə FİFA-nın keçirdiyi rəy sorğusuna əsasən XX əsrin ən yaxşı dördüncü futbolçusu seçilib (Maradona, Pele və Eysebiodan sonra).[3][4]
Futbolçu karyerasını başa vurduqdan sonra xeyriyyəçiliklə məşğul olur. 2002-ci ildən FAO-nun xoşməramlı səfiridir. 2010-cu ildə "World Peace Award" mükafatı qazanıb.
Klub karyerası
redaktəİlk illər
redaktəVelosiped təmirçisi Fiorindo və Matildanın oğlu kimi dunyaya gələn, ancaq peşə kimi futbolu seçən Roberto 9 yaşından futbolla məşğul olmağa başlayır.[5] 1981-ci ildə skaut Antonio Moronun təkidi ilə "Viçentsa" klubuna dəvət olunur. 15 yaşında o artıq aylıq 2000 dollar maaşla "Viçentsa" klubunun futbolçusu idi. 1981-ci ili Seria C1-də keçirdikdən sonra 1982–83-cü il mövsümündə əsas heyət oyunçusuna çevrilir.[6] Viçentsanın heyətində "Seria C1"-də göstərdiyi gözəl oyunla İtaliyanın bir çox klublarının diqqətini çəkən Bacconu bir çox klubların skautları izləməyə başlayır. Sampdoriya, Torino və Yuventus kimi nəhənglərin diqqətini cəlb edən oyunçunu, əfsanəvi ekspert Barend Krauçun sayəsində Fiorentina 1985-ci ildə 1.5 milyon dollara transfer edir.[7]
Fiorentina
redaktə1985-ci ildə "Fiorentina"ya transfer olunan Roberto tez bir zamanda klub tiffozilərinin sevimlisinə çevirilir və onu klub tarixiin ən yaxşı oyunçularından biri hesab etməyə başlayırlar. Fiorentinada keçirdiyi ilk mövsumdə zədə səbəbindən "Seria A"da meydana çıxa bilməyən Bacco 21 sentyabr 1986-cı ildə "Seria A"da debut edir və Florensiyada hər kəsin sevimlisinə çevrilir, lakin dekabrda yenidən ağır zədələnir. Ancaq Bacco o zədədən sonra futbola dönur və 10 may 1987-ci ildə "Seria A"da ilk qolunu Napolinin qapısına cərimə zərbəsindən vurur. Növbəti il isə gözəl mövsum keçirərək ümumilikdə 34 dəfə meydana çıxır. Artıq Fiorentinanın heyətində olan Bacco-Bortonovo tandemi İtaliyada ən güclu hucum tandemlərindən biri idi. Növbəti 2 mövsumdə Bacco üçun çox uğurlu olur. 1990-cı ildə komandasını UEFA kubokunun finalınacan aparır. Ancaq burada başqa bir İtaliya nəhəngi Yuventusa 2 oyunun nəticəsinə görə məğlub olurlar. Az sonra Yuventus o dövr üçun rekord məbləğ olan 19 milyon dollara Bacconu Fiorentinadan transfer edir[7].
Yuventus
redaktə1990-cı ildə "Yuventus"a 25 miliard italyan lirinə (o dövrdə 19 milyon dollar) transfer edilməsi Florensiyada böyük ajiotaj yaradır. Transferin məbləği həm də o dövr üçün Ginnesin Rekordlar Kitabına düşür. Azarkeşlərin narazılğına isə o yalnız bir cümlə ilə cavab verir: "Mən təklifi qəbul etməyə məcbur idim"[8] . Bu proseslərdən sonra Bacco İtaliya milli yığmasının heyətində Dunya Çempionatında iştirak etməyə başlayır. Vətəndə keçirilən bu çempionatda İtaliya yığması əsas favorit sayılırdı. Ancaq gözləntilərin əksinə olaraq bu çempionat İtalyanlar üçun elədə uğurlu olmur. Gənc Baccio bu çempionatda 2 dəfə fərqlənir. Heçdə uğurlu olmayan Dunya Çempionatından sonra Baccio Yuventusda yaxşı mövsum keçirir. Futbolçu dunyanın ən çətin çempionatı sayılan "Seria A"-da 14 qol və 12 qol pası verir. Ümumilikdə isə Yuventusda keçirdiyi ilk mövsumdə 27 dəfə fərqlənir. 1993-cü ildə Yuventusla UEFA Kubokunu qazanmaqla ilk Avropa uğuruna sahib olur. Elə həmin ildə də Avropa və Dünyanın ən yaxşı oyunçusu adına layiq görülür.[9] Baccio Yuventus ilə ilk skudettosunu 1994–95 mövsümündə qazanır. Skudetto uğrunda ağır mubarizədən sonra ABŞ-də Dunya Çempionatı başlayır və İtaliya yığması bu çempionata yeni gəncləşdirilmiş heyətlə yollanır. Çoxları Arriqo Sakkinin yığdığı bu heyətdən heç bir uğur gözləmirdi. Ancaq Bacconun lideriylə İtaliya finalacan gəlir və finalda Brazilya yığma komandasına penallaşma seriyasında məğlub olur.
Milan
redaktə"Byankonerilər"in baş məşqçisi Marçelo Lippi ilə münaqişədən sonra "Milan"a satılır. Elə ilk mövsümdəcə skudetto qazanan futbolçu müxtəlif komandalarla A Seriyası qalibi olan ilk futbolçu kimi tarixə düşür.
Bolonya
redaktə1997-ci ildə "Bolonya"ya transfer olunan Baccio sübut etməyə çalışmışır ki, onu yığmanın əsas heyətindən silmək hələ tezdi. Mövsümü 22 qolla tamamlayan futbolçunu Canfranko Zolanın əvəzinə milli komandaya dəvət edirlər.
İnter
redaktəDünya çempionatından sonra Milanın daha bir nəhəng klubu "İnter" ilə müqavilə imzalayır.
Karyera statistikası
redaktəKlub
redaktəMövsüm | Клуб | Futbol üzrə İtaliya çempionatı (Seriya A) | Futbol üzrə İtaliya kuboku | UEFA | Ümumi | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | ||
1982/83 | Viçentsa | 1 | 0 | 1 | 0 | 0 | 0 | 2 | 0 |
1983/84 | 6 | 1 | 4 | 0 | 0 | 0 | 10 | 1 | |
1984/85 | 29 | 12 | 5 | 2 | 0 | 0 | 34 | 14 | |
1985/86 | Fiorentina | 0 | 0 | 5 | 0 | 0 | 0 | 5 | 0 |
1986/87 | 5 | 1 | 4 | 2 | 1 | 0 | 10 | 3 | |
1987/88 | 27 | 6 | 7 | 3 | 0 | 0 | 34 | 9 | |
1988/89 | 30+1[10] | 15+0 | 10 | 9 | 0 | 0 | 40 | 24 | |
1989/90 | 32 | 17 | 2 | 1 | 12 | 1 | 46 | 19 | |
1990/91 | Yuventus | 33 | 14 | 6 | 4 | 8 | 9 | 47 | 27 |
1991/92 | 32 | 18 | 8 | 4 | 0 | 0 | 40 | 22 | |
1992/93 | 27 | 21 | 7 | 3 | 9 | 6 | 43 | 30 | |
1993/94 | 32 | 17 | 2 | 2 | 7 | 3 | 41 | 22 | |
1994/95 | 17 | 8 | 4 | 2 | 8 | 4 | 29 | 14 | |
1995/96 | Milan | 28 | 7 | 1 | 0 | 5 | 3 | 34 | 10 |
1996/97 | 23 | 5 | 5 | 3 | 5 | 1 | 33 | 9 | |
1997/98 | Bolonya | 30 | 22 | 3 | 1 | 0 | 0 | 33 | 23 |
1998/99 | İnter | 23+2[11] | 5+1 | 6 | 1 | 6 | 4 | 35 | 10 |
1999/00 | 18+1[12] | 4+2 | 5 | 1 | 0 | 0 | 23 | 5 | |
2000/01 | Breşiya | 25 | 10 | 2 | 0 | 0 | 0 | 27 | 10 |
2001/02 | 12 | 11 | 1 | 0 | 0 | 0 | 13 | 11 | |
2002/03 | 32 | 12 | 0 | 0 | 0 | 0 | 32 | 12 | |
2003/04 | 26 | 12 | 0 | 0 | 0 | 0 | 26 | 12 | |
Ümumi | 488+4 | 218+3 | 88 | 38 | 61 | 31 | 641 | 291 |
İstinadlar
redaktə- ↑ 1 2 Augustyn A. Roberto Baggio // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Roberto Baggio // Transfermarkt (çd.). 2000.
- ↑ "FIFA names greatest list (BBC Sports)" (ingilis). 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-27.
- ↑ "Maradona or Pele? (CNN Sports Illustrated)" (ingilis). 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-27.
- ↑ "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
- ↑ Божественный Баджо [ölü keçid]
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
- ↑ "Arxivlənmiş surət". 2018-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
- ↑ "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
- ↑ UEFA Kubokuna vəsiqə verən 7-ci yer üçün Roma ilə oyun
- ↑ UEFA Kubokuna vəsiqə verən oyunda 2 qol
- ↑ Parma ilə Çempionlar Liqasına vəsiqə verən 4-cü yer üçün oyun