Robert Vilhelm Bunzen - Wikipedia
Robert Vilhelm Bunzen (31.3.1811, Göttingen – 16.8.1899, Haydelberq) — alman kimyaçısı, Peterburq Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1862-ci ildən).[5]
Robert Vilhelm Bunzen | |
---|---|
alm. Robert Wilhelm Eberhard Bunsen | |
| |
Doğum tarixi | |
Doğum yeri | Göttingen, Almaniya |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Haydelberq, Almaniya |
Vətəndaşlığı | Almaniya |
Milliyyəti | alman |
Elmi dərəcələri | |
İş yerləri |
|
Alma-mater | Göttingen Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Fridrix Stromeyer |
Tanınmış yetirmələri | Adolf fon Bayer, Fritz Haber, Flip Lenard, Con Tindal |
Üzvlüyü |
|
Mükafatları | Albert mükafatı (1898) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəGöttingen Universitetini bitirmiş (1830), təhsilini Fransada, İsveçrədə, Avstriyada, İtaliyada təkmilləşdirmişdir (1832–33), Göttingen Universitetində (1834–36), Kasseldə Ali Texniki Məktəbdə (1836–38) işləmiş; Marburq (1838–51), Breslau (1851–52) və Heydelberq (1852–89) universitetlərinin professoru olmuşdur Əsas tədqiqatları qeyri-üzvi, analitik və fiziki kimya sahələrinə aiddir. Arsen-üzvi birləşmələrini tədqiq etmişdir (1837–43). Kakodil As(CH3)2 radikalının formulunu müəyyən etmiş və onun oksidinin başqa maddələrlə reaksiyasını öyrənərək, radikallar nəzəriyyəsinin yaranması üçün zəmin hazırlamışdır.[5]
Fəaliyyəti
redaktəKarbon-sink qalvanik elementini ixtira etmiş (1841) və onun köməyi ilə əridilmiş xloridlərin elektrolizindən maqnezium (1852), litium, kalsium, stronsium və barium (1854–55) metallarını almışdır (1841). Domna sobalarında çuqunun əridilməsi prosesini və domna qazlarının tərkibini tədqiq etmişdir (1838 və 1845). “Qazometrik metodlar” (1857) əsərində təsvir etdiyi kimi qaz analizinin əsaslarını işləyib hazırlamışdır.
Bunzen müxtəlif metal duzlarının buxarları ilə boyanan alovun spektrlərini öyrənmiş (1854, Q.R. Kirxhofla birlikdə) və bununla spektral analizin başlanğıcını qoymuşdur (1859), onun vasitəsilə Kirxhofla birlikdə sezium (1860) və rubidium (1861) elementlərini kəşf etmişdir. Kimyəvi proseslərə işığın təsirini tədqiq etmiş (ingilis kimyaçısı H. Rosko ilə birlikdə ) və fotokimyəvi reaksiyanın məhsulunun miqdarı ilə reaksiya sisteminə düşən şüalanma enerjisinin miqdarı arasında asılılığı kəşf etmişdir (1862, Bun zen–Rosko qanunu).
Yağ ləkəli fotometri (1843), qazlampasını (1855), buz kalorimetrini (1870) ixtira etmiş, indiumun istilik tutumunu ölçmüşdür. Bunzenin laboratoriyalarında E. Franklend, A. Kolbe, C. Tindal, A. Bayer, F.F. Beylşteyn, D.İ. Mendeleyev, V. Meyer, H. Rosko və b. təhsil almış və işləmişlər.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Meyer R. Bunsen, Robert Wilhelm // Biographisches Jahrbuch und Deutscher Nekrolog (alm.). / Hrsg.: A. Bettelheim B. Vol. 4. S. 192–198.
- ↑ 1 2 3 4 5 6 7 8 Deutsche Biographie (alm.). München BSB, Historische Kommission bei der Bayerischen Akademie der Wissenschaften, 2001.
- ↑ 1 2 Heinrich Debus. Bunsen, Robert Wilhelm (alm.). // Allgemeine Deutsche Biographie L: 1903. Vol. 47. S. 369–376.
- ↑ 1 2 www.leopoldina.org (alm.).
- ↑ 1 2 3 Bunzen// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 78.