Robert Kinq Merton - Wikipedia
Robert Kinq Merton (4 iyul 1910[1][2][…], Filadelfiya, Pensilvaniya – 23 fevral 2003[1][2][…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-də struktur–funksional təhlilin ən görkəmli nümayəndələrindən biri.
Robert Kinq Merton | |
---|---|
ing. Robert King Merton | |
Doğum adı | Meyer Robert Schkolnick |
Doğum tarixi | 4 iyul 1910[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 2003[1][2][…] (92 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Elm sahəsi | sosiologiya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Pitirim Sorokin[4], Corc Sarton[4] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRobert Kinq Merton 4 iyul 1910-cu ildə Filadelfiyada doğulmuşdur. Onun ailəsi 1904-cü ildə yəhudi qaçqını Rusiyadan ABŞ-yə köçmüşdü. Anası, İda Rasovskaya, atası isə ABŞ limanında "Harri Sklonik"[5] kimi qetdiyyata götürülmüş, Aaron Şkolnikov idi. Cənubi Filadelfiyada süd məhsulları satan Aaronun mağazası yandıqdan sonra ailəsini çətin vəziyyətdə qoymamaq üçün bir dülgərin yanında köməkçi işləməyə başladı. Doğrudur bu illərdə Merton çox zəif və çəlimsiz idi. Amma o özünün bir çox imkanlara və qabiliyyətlərə malik olduğuna inanırdı.[6]
Ailə həyatı
redaktə1934-cü ildə Merton, Suzanna Karhart ilə evləndi. Bu evlilikdən Robert Kinq Merton dünyaya gəldi. 1997-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını qazankən iki qızı- Stefani Merton və Vanessa Merton da var idi. 1968-ci ildə Karhart Robert Mertondan ayrıldı və 1992-ci ildə vəfat etdi. Merton isə 1993-cü ildə Hariyet Zukerman ilə ailə həyatı qurdu. Hariyet həm də onun əməkdaşı idi. Merton 92 yaşında vəfat etdikdən xanımı Zukerman Manhettenə köçdü və orada ölümünə qədər yaşadı. Onun 3 üşağı, 9 nəvəsi və 9 nəticəsi var idi.[7]
Təhsili
redaktəSosial karyerasına Filadelfiya Templ Universitetində Corc E. Simpsonun rəhbərliyi altında başlamışdır. Simpson Mertonu, irq və media ilə bir layihə üzərində araşdırma köməkçisi olaraq çalışdırı vaxt sosiologiyaya dəvət etdi. İlk dəfə Simpsonun rəhbərliyi altında Merton Amerika sosiologiya Assosiasiyanın ilk toplantısında iştirak etdi. Burada o, Harvard Universitetinin Sosiologiya Şöbəsinin təsisçisi Pitrim A. Sorokinlə tanış oldu. Merton Harvard üçün müraciət etdi və Sorokinin köməkçisi kimi çalışmağa başladı.[8]
Karyerası
redaktəO, müəllimlik fəaliyyətinə Harvard (1936–1939), daha sonra isə Tuleyn universitetində (Yeni Orlean, 1033–1941) başlamış ,1941-ci ildə isə onun peşəkar taleyi Nyu-Yorkda yerləşən Kolumbiya universiteti ilə sıx bağlı olmuşdur. Burada o, 1942-ci ildən 1970-ci ilə qədər sosial tədqiqatlar Bürosunun müdir müavini vəzifəsində çalışmış ,1976-cı ildən isə sosial elmlər Mərkəzinə rəhbərlik etmişdir. 1986-cı –ildən etibarən Hent universitetinin (Belçika) professoru olmuş, 1957-ci ildə Amerika sosioloji assosiasyasının prezidenti seçilmiş, 1975–1976-cı illərdə Elmin sosial tədqiqi Cəmiyyətinin prezidenti olmuş, 1971-ci ildən 1979-cu ilə qədər C. S. Qudqenxeymin Xatirə fondunun yaradılmasına dair Məsləhət şurasının sədri kimi fəaliyyət göstərmişdir.
Merton 1936-cı ildə doktorluq dissertasiyasının müdafiə etdikdən sonra Harvardda qalaraq , burada sosial adaptasiyasının müxtəlif növlərinin ayırd edilməsinə əsaslanan kənar davranış nəzəriyyəsini işləyib hazırlamışdır. O, Kolumbiya universitetində Lazarsfeld ilə eyni vaxta gəlmişdir. Onların dəvət olunması sosiologiyada elmi mübahisəni həll etmək məqsədi daşıyırdı: sosiologiyada nəzər və ya metodiki-prosedur başlanğıc üstünlük təşkil etməlidir. Onların elmi əsərləri bunların hər ikisinin sosiologiya üçün zəruri olduğunu təsdiq etdi. Lazarsfeld Mertonu otuzuncu illərdə çoxlu sayda tədqiqat layihəsinə cəlb etmişdir. Merton isə Lazarfeldi sosioloji nəzəriyyələrin yaradılması istiqamətində metodlar işləyib hazırlamağa həvəsləndirirdi.[9]
Elmi fəaliyyəti
redaktəMerton əsas elmi işlərindən biri də 1949-cu ildə onun redaksiya altında işıq üzü görmüş fundamental kollektiv əsər olan "Sosial nəzəriyyə və sosial struktur"dur. Burada o, sosial nəzəriyyə ilə empirik tədqiqatlar arasında qarşılıqlı münasibətləri təyin edərək cəmiyyətə struktur-funksional yanaşmanın gələcək təkminləşdirilməsini davam etdirmiş, aşkar və latent funksiyalar və disfunksiyalar anlayışlarını yaratmışdır. Merton, sosiologiya elmi sahəsində puritan düşüncə ilə elmin tərəqqisi arasındakı əlaqəni öyrənmişdir. Onun bu sahədəki əsas elmi əsərləri :
- "On yeddinci əsrdə İngiltərədə elm , texnika və cəmiyyət " (1938)
- "Elmin sosioligiyası"dır (1973).
Onun digər əhəmiyyətli elmi əsərləri bunlardır:
- Kütləvi inandırma"(1946)
- "Nəhənglərin çiynində"(1965)
- "Nəzəri sosiologiya haqqında "(1967)
- "Sosial ambivalentlik və digərn oçerklər".
Merton P. Lazarsfeld şərəfinə işıq üzü görmüş "Kəmiyyətli və keyfiyyətli sosial tədqiqatlar"(1979) və "Nəsildən –nəsilə ötürülən sosial ənənələr"(1980) kitablarının baş redaktoru olmuşdur. Merton və Lazarsfeld 25 il ərzində (1941–1976) Kolumbiya universitetinin çox gözəl sosioloqlar komandasına rəhbərlik etmiş və bir çox tələbləri cəsarətli yenilikçiliklə dərin peşəkarlığı uzlaşdıran yaradıcı sosiolojin axtarışa həvəsləndirmişdilər.
Merton ilk dəfə olaraq disfunksiya anlayışını sosiologiyaya daxil etmiş , aşkar və gizli sosial funksiyaları dürüst müəyyən etmişdi. Mertonun məşhur işləri arasında kütləvi inandırma mexanizmlərinin , berokratik strukturların , puritan etikası ilə müasir elmin yaranması arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsi , ali tibbi məktəblərdə təhsil aldıqları müddətdə həkimlərdə peşəkar dəyərlərin formalaşması kimi mövzular xüsusilə seçilir. Onun nəzəri və tədqiqat esselərinin məcmusundan ibarət olan "Sosial nəzəriyyə və sosial struktur" kitabı (1949)daha məşhurdur. Onlardan birində-"Aşkar və gizli funksiyalar"da o, sosial sistemin normal işini şərtləndirən fəaliyyətin iki tipini ayırd etmişdir: aşkar fəaliyyət onun nəticələrinin iştirakçılar tərəfindən gözləndiyini və qəbul olunmasını nəzərdə tutduğu halda, gizli fəaliyyət nəticələri güman olunmayan , arzuolunmaz fəaliyyət növüdür. O, "Sosial struktur və anomiya" adlı əsərində sübut edir ki, anomik davranışın mənbəyini sosial məqsədlərlə onlara nail olmaq vasitələri arasındakı ziddiyyətlər təşkil edir. Məsələn nailiyyətlərin əldə olunmasının marifləndirici və peşəkar vasitələri fərdlər və ya qruplar inkar edilir .[10]
Orta səviyyə nəzəriyyəsi
redaktəMerton sosiologiya elmində orta səviyyə nəzəriyyələrinin yaranması zərurətinin qaynar enerjili və təkidi tərəfdarı olub , onların təşəkkül tapması üçün çox işlər görmüşdür.
Orta səviyyə nəzəriyyəsi bütövlükdə sosial intizamı deyil, bir-biri ilə qarşılıqlı əlaqədə olan hadisələrin məhdud qrupunu əhatə etməlidir. Empirik tədqiqatların köməyilə hipotezlərin asanlıqla yoxlanması bu nəzəriyyənin üstünlüyü hesab edilir. Mertona görə orta səviyyə nəzəriyyəsi ilə empirik tədqiqatlar arasında əlaqələndirici halqadır. V. S. Semyonov "Qeyri-marksist qərb sosiologiyasının tarixi üzrə arayış vəsaiti"ndə Merton tərəfindən işlənib hazırlanmış və E. Dürkheymin ideyasını davam etdirərək onu "orta sosioloji nəzəriyyə" səviyyəsinə gətirib çıxarmış, müasir qərb cəmiyyətində bazş verən bir çox real disfunksiyalar izah edən anomiya nəzəriyyəsini təhlil edir.
Merton kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyanın, kinonun, mətbuatın, radionun öyrənilməsi sahəsindəki xidmətləri ABŞ-də yüksək qiymət almışdır.
Kolumbiya məktəbinin nümayəndəsi Xanan Selvin onun təşəkül tapması dövrünü xarırlayaraq yazırdı: "Biz bir günəşin deyil, iki günəçin peykləri idik. Çünki Robert Merton və Paul Lazarsfeld otuz il ərzində Kolumbiya universitetində sosiologiyada o qədər hakim mövqeyə malik idilər ki, onlar haqqında başqa daha ciddi ifadə söyləmək yaramaz".[11]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Robert K. Merton // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Robert K. Merton // Solomon Quqqenhaym muzeyi. 1937.
- ↑ 1 2 https://www.college.columbia.edu/cct_archive/may03/quads11.html.
- ↑ 1 2 Zuckerman H. http://www.columbia.edu/cu/univprof/jcole/EmergenceOfAScientificSpeciality.pdf. S. 144–145.
- ↑ Peter Simonson (2010). Refiguring Mass Communication: A History. University of Illinois Press. pp. 123–130. ISBN 978-0-252-07705-0.
- ↑ Robert K. Merton Remembered." Robert K. Merton Remembered. N.p., n.d.
- ↑ "Columbia News ::: Renowned Columbia Sociologist and National Medal of Science Winner Robert K. Merton Dies at 92." Columbia News ::: Renowned Columbia Sociologist and National Medal of Science Winner Robert K. Merton Dies at 92. N.p., n.d.
- ↑ Sztompka, Piotr (2003), "Robert K. Merton", in Ritzer, George, The Blackwell companion to major contemporary social theorists, Malden, Massachusetts Oxford: Blackwell, pp. 12–33, ISBN 9781405105958. Also available as: Sztompka, Piotr (2003). "Chapter 1. Robert K. Merton". Wiley. doi:10.1002/9780470999912.ch2. Extract.
- ↑ Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 382
- ↑ Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 382–384
- ↑ Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 384,385