Roasso Kumamoto Fk - Wikipedia
Roasso Kumamoto FK (ロアッソ熊本, Roasso Kumamoto?) — Kumamoto prefekturasının paytaxtı olan Kumamoto şəhərini təmsil edən Yaponiya futbol klubudur. Roasso Kumamoto klubu hal-hazırda Cey 2 Liqasında mübarizə aparır. İlk dəfə klub Cey 2 Liqasında 2007-ci il mövsümündə mübarizə aparmışdır. İlk mövsümlərini 2008-ci ildə keçirtmiş və həmin mövsümdə liqada 12-ci yeri tutmuşdular. Klubun əsas rəngi qırmızıdır.
Roasso Kumamoto FK | |||
---|---|---|---|
Klubun tam adı | Roasso Kumamoto | ||
Ölkə | Yaponiya | ||
Ləqəb(lər) | Roasso | ||
Yaranma tarixi | 2004 | ||
Stadionu | Umakana Yokana stadionu, | ||
Tutumu | 32000 | ||
Prezidenti | Tomoyoşi İkeya | ||
Baş məşqçisi | Hiroyuki Kiyokava | ||
Liqa | 2 Liqasi | ||
2022 | 4., (2 Liqasi) | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRoasso Kumamoto FK klubu 1969-cu ildə Nippon Teleqraf və Telefon Korporasiyası (NTT) Kumamoto Futbol Klubu tərəfindən təsis olunmuşdur. Klub 1983-cü ildə Kyuşu Regional Liqasında 1983-cü ildə mübarizə aparmağa başlamışdır.
NTT 1985-ci ildə özəlləşdirildi. Klub həmin ildə NTT Kyuşu Futbol Klubu kimi adlandırılmağa başladı. NTT 1999-cu ildə NTT Qərb və NTT Şərq olaraq iki yerə bölündükdən sonra klub adını NTT Qərb Kumamoto Futbol Klubu kimi dəyişdirdi.
Klub 2001-ci ildə YFL Liqasına geri döndü. Həmin mövsümdə klub 8-ci yeri tutdu. 2002-ci ildə NTT şirkəti klubu maliyyələşdirməkdən imtina etdi. Klub ictimaiyyət-yönümlü Alouette Kumamotonun mülkiyyətinə keçdi. Alouette Fransız sözü olub torağay mənasını verir. Torağay quşu Kumamoto prefekturasının simvolu hesab olunur. Klub növbəti mövsümdə Kyuşu Liqasında mübarizə aparmağa başladı və liqanı mövsümün sonunda 17-ci pillədə başa vurdu.
2005-ci ildə klubun adı Rosso Kumamoto olaraq adlandırıldı. Rosso İtalyan sözü olub qırmızı mənasına gəlir. Kyuşu Liqasında çempion olduqdan sonra klub Regional Liqanın pley-off turnirində çıxış etdi. Həmin turniri 3-cü yerdə başa vurdu və YFL Liqasına vəsiqə qazandı.
Komanda bu yaxınlarda pro liqaların təmsilçiləri arasından seçilərək Cey Liqasında çıxış etmək şansı əldə etmişdir. Rosso klubu 2007-ci ildə YFL Liqasında ikinci yeri tutdu. Bu yüksək nəticə sayəsində klub 2008-ci ildə Cey Liqasına vəsiqə qazandı.
Adının dəyişməsi
redaktəRosso klubu 1 yanvar 2008-ci ildə klubun adını Roasso Kumamoto olaraq dəyişdirmişdir. Həmin ildə klub Cey Liqasına yenidən vəsiqə qazanmışdır. Roasso portmantu olub rosso qırmızı, asso isə İtalyan dilində tuz deməkdir. Klub klubun yaranmasında əməyi olan və ticarət markası kimi böyük şöhrət qazanmış Rosso şirkətinin adını daşıyırdı. Klubun simvolları Ferrarinin simvolları olan kişnəyən at və onun üzərindəki rənglərdir.
Regional Liqada uğurları
redaktəRekordlar Rosso Kumamoto adı ilə dəyişdirildikdən sonra olmuşdur.
Mövsüm | Div. | Kom. | Möv. | Tamaşaçı | Liqa Kuboku | İmperator Kuboku |
---|---|---|---|---|---|---|
2005 | KYU | 10 | 1 | - | - | 1-ci mərhələ |
2006 | YFL | 18 | 5 | - | - | 3-cü mərhələ |
2007 | YFL | 18 | 2 | - | - | 1-ci mərhələ |
- Açar söz
- Kom. = Komandaların sayı
- Möv. = Liqadakı mövqeyi
- Tamaşaçı = Ortalama tamaşaçı sayı
- KYU = Kyuşu Liqası (Yerli Liqa)
Cey Liqasında yaddaqalan rekordları
redaktəMövsüm | Div. | Kom. | Möv. | Tamaşaçı | Cey-liqa Kuboku | İmperator Liqası |
---|---|---|---|---|---|---|
2008 | C2 | 15 | 12 | 5,279 | - | 3-cü mərhələ |
2009 | C2 | 18 | 14 | 6,006 | - | 2-ci mərhələ |
2010 | C2 | 19 | 7 | 6,907 | - | 3-cü mərhələ |
2011 | C2 | 20 | 11 | 6,928 | - | 2-ci mərhələ |
2012 | C2 | 22 | 14 | 5,855 | - | 4-cü mərhələ |
2013 | C2 | 22 | 19 | 6,228 | - | 3-cü mərhələ |
2014 | J2 | 22 | 13 | 7,002 | - | 2-ci mərhələ |
2015 | C2 | 22 | 13 | 7,037 | - | 3-cü mərhələ |
2016 | C2 | - |
- Açar söz
- Kom. = Komandaların sayı
- Möv. = Liqadakı mövqeyi
- Tamaşaçı = Ortalama tamaşaçı sayı
Hal-hazırkı heyəti
redaktə22 yanvar 2016-cı il məlumatlarına əsasən.[1]
|
|
Kirayə
redaktə
|
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
Xarici keçidlər
redaktə- (yap.) Official Website