Resident Evil Village - Wikipedia
Resident Evil Village (azərb. Şər yuvası: Kənd) — Capcom tərəfindən hazırlanmış və satışa çıxarılmış 2021-ci ilin survival horror janrındakı videooyunu. Bu, 2017-ci ildə təqdim edilmiş “Resident Evil 7: Biohazard” oyunundakı hekayə xəttini davam etdirir. Məşhur əsas seriyanın sayca onuncu oyunudur. Oyunun baş qəhrəmanı olan İtan Vinters qaçırılıb mutant məxluqların zəbt etdiyi bir kənddə saxlanılan körpə qızını tapıb xilas etmək üçün axtarışa başlayır — bu işi yerinə yetirmək oyunçulara həvalə edilir.
Resident Evil Village | |
---|---|
| |
Hazırlayanlar | Capcom |
Yayımlayanlar | Capcom |
Buraxılış tarixləri | 7 may 2021, 30 oktyabr 2023[1] |
Janr | survival horror, birinci şəxs atıcı, fəaliyyət oyunu[d] |
Texniki məlumat | |
Platforma | PlayStation 5, Microsoft Windows, PlayStation 4, Xbox One, iOS, iPadOS |
Oyun rejimi | birnəfərli oyun, çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, ispan dili, yapon dili, rus dili |
Daşıyıcı | Blu-ray Disc, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, kompüter klaviaturası, kompüter siçanı, sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyun 2020-ci ilin iyununda elan edilmiş və rəsmi olaraq 7 may 2021-ci ildə satışa çıxarılmışdır. Oyun PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S, Stadia və Windows da daxil olmaqla müxtəlif oyun platformalarında mövcuddur. Oyunun mobil versiyası 30 oktyabr 2023-cü il tarixində iOS platforması üçün əlçatan olmuşdur.
Oyun bütövlükdə yaxşı qarşılanıb, oynanışı, quruluşu və müxtəlif funksiyaları haqqında müsbət rəylər almışdır. Ancaq, oyunçular tapmacaları, boss döyüşlərini və xüsusilə Windows-da ortaya çıxan performans problemlərini bəyənmədiklərini bildiriblər. Ayrıca, oyunun əvvəlki seriyalarla müqayisədə daha çox döyüş yönümlü olması, yəni tapmacaların həlli və araşdırma kimi digər oyun elementlərindən uzaqlaşması oyunçular arasında fikir bölgüsü ilə nəticələnmişdir — bu yeni istiqamətə keçid hər kəsi qane etməmişdir. “Resident Evil Village” 2021-ci ilin noyabrında baş tutan “Qızıl Coystik” mükafatlarında "İlin oyunu" da daxil olmaqla çoxsaylı mükafatlar qazanıb. Oyun 2023-cü ilin dekabrına qədər 9,3 milyon ədəd satıb.[2]
Gameplay
redaktə“Resident Evil Village”də əvvəlki oyun “Resident Evil 7: Biohazard”da olduğu kimi oyunçuların oyunu birinci şəxs və üçüncü şəxs baxış bucağından oynamaq seçimi var. Oyun Viktoriya dövründən qalma qarlı Şərqi Avropa kəndində, xüsusilə Rumıniyanı xatırladan bir mühitdə keçir.[3] Oyun dünyası əvvəlkinə nisbətən xeyli geniş və immersivdir ki, bu da oyunçulara özlərini oyun dünyasının bir parçası kimi hiss etdirən unudulmaz bir təcrübə təqdim edir. Oyunda kəndin mərkəzindəki binalara və tikililərə qalxaraq düşmənlərə qarşı döyüşmək mümkündür. Oyunda İtan Vinters (ing. Ethan Winters) döyüş zamanı “Biohazard”da olduğundan daha yaxşıdır, belə ki o, bu dəfə hərbi döyüş bacarıqları üzrə təlim keçib.[4] Oyunçuların oyunda ən çox qarşılaşacaqları düşmənlər qurd adama oxşar məxluqlar olan “Likan”lardır (ing. Lycan). Onlar həm çevikliyə, həm də zəkaya malikdirlər, üstəlik silah istifadə edir və qrup şəklində hücum etməyi də bacarırlar. Oyunçular bu əzəli düşmənləri aradan qaldırarkən öz yanaşmalarında strateji olmalıdırlar.[5][6][7] Oyunçular “Resident Evil 4”dəki kimi, özlərini düşmənlərin hücumlarından qorumaq üçün barrikadalar qura bilərlər.
Oyundakı inventar idarəetmə üsulu “Resident Evil 4”dəkinə oxşardır. Oyunçuda tənzimlənə bilən portfel var, hansı ki, onunla itemlərin yerlərini dəyişdirmək və çevirməklə daha çox yer qazanmaq olur. Oyunda alqı-satqı işlərinə baxan Dük (ing. Duke) adlı işgüzar şəxsə də rast gəlinir. Oyunçuların ondan təchizat, silah, itemlər və təkmilləşdirmə xidmətləri almaq imkanı var.[8] Oyunçular kənddə yaşayan heyvanları ovlaya bilərlər — bu “ağız sulandıran nemətləri” daha sonra ləzzətli yemək hazırlaması üçün Dükə aparmaq olar. Bəzi yeməklər oyunçulara müəyyən üstünlüklər verir, məsələn, hücumların qarşısını aldıqları zaman aldıqları zərərin miqdarını azaltmaq kimi.[9] Kənddə tapıla bilən xəzinə və qiymətli əşyalar da var. Bu əşyaları toplayıb Dükə satmaq olur.
Oyunçular bu dəfə “Resident Evil 7”dəki kimi “tape recorder”lərdən deyil, yazı makinaları vasitəsilə öz irəliləyişlərini saxlaya bilərlər. Bu cihazlar “Resident Evil 4”dən bəri ilk dəfə bu oyunda geri qayıdırlar.[10] Oyunda oynayarkən açıla bilən bir pauza menyusu da var. Bu menyudan oyunçu kəndin xəritəsinə baxa, eləcə də hekayədəki irəliləyişinin cızma-qarasını göstərən gündəliyi görə bilər. Oyunda iki yeni funksiya mövcuddur. Birinci, oyunçulara oyun zamanı yaddaqalan anların skrinşotlarını çəkməyə imkan verən foto rejimidir. Oyunçular bu anları çəkə və öz cihazlarında saxlaya və ya başqaları ilə paylaşa bilərlər. İkinci, oyunçulara “cutscene” səhnələrini atlamağa imkan verən düymədir.[11]
“Resident Evil Village”də əvvəlki “Resident Evil” oyunlarında mövcud olan klassik arkade üslublu oyun modu olan “Mercenaries Mode” geri qayıdıb. Belə ki, bu modun kilidini açmaq istəyən oyunçular ən azı bir dəfə belə olsun oyunu tamamlamalıdırlar. Bu mod oyunçuların döyüş bacarıqlarını sınamağa yönəldilmişdir. Burada oyunçular növbəti mərhələlərə yüksəlmək üçün bacardıqları qədər çox düşmən qüvvələrini məğlub edərək xal toplamalıdırlar. Oyunçular bu döyüşlərdə uğur əldə etmək üçün “Duke's Emporium”un itemlərindən və təkmilləşdirmə xidmətlərindən yararlana bilərlər.[12] “Resident Evil Village” oyununu satın alan oyunçular “Resident Evil Re:Verse” adlı başqa bir oyunu da oynama şansı qazanırlar. Bu ikinci oyun, eyni anda altı oyunçunun birlikdə oynaya biləcəyi onlayn multiplayer üçüncü şəxs atıcıdır. “Re:Verse”in buraxılması bir il yarım gecikib və oyun nəhayət 2022-ci ilin oktyabrında istifadəyə verilib.
Süjet
redaktəXülasə
redaktə“Resident Evil Village”, “Resident Evil 7”nin davamıdır və hekayəsi ondan üç il sonra, 9 fevral 2021-ci ildə cərəyan edir.[13] Əvvəlki oyunda zehinləri ələ keçirən biosilah Evelinin (ing. Eveline) öhdəsindən gələn baş qəhrəman İtan Vinters bu davamda geri qayıdışını edir. “Village”də İtan həyat yoldaşı Mia və altı aylıq körpə qızı Rozmari (ing. Rosemary) ilə birlikdə xoşbəxt həyat sürürdü ki, Kris Redfild (ing. Chris Redfield) və onun silahlı birləşmələri gözlənilmədən ziyarətə gələrək onun həyatını kabusa çevirir. Onlar Mianı qətlə yetirir, İtanı və körpəsini isə özləri ilə götürürlər. İtan müqavimət göstərərkən başından zərbə alaraq huşunu itirir, özünə gələndə görür ki, onu daşıyan mikroavtobus qarlı bir ərazidə qəza törədib və onu girov götürən şəxslər isə yerindəcə keçinib. İtan qızını tapmaq üçün yaxınlıqdakı kəndə yollanır.[14][15] Bu kənddə Likanlar adlı canavarabənzər mutantlar məskən salıblar. Onlara dörd fərqli mutant lord komandanlıq edir. Kənddə məskunlaşanlardan biri də hündürboy aristokrat vampir olan Ledi Dimitreskudur (ing. Lady Dimitrescu). Bu xanım üç qızı, Bela, Kassandra və Daniela, eləcə də mutasiyaya uğramış digər qadın qulluqçuları ilə “Dimitreskuların qəsri” (ing. Castle Dimitrescu) adlanan qalada yaşayır.[16][17] Kənddə həmçinin Donna Beneviento adlı qapalı geyimli kuklaçı qadın da var, hansı ki, “Beneviontaların evi” (ing. House Beneviento) adlı malikanədə yaşayır və Enci (ing. Angie) adlı kuklasından istifadə edərək başqalarını real olmayan şeyləri görməyə məcbur etməklə manipulyasiya edir və aldadır.[18] Kəndin digər qorxunc sakinlərindən biri də su anbarına yaxın bir yerdə yaşayan Salvatore Moreau adlı məxluqdur. O, dəniz adamına oxşayır, yəni dənizdən yaşayan canlılara bənzər xüsusiyyətlərə malikdir. Kəndin mühəndisi isə Karl Heyzenberqdir, (ing. Karl Heisenberg) onun fabriki var və o, “Soldat” adlandırdığı kiborq cəsəd ordusuna rəhbərlik edir. Sonda, kəndə ifritə qadın Miranda Ana (ing. Mother Miranda) hökmranlıq edir. O, kəndçilər üçün bir kraliça kimidir, onun gücünə inanır və ona böyük hörmət və ehtiram bəsləyirlər.
Hekayəsi
redaktə“Resident Evil 7”dəki travmatik hadisələrdən üç il keçir, İtan və arvadı Mia, Kris Redfildin köməyilə baş verənləri arxada qoyaraq Avropaya köçüblər. Cütlük dinc həyat yaşayır, xüsusən də təzəlikcə dünyaya göz açmış qızları Rozmarinin bu yaxınlarda gəlişi ilə. Gecələrin birində Kris Redfild və silahlı dəstəsi onların yaşadıqlar evə basqın edir. Onlar Mianın həyatına son qoyur, İtanı və qızları Rozmarini isə zorla özləri ilə aparırlar. Bir müddət özündən gedən İtan, onu daşıyan mikroavtobusun qəzaya uğramasından sonra oyanır. İtan ayaxa qalxıb yaxınlıqdakı kəndə yola düşür. O, sakinlərin birindən öyrənir ki, canavar bənzəri məxluqlar olan Likanlar kənddə qorxu salıblar.
Qeydlər
redaktə- Kənddə peşəcə bioloq olan Miranda yüz illlərdir ki, vəfat edən 10 yaşlı qızı Evanı diriltməyə çalışıb. Mirandanın kənddən tapdığı göbələklər ona supergüclər bəxş etmişdir. O, qızını həyata qaytarmaq üçün doğru insanı tapmaq ümidi ilə kənd sakinləri üzərində təcrübələr aparmışdır. Kəndçilərin mutant olması da məhz onun əməllərindən qaynaqlanır. “Resident Evil 7: Biohazard” oyununun antaqonisti olan biosilah Evelin, “The Connections” təşkilatı tərəfindən Mirandanın verdiyi göbələkdən, həmçinin qızı Evadan aldığı DNT nümunəsindən istifadə edilməklə hazırlanıb. Evelin ölməzdən əvvəl Mianı və İtanı da yoluxdurmuşdu, daha sonra cütlük Rozmari adlı bir qız dünyaya gətirdi. Midanda indi düşünür ki, mərhum qızı Evanı Rozmarinin bədəni sayəsində həyat qaytara bilər. Miranda istəyir ki, gücləri vasitəsilə Evanın xatirələrini və şüurunu Rozmarinə köçürsün. Miranda ona sahib olmaq üçün planlar qurmağa başlayır. O, ilk olaraq Mianın izinə düşür və onun genetik kodunu ələ keçirir. Mianın bədəninin nüsxəsinə yiyələnən Miranda onun görünüşünu alaraq Vinterslərin evinə düz yol alır. Miranda bir neçə gün boyunca İtanı aldatmağı bacarır. Kris Redfild necəsə bundan xəbər tutanda gecələrin birində heç bir izahat vermədən ortaya çıxaraq “Mia”nı qətlə yetirir, İtanı və Rozmarini isə özü ilə götürür. Ancaq Miranda Rozmarini əldən vermək istəmir və onun daşındığı mikroavtobusa hücum edir. Krisin adamlarını öldürür, Rozmarini isə kəndə qaçırır.
İstinadlar
redaktə- ↑ https://www.gamespress.com/Capcom-Welcomes-iPhone-15-Pro-and-iPad-to-the-World-of-Survival-Horror.
- ↑ "Platinum Titles |Product Data | CAPCOM". www.capcom.co.jp (ingilis). 2023-12-31. 2008-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-13.
- ↑ Stadnik, Alex. "Resident Evil Village: Exclusive Environment Tour". Game Informer. GameStop. April 17, 2021. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021.
- ↑ Stone, Sam. "Resident Evil Village Makes a Huge Change to Ethan Winters". Comic Book Resources. May 11, 2021. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021.
- ↑ Stadnik, Alex. "Resident Evil Village: A Deeper, Inside Look At The Lycan". Game Informer. April 23, 2021. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021.
- ↑ McAllister, Gillen. "New Resident Evil Village gameplay showcases combat, villains, and environments". PlayStation Blog. April 19, 2021. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021.
- ↑ Carnley, Zackary. "How Resident Evil Village's Lycans Fit With The Franchise's Viruses and Parasites". Game Rant. May 14, 2021. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021.
- ↑ Bailey, Dustin. "Resident Evil Village has RE4-style inventory Tetris". PCGamesN. January 21, 2021. January 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2021.
- ↑ Cryer, Hirun. "Resident Evil Village gameplay shows wildlife hunting and extensive upgrades system". GamesRadar+. April 15, 2021. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021.
- ↑ Baird, Scott. "Resident Evil Village Is Bringing Back Typewriters (But Not Ink Ribbons)". Screen Rant. Valnet Inc. April 19, 2021. June 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021.
- ↑ Moore, Logan. "Resident Evil Village Reveals Two Big New Features". Comicbook.com. April 2, 2021. June 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2021.
- ↑ McWhertor, Michael. "Resident Evil Village brings back beloved Mercenaries mode". Polygon (ingilis). 2021-04-15. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-27.
- ↑ "Remembering Resident Evil 7". YouTube. Resident Evil. April 28, 2021. April 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2021.
- ↑ Mercante, Alyssa. "Resident Evil 8: Village revealed and we're screaming". GamesRadar. June 12, 2020. July 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2020.
- ↑ Krabbe, Esra. "Resident Evil Village Map and Mother Miranda Art Revealed – IGN First". IGN. April 9, 2021. April 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2021.
- ↑ Hogeweg, Stan. "Resident Evil is a Franchise To Look to for Female Empowerment". GameRant. January 25, 2021. February 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2021.
- ↑ Gratton, Kyle. "Who Resident Evil 8's Tall Lady Is". Screen Rant. January 23, 2021. May 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2021.
- ↑ McCaffery, Ryan. "Resident Evil Village: Mother Miranda, Other Main Villains Revealed – IGN First". IGN. April 23, 2021. April 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2021.
Xarici keçidlər
redaktə- residentevil.com/village/ — Rəsmi saytı