Resen Qesebe - Wikipedia
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə.[1] Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir.
Qəsəbə | |
Resen | |
---|---|
mak. Ресен | |
41°05′20″ şm. e. 21°00′44″ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
Region | Pelaqoniya |
Bələdiyyə | Resen |
Meri | Qyoko Strezovski |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Asamati |
Mərkəzin hündürlüyü | 885 m |
İqlimi | Dəniz iqlimi |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 8,748 nəfər (2002) |
Milli tərkibi |
Makedonlar (73.5%) Türklər (15.65%) |
Rəsmi dili | Makedonca |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+389) 047 |
Poçt indeksi | 7310 |
Nəqliyyat kodu | RE |
Digər | |
resen.gov.mk | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKöhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.[2] Resen'in tarixi, məşhur Via Egnatia yolunun Romalılar tərəfindən inşa edildiyi zamana qədər gedib çatır. Bu yol Resen'dən keçirdi.
Orta Əsrlərdə Prespa bölgəsi Samuilə aid Birinci Bolqar Dölətinin bir parçası idi. Klediyon döyüşündən sonra bir gözü kor olan Samuil əsgərlərinin bəzilərini Prespa Gölü sahilindəki bir kəndə yerləşdirmişdir. Bizanslılar bu kəndi Asamati kəndi adlandırdı. Bu sözün Bizans dilindəki mənası Birgözlü insanların yaşayış məntəqəsi-dir. O tarixdən etibarən Resen Bizans suverenliyinə girdi.
Daha sonra Resen, İkinci Bolqar Dövlətinin, Serb İmperiyasının və Osmanlı İmperiyasının bir suverenliyinə girmişdir. Resen bir alban soylu ailəsindən və ərazidə, 1908-ci ildə baş verən[3] Gənc Türklər inqilabının liderlərindən biri olan Əhməd Niyazi bəyin doğum yeridir. Resen, XIX əsrin sonunda və XX əsrin əvvəllərində Osmanlı İmperiyasının Manastır vilayətinin bir hissəsi olmuşdur.
1929-cu ildən 1941-ci ildə qədər Resen, Yuqoslaviya Krallığının Vardar Banovina rayonunun bir hissəsi idi.
Demoqrafiya
redaktə2002 siyahıyaalma əvvəlində, Resen qəsəbəsində 8.748 insan yaşayırdı və etnik quruluşu belə idi:[4]
Etnik Qrup | Əhali | % |
---|---|---|
Makedonlar | 6,431 | 73.5 |
Türklər | 1,369 | 15.7 |
Albanlar | 325 | 3.7 |
Digərləri | 623 | 7.1 |
Qəsəbənin ana dillinin quruluşu bu belə idi:
Dil | Əhali | % |
---|---|---|
Makedonca | 6,574 | 75.2 |
Türkcə | 1,355 | 15.5 |
Albanca | 629 | 7.2 |
Digərləri | 190 | 2.2 |
Qəsəbənin dini tərkibi belə idi:
Din | Əhali | % |
---|---|---|
Ortodoks Xristianlar | 6,382 | 73 |
Müsəlmanlar | 2,272 | 26 |
Digərləri | 94 | 1 |
İqlimi
redaktəResen, soyuq qışa və isti yaya malik olan bir iqlimə malikdir və bu xüsusilə yay aylarında qəsəbəni, turistik bir attraksion mərkəzi halına gətirir. Prespa regionu üçün iqlim və torpaq keyfiyyəti, uzun bir əkinçilik ənənəsinə sahib olmaq üçün əsas amillərdən biridir. Bu gün Resenin ən əhəmiyyətli simvolik tikintilərindən biri alma bağlarıdır. Resen, keyfiyyətli və ləzzətli almaları ilə məşhurdur.
İstinadlar
redaktə- ↑ "Resen Bələdiyyəsi". 2018-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ↑ Yunan və Roma dünyasının Barrinqton atlası: Xəritələr rəhbəri, I cild, Riçard Y. A. Talbert tərəfindən, səhifə 758, Resen yaxınlığındadır?
- ↑ Kedouriye, Silviya (2000). Türkiyə Respublikasının 75 ili. Psixologiya Mətbuat. səh 32. ISBN 978-0-7146-5042-5. 2011-ci ilin Fevral ayının 18-də alındı.
- ↑ "Macedoniya siyahıyalınması, dil və din" Arxivləşdirilib 2012-03-24 at the Wayback Machine (PDF). Alındı 2013–09-03.