Report Informasiya Agentliyi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən dövlət/hökumət nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliklərindən biri. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hesab etdiyi hadisələri dərc edir.
"Report" İnformasiya Agentliyi | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İnformasiya Agentliyi |
Sənaye | Media |
Məhsulu | Report Media Məktəbi |
Təsis tarixi | 27 oktyabr 2014 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Rəhbərlik |
Fuad Hüseynəliyev (Direktor) Murad Əliyev (Baş Redaktor) |
www.report.az |
Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir.[1][2]
Tarixi
redaktə"Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır.
Haqqında
redaktə"Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.
Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir.
"Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.
Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Agentliyin Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.
“Report” İnformasiya Agentliyinin bölgələrdə 9 bürosu fəaliyyət göstərir: Qərb, Şimal-qərb, Cənub, Yuxarı Şirvan, Şimal, Muğan, Aran, Qarabağ və Naxçıvan.[3]
Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Media Məktəbi fəaliyyət göstərir. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.
Report.az mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.
İlham Əliyevin Azərbaycan Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı Sərəncamla "Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə "Tərəqqi" medalına layiq görülüb.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ ""Global Media Group"un 6 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib — SİYAHI". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
- ↑ ""Global Media Group" üç ISO sertifikatı aldı". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Naxçıvanda "Report" İnformasiya Agentliyinin bürosu açılıb". 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
- ↑ "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.