Ratatuy Film - Wikipedia
Ratatuy (fr. Ratatouille) — Pixar tərəfindən istehsal olunmuş 2007-ci ilin komediya-dram janrındakı cizgi filmi. Studiyanın sayca səkkizinci filmidir. Rejissor Bred Börd bu filmdə Yan Pinkavanın orijinal ideyasını böyük ekrana gətirib. Filmin adı həm fransız mətbəxinə aid olan yeməyə, həm də siçovul olan əsas personajın növünə istinad edir. Parisdə keçən film “Auguste Gusteau's” adlı restoranda aşpaz olmaq arzusunda olan istedadlı siçovul Remi haqqında ürəkaçan hekayə təqdim edir. Filmdə Remi həmin restoranda qab yuyan kimi çalışan səriştəsiz gənc oğlan Linqvini ilə tanış olur. İkisi dostlaşır və bir-birlərinə kömək edərək ləzzətli yeməklər hazırlamağı və uğurlu aşpaz olmağı bacarırlar.
Ratatuy | |
---|---|
ing. Ratatouille | |
Janr | baddi-film[d], fleşbək filmi[d] |
Rejissorlar |
|
Ssenari müəllifi |
|
Bəstəkar |
|
İstehsalçılar | Walt Disney Pictures, Pixar |
Distribütor | Fórum Hungary[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 29 iyun 2007[1][2], 19 oktyabr 2007[3][1], 3 oktyabr 2007[4], 28 iyun 2007 |
Müddət | 111 dəq. |
Büdcə | 150.000.000 $[5] |
Gəlir | 623.722.818 $[2], 206.445.654 $[5] |
Ölkə | |
Dillər | ingilis dili, fransız dili |
Rəng | rəngli |
IMDb | ID0382932 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
“Ratatuy” filminin yaradılması üzərində işlər 2000-ci ildə Yan Pinkava film üçün ilk konsepsiyaları hazırlayanda başladı. O, layihənin ilkin mərhələlərində iştirak etsə də, son nəticədə filmin rejissoru olmamışdır. 2005-ci ildə o, hekayəyə inamı olmadığı üçün Pixar-dan üz döndərmişdir. Bundan sonra Bred Börddən rejissor kimi işə başlaması və hekayəni inkişaf etdirməsi üçün dəyişikliklər etməsi istəndi. Bred Börd və filmin istehsal komandasının bəzi üzvləri film üçün ideya və ilham almaq üçün Parisə səfər etdilər. Cizgi filmdəki yeməklərin real və iştahaaçan görünməsini istəyən komanda Fransa və ABŞ-dən olan peşəkar aşpazlardan kömək və məsləhət almışdır. Prodüser Bred Lüis “The French Laundry” restoranında işləyib və orada filmdə təsvir olunan confit byaldi adlı yeməyi hazırlamağı öyrənib. Filmin musiqisini Maykl Cakkino bəstələyib və Paris şəhərinin ab-havasından ilhamlanıb.
“Ratatuy” filminin ilk nümayişi 22 iyun 2007-ci ildə Los-Ancelesdəki Kodak Teatrında baş tutub. Film 29 iyun 2007-ci ildə ölkənin bütün kinoteatrlarında ekranları bəzəyib. Film dünya miqyasında 623,7 milyon dollar dəyərində gəlir əldə edib və tamaşaçıları heyrətləndirib. “Ratatuy” 2007-ci ilin ən çox gəlir gətirən filmlərindən altıncısı kimi kinoteatrlarda öz buraxılışını yekunlaşdırıb. Həmin ilin ikinci ən çox qazanan cizgi filmi olub və “Üçüncü Şrek” filmini üstələyə bilməyib. Film bir çox cəhətinə görə tənqidçilərdən yüksək qiymət alıb. Film "Ən Yaxşı Animasiya Filmi" nominasiyasında "Oskar"a layiq görülüb və çox sayda mükafata namizəd göstərilib. 2016-cı ildə BBC tərəfindən dünyanın hər yerindən olan tənqidçilər arasında keçirilən sorğuda "Ratatuy" XXI əsrin 100 ən yaxşı filmindən biri seçilib.
Saundtrek
redaktə№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Le Festin" (performed by Kamille) | 2:50 |
2. | "Welcome to Gusteau's" | 0:38 |
3. | "This Is Me" | 1:41 |
4. | "Granny Get Your Gun" | 2:01 |
5. | "100 Rat Dash" | 1:47 |
6. | "Wall Rat" | 2:41 |
7. | "Cast of Cooks" | 1:41 |
8. | "A Real Gourmet Kitchen" | 4:18 |
9. | "Souped Up" | 0:50 |
10. | "Is It Soup Yet?" | 1:16 |
11. | "A New Deal" | 1:56 |
12. | "Remy Drives a Linguini" | 2:26 |
13. | "Colette Shows Him le Ropes" | 2:56 |
14. | "Special Order" | 1:58 |
15. | "Kiss & Vinegar" | 1:54 |
16. | "Losing Control" | 2:04 |
17. | "Heist to See You" | 1:45 |
18. | "The Paper Chase" | 1:44 |
19. | "Remy's Revenge" | 3:24 |
20. | "Abandoning Ship" | 2:55 |
21. | "Dinner Rush" | 5:00 |
22. | "Anyone Can Cook" | 3:13 |
23. | "End Creditouilles" | 9:16 |
24. | "Ratatouille Main Theme" | 2:09 |
Mükafatları
redaktəCizgi filmi "ən yaxşı animasiya filmi" nominasiyası üzrə Oskar, Qızıl qlobus, BAFTA, Qremmi və s. mükafatlara layiq görülmüşdür.
Xarici keçidlər
redaktə- Animasiyanın rəsmi saytı (ing.)
- «Ratatuy» — Internet Movie Database saytında
- ↑ 1 2 http://www.d-zine.se/filmer/raattatouille.htm.
- ↑ 1 2 Box Office Mojo (ing.). 1999.
- ↑ http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=64685&type=MOVIE&iv=Basic.
- ↑ IMDb (ing.). 1990.
- ↑ 1 2 Box Office Mojo (ing.). 1999.