Ramiz Rovsen - Wikipedia
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist,[1] tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019).
Ramiz Rövşən | |
---|---|
Doğum adı | Ramiz Əliyev |
Doğum tarixi | 15 dekabr 1946 (77 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | şeir, hekayə, povest[d], esse, şeir |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRamiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.
Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir (2019).
Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.[3]
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilib.[4]
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
- Yazıçı Yaşar Əliyevin qardaşıdır.
- Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır[5].
Kitabları
redaktəKitabın adı | İçindəkilər | Şəhər | Nəşriyyat | İl | Səhifə | ISBN |
---|---|---|---|---|---|---|
Bir yağışlı nəğmə | Şeirlər | Bakı | Gənclik | 1970 | 62 | |
Göy üzü daş saxlamaz | Şeirlər və poema | Bakı | Yazıçı | 1987 | 158 | |
Kəpənək qanadları | Nəğmələr | Bakı | Səda | 1999 | 120 | |
Gedək biz olmayan yerə | Şeirlər və poema | Bakı | Çıraq | 2006 | 184 | |
Nəfəs – kitablar kitabı | Şeir, nəsr, esse | Bakı | Qanun | 2006 | 760 | |
Göy üzü daş saxlamaz | Şeirlər | Təbriz | Yaşmaq | 2007 | ISBN 965-6743-87-0 | |
Nefes – kitablar kitabı | Şiir-nesr-esse | Ankara | Bengü | 2008 | 226 | ISBN 978-605-5988-11-1 |
Yağışlı nəğmə | Şeirlər | Tehran | Əndişeye No | 2009 | 312 | ISBN 978-964-6149-56-4 |
Sevgi məktubu kimi | Şeirlər | Bakı | Mütərcim | 2009 | 52 | |
Yağış yuyur, gün qurudur | Şeirlər | Tehran | Pinar | 2011 | 240 | ISBN 965-6743-87-0 |
Nəfəs – kitablar kitabı | Şeir, nəsr, esse | Bakı | Qanun | 2017 | 728 | ISBN 978-9952-36-010-3 |
Göyərçinim, gəl görüm | Şeirli, şəkilli əlifba | Bakı | 3 alma | 2018 | 68 | ISBN 978-9952-311-53-2 |
Gizlənmişəm, tap məni | Uşaq şeirləri | Bakı | 3 alma | 2018 | 32 | ISBN 978-9952-310-97-9 |
Sevgi açarı | Şeirlər, tərcümələr, kinopovest | Bakı | TEAS Press | 2018 | 256 | ISBN 978-9952-313-69-7 |
Bu dünyanın hər sifəti | Şeirlər və pyes | Bakı | TEAS Press | 2021 | 164 | ISBN 978-9952-532-87-6 |
Tərcümələri
redaktə- Aleksandr Blok. Şair; "Bir qız oxuyurdu kilsə xorunda…"; "Dünən olanlar bu gün tamam yadımdan çıxır" (şeir). "Xəzər", 2005, № 2, s.25–26.
- Aleksandr Sergeyeviç Puşkin. "Bir ac quzğun o birinə deyirdi" (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.188.
- Aleksandr Sergeyeviç Puşkin. Yorğun yolçu; Peyğəmbər dedi ki; "Bir ac quzğun o birinə deyirdi"; Matəm nəğməsi; At; "Gözəl qız, gördünmü mənim atımı…" (şeir). "Xəzər", 2014, № 1, s.22–28.
- Anna Axmatova. Qonaq (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.92.
- Federiko Qarsiya Lorka. "Elə bilirsən səni sevmək asandı, asan?"; Dayanıb ağlayır bir kərtənkələ; Böyürtkən (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.103; s.104; s.123.
- Qriqore Viyeru. Adın yazılan üzük; Meşə; "Evə tezdən qayıtdım" (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.60–61; s.118–119; s.122.
- Marina Svetayeva. "Bir babam skripka çalandı mənim…"; Canım-gözüm, neyləmişəm mən sənə (şeir). "Xəzər", 2014, № 2, s.12–15.
- Marina Svetayeva. "Sənin adın…"; "Yatır yollar yorğunu…"; "Bu dünyada hamının əlindən allam səni…"; "Varlı adam — sevdi kasıb bir qızı…" (şeir). "Xəzər", 2005, № 2, s.27–29.
- Marina Svetayeva. "Varlı adam sevdi kasıb bir qızı"; "Bu dünyada hamının əlindən allam səni"; Canım-gözüm, neyləmişəm mən sənə (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.25; s.149; s.150–151.
- Mixail Yuryeviç Lermontov. "İkisi də bir-birini dəli kimi sevirdi"; Dəniz şahzadəsi; Ballada (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.24; s.189–190; s.191–193.
- Semyon Kirsanov. Ünvansız məktub (şeir). "Xəzər", 2018, № 1, s.136–138.
- Semyon Kirsanov. Ünvansız məktub (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.156–162.
- Sergey Yesenin. Qara adam (poema). "Xəzər", 2004, № 3, s.18–22.
- Şarl Bodler. İblis duası; Saat; Gecə tövbəsi; "Ey sevinc mələyi, dərd çəkmisənmi?.." (şeir). "Xəzər", 2008, № 4, s.6–10.
- Vladimir Mayakovski. Müəllif bu sətirləri sevimli özünə həsr edir; Bu gün yolka olmayacaq; Atlarla yaxşı rəftar (şeir). "Xəzər", 2014, № 2, s.6–11.
- Vladimir Mayakovski. Şalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Sizə; Qulaq asın; Sergey Yeseninə (şeir). "Xəzər", 2005, № 1, s.18–26.
Filmoqrafiya
redaktəFilmin adı | İl | Ssenari müəllifi | Redaktor | Şeir müəllifi | Mahnı mətnlərinin müəllifi |
Sinxron mətnlərin müəllifi |
Mətn düzümü | Filmin növü |
---|---|---|---|---|---|---|---|---|
Qız qalası əfsanəsi | 1923 | (2011-ci ildə filmin bərpasından sonra dialoqların mətninin müəllifi) |
Tammetrajlı bədii film | |||||
Şəbih | 1971 | "Mozalan" satirik kinojurnalı № 2, 1-ci süjet | ||||||
Bulud niyə ağlayır? | 1973 | Qısametrajlı cizgi filmi | ||||||
Pıspısa xanım və Siçan bəy | 1974 | Qısametrajlı cizgi filmi | ||||||
Onun bəlalı sevgisi | 1980 | Tammetrajlı bədii film | ||||||
Təkcə adanı özünlə apara bilməzsən… | 1980 | Tammetrajlı bədii film | ||||||
Yol əhvalatı | 1980 | Tammetrajlı bədii film | ||||||
Babamızın babasının babası | 1981 | Tammetrajlı bədii film | ||||||
Söyüdlünün su dərdi | 1982 | Qısametrajlı sənədli süjet-Mozalan № 75, 2-ci süjet | ||||||
Nizami | 1982 | Tammetrajlı bədii film | ||||||
Əzablı yollar | 1982 | Tammetrajlı bədii film | ||||||
Evlənmək istəyirəm | 1983 | Tammetrajlı bədii film | ||||||
Tənha narın nağılı | 1984 | Tammetrajlı bədii film | ||||||
Cin mikrorayonda | 1985 | Tammetrajlı bədii film | ||||||
Humayın yuxusu | 1985 | Qısametrajlı cizgi filmi | ||||||
Şəhərli biçinçilər | 1986 | Tammetrajlı bədii film | ||||||
İşarəni dənizdən gözləyin | 1986 | Tammetrajlı bədii film | ||||||
Fədailər | 1986 | Qısametrajlı bədii süjet-Mozalan № 106, 4-cü süjet | ||||||
Özbaşınalıq | 1986 | Qısametrajlı sənədli süjet-Mozalan № 103, 1-ci süjet | ||||||
Haram tikə | 1986 | Qısametrajlı sənədli film-Mozalan № 110 | ||||||
Bəyin oğurlanması | 1986 | Tammetrajlı bədii film | ||||||
Xüsusi vəziyyət | 1986 | Tammetrajlı bədii film | ||||||
Süd dişinin ağrısı | 1987 | Tammetrajlı bədii film | ||||||
Kişi sözü | 1987 | Tammetrajlı bədii film | ||||||
Lovğa fil balası | 1987 | Qısametrajlı cizgi filmi | ||||||
Araqarışdıran | 1987 | Tammetrajlı bədii film | ||||||
Varlığa nə darlıq | 1987 | Qısametrajlı sənədli süjet-Mozalan № 118, 1-ci süjet | ||||||
Təxribat | 1989 | Tammetrajlı bədii film | ||||||
Şəhidlərdən şəhidlərə | 1990 | Qısametrajlı sənədli film | ||||||
Qətl günü | 1990 | Tammetrajlı bədii film | ||||||
Girişmə, öldürər | 1990 | Tammetrajlı bədii film | ||||||
Gecə qatarında qətl | 1990 | Tammetrajlı bədii film | ||||||
Almas İldırım | 1991 | Qısametrajlı sənədli film | ||||||
Bəhanə | 1991 | Qısametrajlı sənədli süjet-Mozalan № 161, 1-ci süjet | ||||||
Bəxt üzüyü | 1991 | Tammetrajlı bədii film | ||||||
Şəbi-hicran | 1993 | Qısametrajlı sənədli film | ||||||
Ac həriflər | 1993 | Tammetrajlı bədii televiziya film-tamaşası | ||||||
Kamança | 1993 | Tammetrajlı bədii televiziya filmi | ||||||
Prima | 1994 | Qısametrajlı sənədli film | ||||||
Ağ atlı oğlan | 1995 | Tammetrajlı bədii film | ||||||
Özgə vaxt | 1996 | Tammetrajlı bədii film | ||||||
Füzuli-500 | 1997 | Qısametrajlı sənədli film | ||||||
Sarı gəlin | 1998 | Tammetrajlı bədii film | ||||||
Xoşbəxt adam | 1999 | Sənədli televiziya filmi | ||||||
Etimad telefonu | 2001 | Tammetrajlı bədii film | ||||||
Ömür ağacı | 2002 | Sənədli televiziya filmi | ||||||
Hacı Qara | 2002 | Tammetrajlı bədii film | ||||||
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz | 2003 | Qısametrajlı cizgi filmi | ||||||
Məkanın melodiyası | 2004 | Tammetrajlı bədii film | ||||||
Küçələrə su səpmişəm | 2004 | Tammetrajlı bədii film | ||||||
Arxada qalmış gələcək | 2005 | Tammetrajlı bədii film | ||||||
Əlvida, cənub şəhəri | 2006 | Tammetrajlı bədii film | ||||||
Cavid ömrü | 2007 | Tammetrajlı bədii film | ||||||
Məhkumlar | 2007 | Tammetrajlı bədii film | ||||||
Biz qayıdacağıq | 2007 | Tammetrajlı bədii film | ||||||
Qala | 2008 | Tammetrajlı bədii film | ||||||
Buta | 2011 | Tammetrajlı bədii film | ||||||
İlahi məxluq | 2011 | Tammetrajlı bədii film | ||||||
Tərsinə çevrilən dünya | 2011 | Tammetrajlı bədii film | ||||||
Səhərə inan… | 2011 | Tammetrajlı bədii televiziya filmi | ||||||
Maestro | 2011 | Sənədli televiziya filmi | ||||||
Çölçü | 2012 | Tammetrajlı bədii film | ||||||
Sübhün səfiri | 2012 | Tammetrajlı bədii film | ||||||
Yarımçıq xatirələr | 2015 | Tammetrajlı bədii film |
Haqqında olan televiziya verilişləri
redaktə- Üç çinar yarpağı (film, 1985) (ssenari müəllifi: Rüstəm İbrahimbəyov, rejissor: Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə həsr olunub)
- Burax gedim, ay işığı (film, 1987) (rejissor: Ramiz Həsənoğlu)
- Ağrı (film, 1993) (rejissor: Ramiz Həsənoğlu)
Mətnlərinin müəllifi olduğu mahnılar
redaktə- "Bağışla". Flora Kərimov (youtube. com)]
- "Ayrılıq". Azərin (youtube. com)
- "Yalquzaq". Şəmistan Əlizamanlı (youtube. com)
- "Bu ağac öləcək…". Mehriban Zəki (youtube. com)
- "Bilirəm gələn deyilsən". Şəfa. (youtube. com)
- "Bilirəm gələn deyilsən". Lamiyə (youtube. com)
Filmlərdə səslənən şeirləri
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274.
- ↑ Ramiz Rövşənin doğum günüdür [ölü keçid]
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ RAMİZ RÖVŞƏNİN OĞLU "VARİS"də. musavat.com Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine (az.)
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
redaktə- Ramiz Rövşən. Şeirlər
- Ramiz Rövşən. "Azərbaycansayağı hannibalizm" (esse) Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine
- "Tanış səltənətin sultanı"
- Ramiz Rövşən. Şeirlər, Hekayələr
- Ramiz Rövşən şeirləri və haqqında Arxivləşdirilib 2017-01-06 at the Wayback Machine
- Milli Metr: Ramiz Rövşən
- Geriyə baxanda — Ramiz Rövşən (24. sentyabr 2017)