Ramal Aslanov - Wikipedia
Rəmal Əli oğlu Aslanov[1] (1 mart 1992, Çənlibel, Şəmkir rayonu; daha çox Ramal Aslanov olaraq tanınır; ləqəbi: Lord[2]) — Azərbaycan kikboksçusu. O, kikboksinq üzrə dünya kəmərinin sahibi, 12 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının vitze-prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır.[3]
Rəmal Əli oğlu Aslanov | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Lord |
Çəkisi | 75 kq |
Boyu | 174 sm |
Doğum tarixi | 1 mart 1992 (32 yaş) |
Doğum yeri | |
Məşqçisi | Hakim Hacıyev |
Nəticələri | |
Döyüş | 42 |
Qələbə | 37 |
Nokautla | 13 |
Məğlubiyyət | 5 |
Döyüş kəməri | |
Döyüş kəməri |
İKBO WAC WMAO FF WCF |
Yenilənib | 18 iyul 2021 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRamal Aslanov 1 mart 1992-ci il tarixində Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur.[4] O, əslən Ermənistanın Vardenis rayonundandır. Aslanovun bir bacısı var.[5] O, orta məktəbdə oxuyarkən həkim olmaq istəmiş, lakin sonra kikboksinqdə çempionluqlar qazandıqca, dərslərdən uzaqlaşmağa başlamışdır.[4] Aslanov 2009-cu ildə orta məktəbi, 2014-cü ildə isə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir.[5] O, 2014–2015 illərdə həqiqi hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının idman komandasında keçmişdir.[6]
Karyerası
redaktəKikboksinq
redaktəRamal Aslanov 2004-cü ildə cəmi bir həftə muay tay təlimləri keçmiş, həmin il isə kikboksinq üzrə məşqlərə başlamışdır.[4] Onun ilk və son məşqçisi əməkdar məşqçi Hakim Hacıyev olmuşdur.[7] Ramal Aslanov kikboksinq üzrə həvəskarlar arasında 6 dəfə Azərbaycan çempionu olmuşdur.[5] O, kikboksinq üzrə 11 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionudur. Peşəkarlar arasında İKBO, WAC, WMAO, FF, WCF versiyaları üzrə dünya kəmərinin sahibidir.[8]
2015-ci ilin mart ayında Portuqaliyada keçirilən idmanın kikboksinq üzrə Dünya çempionatında Aslanov 1-ci yerə layiq görülmüşdür.[6] O, 2012-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən peşəkarlar arasında kikboksinq üzrə dünya çempionatında raundluq döyüşün 3-cü raundunda rəqibi təslim olmağa məcbur edərək dünya çempionu olmuş, dünya kəmərini Azərbaycana gətirmişdir.[5] Aslanov peşəkarlar arasında 71 və 86 kilolarda Azərbaycan kəmərinin sahibidir. O, 26 mart 2016-cı il tarixində Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda niderlandlı idmançı Mervin Rozendtruik üzərində qələbə qazanaraq Dünya Çempionu olmuşdur.[9] Aslanov 2016-cı ildə finalda Litva idmançısını məğlub edərək Azərbaycan tarixində ilk dəfə dünya Qran-Pri turnirinin qalibi olmuşdur.[7] O, həmin il Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən "The World Faith Fight" seriyasının super-finalında çıxış etmiş, çinli Lin Yinqan üzərində qələbə qazanmışdır.[10] O, 2018-ci ildə ikinci dəfə Qran-Pri turnirinin qalibi olmuşdur.[11] Aslanov 2019-cu ilin oktyabr ayında Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatının finalında serbiyalı Miloş Kelyanoviçə qalib gələrək (-75 kq) qızıl medal qazanaraq dünya çempionu olmuşdur.[12] 2021-ci ilin iyul ayında əldə edilən məlumatlara əsasən, Aslanov peşəkar karyerasında 42 rəsmi döyüş keçirmiş, onlardan 13-ü nokautla olmaqla, 37 qələbə qazanmışdır.[2]
Aslanov 2014-cü ildən Azərbaycan Kikboksinq Federasiyası millisinin böyüklərdən ibarət həm həvəskar, həm peşəkarlardan ibarət yığma komandasının kapitanıdır.[4] O, 2021-ci ilin iyulunda Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Həmçinin, Aslanov federasiyanın İdarə Heyətinin sədr müavinləri təyin olunmuşdur.[13][14]
Boks
redaktəAslanov 2018-ci ilin dekabrında "Sədərək" İdman Klubunun adından 75 kq çəki dərəcəsində boks üzrə Azərbaycan çempionatında debüt edərək gümüş medal qazanmışdır. O, çempionatda beş döyüş keçirmiş, üç döyüşü nokautla udmuşdur.[15]
Mükafatları və adları
redaktəRamal Aslanov 2012 və 2019-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən cari ilin kikboksinq üzrə ilin ən yaxşı idmançısı seçilmişdir.[1][16][15][17] Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Ramal Aslanov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fəxri fərman ilə təltif edilmişdir.[18] 2015-ci ildə "İdman ustası fəxri adına", 2017-ci ildə isə "Əməkdar idman ustası" fəxri adına layiq görülmüşdür.[19] 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən Aslanova yeni mənzil təqdim edilmişdir.[20]
İstinadlar
redaktə- ↑ 1 2 Hümmətov, Tahir. "Azərbaycanda 2019-cu ilin ən yaxşı idmançıları açıqlanıb". Azəri Press Agentliyi (az.). 27 dekabr 2019. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ 1 2 "Ramal Aslanov rəqibini nokaut etdi". SportLine (az.). 18 iyul 2021. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Ramal Aslanov Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olundu". Olimpiya Dünyası (az.). 23 iyul 2021. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ 1 2 3 4 "Ramal Aslanov: "Lord" adında restoran görəndə soruşurlar ki, bu obyekt sənindir? - MÜSAHİBƏ". Oxu (az.). 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ 1 2 3 4 Mədətov, Fuad. "Kikboksinq üzrə dünya kəmərinin sahibi Ramal Aslanov" (az.). AzNews. 29 oktyabr 2012. 28 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2019.
- ↑ 1 2 "İdman nailiyyətlərimiz". Azərbaycan Daxili Qoşunları (az.). 4 aprel 2015. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ 1 2 "Ramal Aslanov: "10 ildir Azərbaycanda öz çəkimdə bir nömrəyəm" - MÜSAHİBƏ". Goal.az (az.). 3 dekabr 2016. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Üçqat dünya çempionuna vəzifə verildi – federasiyada". APA Sport (az.). 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "İdmançımız dünya çempionu oldu". Goal.az (az.). 26 mart 2016. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ İlqarqızı, Aygün. ""Lord" ləqəbli döyüşçü: "Sağ göstərib, sol əllə vurdum"". Yeniçağ (az.). 23 dekabr 2016. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - FOTO/ VİDEO". Baku.WS (az.). 23 iyul 2021. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ ""Lord" Aslanov ilk dəfə dünya çempionu oldu – VİDEO". Sportinfo (az.). 26 oktyabr 2019. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Ramal Aslanov Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olundu". Olimpnews.az (az.). 23 iyul 2021. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinatlar". Olimpnews.az (az.). 22 iyul 2021. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ 1 2 Musayev, Səbuhi. ""Lord" Ramal: Özümü uduzmuş hesab etmirəm" (az.). 5 dekabr 2016. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "İlin ən yaxşı idmançıları, federasiyaları, klubları, KİV-ləri və idman jurnalistləri mükafatlandırılmışlar". Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (az.). 25 dekabr 2012. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşılarını elan edib". Trend İnformasiya Agentliyi (az.). 25 dekabr 2012. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib". Azərbaycan Respublikası Prezident Administrasiyası (az.). 23 dekabr 2016. 2016-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - VİDEO+FOTO". Sportinfo (az.). 26 iyul 2021. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Prezidentin mənzil verdiyi məşqçi və idmançıların SİYAHISI". Interposta.info (az.). 13 dekabr 2018. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
Xarici keçidlər
redaktə- "Ramal Aslanov və Hakim Hacıyev" (az.). 25 yanvar 2016 tarixində arxivləşdirilib.