Rafael Emenzade - Wikipedia
Rafael_Əmənzadə - Haqqında Məlumat
Rafael Əmənzadə (31 dekabr 1943, Bakı – 21 aprel 2015, Bakı) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın "Əməkdar müəllim"i (2009)
Rafael Əmənzadə | |
---|---|
Doğum tarixi | 31 dekabr 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 2015 (71 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəƏmənzadə Rafael Yusif oğlu 1943-cü il dekabrın 31-də Bakı şəhərində anadan olub. 1950–1960-cı illərdə 49 saylı Bakı şəhər orta məktəbində oxuyub 1960–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika şöbəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Ailəlidir, üç övladı var.
Aprelin 21-də müalicə olunduğu klinikada vəfat etmiş, Aprelin 23-də Bakıda IQurd qapısında dəfn olunmuşdur.
Təhsili, elmi dərəcə və elmi adları
redaktə- 1960–1966, tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti.
- 1966–1969, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin "Plastiklik nəzəriyyəsi" kafedrasında akad. Y. N. Rabotnovun rəhbərliyi altında aspirant olub.
- 1970, f.-r.e.n., "Nazikqalinlıqlı konstruksiya elementlərinin qabarma məsələlərinin variasiya usulu ilə həlli".
- 1980, f.-r.e.d., "Maye ilə doldurulmuş örtukdə dalğaların yayılması".
Əmək fəaliyyəti
redaktə- 1982 — h/h , kafedra müdiri, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
- 1972–1982, baş müəllim, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
- 1969–1972, assistent, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU.
- Apardığı dərslər: Bütöv mühit mexanikası, Çoxfazalı sistem mexanikası.
- 150 elmi məqalənin və iki kitab müəlifidir.
Tədqiqat sahəsi
redaktə- Deformasiya olunan bərk çisim mexanikası, Hidromexanika.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
redaktə- 1999 — Nijni Novqorod, Rusiya: "Örtüklər və lovhə nəzəriyyəsi" XIX Beynəlxalq konfrans.
- 2002 — Nijni Novqorod , Rusiya: "Örtüklər və lovhə nəzəriyyəsi" XX Beynəlxalq konfrans.
- 2006 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" XIV Beynəlxalq konfrans.
- 2008 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" XV Beynəlxalq konfrans.
- 2008 — Kazan, Rusiya: "Qeyri-xətti örtüklər mexanikasının müasir problemleri" Beynəlxalq elmi seminar.
- 2008 — Moskva, Rusiya: "Qeyri struktur materialların möhkəmliyi" IV Avroasiya elmi-praktiki konfrans.
- 1995 — Riqa, Latviya: "Kompozit materiallar mexanikası" IX Beynəlxalq konfrans.
Seçilmiş əsərləri
redaktə- Variasiya prinsipindən qalinliğına görə qeyri-bircins qeyri-xətti halqanın qabarma məsələsində istifadə olunmasi.-1995
- İdeal maye yerləşən örtukdə dalğa xarakteristikalarına sürüşmə yerdəyişmələrinin təsirinin asimptotik analizi.-1996
- Maye yerləşən ortotrop örtüyün dalğa xarakteristikalarına axının təsiri.- 1999
- Qeyri-xətti elastiki materialdan hazırlanmış uzun silindrik örtüyun qabarması.-2002
- Sərt bərkidilmiş qeyri-xətti elastiki çox laylı çubuğun limit halı.-2006
- Uzun coxtəbəqəli özlü elastik örtüyün böhran zamanı.-2007
- Sürüşmənin mayeli coxlaylı silindrik örtüyün dalğa xarakteristikalarına təsirinin asimptotik analizi.- 2007
- Qeyribircins elastiki örtüyün həndəsi qeyri-xətti nəzəriyyəsinin variasiya üsulu.-2008
- Özlu elastiki mayenin daralma effekti olan elastiki boruda dalğavarı axını haqqında məsələnin həlli.- 2008
Kitablar
redaktə- Mexanikadan laboratoriya praktikumu (dərs vəsaiti).-1973
- Bütöv mühit mexanikasının əsas anlayışları və tənlikləri.-1987