Radik Isayev - Wikipedia
Əbdürrəhim İsayev (keçmiş adı: Radik) (26 sentyabr 1989; Axtı rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycan idmançısıdır.
Əbdürrəhim İsayev | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Radik Vələddinoviç İsayev | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya (2010—2012) → Azərbaycan (2012—) |
|||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Axtı rayonu, Dağıstan MSSR | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 202 sm. (6 ft 8 in) | |||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 93 kq | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Taekvondo | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2010— | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Reza Mehmandost | |||||||||||||||||||||||||||||||||||||
Komandası | Gilan İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.
2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu.
Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub. Open Turnirlərinin 8 dəfə qalibi olan İsayev, İslam Həmrəyliyi Oyunlarında bir dəfə qızıl 2017, bir dəfə 2013 isə bürünc medal qazanıb.
Radik İsayev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Həyatı
redaktəRadik İsayev 1989-cu il sentyabrın 26-da Dağıstanın Axtı rayonunda anadan olub. Milliyyətcə ləzgidir.
Karyerası
redaktə2013-cü il: Dünya Çempionatında bürünc medal
redaktəRadik İsayev 2013-cü ilin 2–11 aprelində Azərbaycan yığmasının heyətində İranda baş tutan təlim-məşq toplanışlarında oldu.[1]
2013-cü ilin əsas turniri 15–22 iyulda Puebla şəhərində baş tutan Dünya Çempionatı oldu. İyunun 18-də turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyəti məlum oldu.[2] Heyətə 24 yaşlı Radik İsayev də cəlb olundu. Dünya Çempionatından əvvəl Azərbaycan yığması Gürcüstanda baş tutan təlim-məşq toplanışlarında oldu.[3] Radik İsayev Dünya Çempionatında iyulun 20-də çıxış elədi. 1/32 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Serbiya nümayəndəsi Dorde Marçetiç oldu.[4] Həmin görüşdə Radik İsayev rəqibi üzərində 18:4 hesabı ilə inamlı qələbə qazandı və 1/16 final mərhələsinə adladı. Bu mərhələdə o, Norveç təmsilçisi Məhəmməd El-Hatri ilə üz-üzə gəldi. Həmin görüşdə 10:4 hesabı ilə qalib gələn Radik İsayev, turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ermənistan nümayəndəsi Qenadi Arustamyan oldu. Bu görüşdə də qalib gələn tərəf Radik İsayev oldu və o, turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Radik İsayev Yunanıstan nümayəndəsi Konstantinos Goltsios ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibi üzərində 10:5 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin təmsilçisi Ma Jaoyonq oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.[5][6] Bu onun beynəlxalq turnirlərdə qazandığı birinci ciddi uğur idi.[7]
Daha sonra Radik İsayev 22–30 sentyabrda İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[8][9]
2013-cü ilin sonuncu turniri İngiltərənin Mançester şəhərində baş tutan Dünya Qran-Prisi oldu. Dünya Çempionatının bürünc medalçısı olan Radik İsayev də həmin turnirdə mübarizə apardı.[10][11] 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi ABŞ nümayəndəsi Stiven Lambdin oldu.[12] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibinə 3:4 hesabı ilə məğlub oldu turnirdə mübarizəsini dayandırdı.[13][14]
Radik İsayev 2013-cü ilin sonlarında Azərbaycan Çempionatında çıxış elədi və bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[15]
2013-cü il ərzində Dünya Çempionatının bürünc medalına sahib olan Radik İsayev, Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə ilin ən yaxşı 10 idmançısından biri seçildi.[16]
2014-cü il: Avropa Çempionatında qələbə
redaktəRadik İsayev 2014-cü ilin 15–18 fevralında Misirin Əl-Üqsür şəhərində baş tutan "Egypt Open" beynəlxalq turnirində mübarizə apardı.[17] Turnirin yarım-final mərhələsində Tunis nümayəndəsi Yasin Trabelsiyə 1:4 hesabı ilə məğlub olan Radik İsayev, "Egypt Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
Daha sonra o, 24–26 fevralda İranın Tehran şəhərində baş tutan "Fajr Open" beynəlxalq turnirində çıxış elədi. Turnirin final görüşündə İran təmsilçisi Səccad Mərdaniyə qalib gələn Radik İsayev, "Fajr Open" beynəlxalq turnirinin qalibi oldu.[18]
Radik İsayev növbəti uğuruna 15–16 martda Niderlandın Eyndhoven şəhərində baş tutan "Dutch Open" beynəlxalq turnirində imza atdı.[19] Turnirin həlledici görüşündə Fransa nümayəndəsi M'Bar N'Diayeyə 2:3 hesabı ilə məğlub olan Radik İsayev, "Dutch Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[20]
2014-cü ilin əsas turniri 1–4 mayda Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. İlin üç ayı ərzində beynəlxalq turnirlərdə üç medala sahib olan Radik İsayev, Azərbaycan yığmasının Avropa Çempionatında mübarizə aparacaq heyətinə cəlb olundu.[21][22] Radik İsayev Avropa Çempionatında mayın 2-də çıxış elədi.[23] 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Xorvatiya nümayəndəsi Nihola Bojo oldu.[23] Həmin görüşdə Radik İsayev rəqibi üzərində 14:4 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[23] Bu mərhələdə o, İsveç təmsilçisi Samuel Vestermar ilə üz-üzə gəldi və 14:0 hesabı ilə inamlı qələbə qazandı.[23] Bununla da Radik İsayev Avropa Çempionatının yarım-final mərhələsinə adladı[23]. Bu mərhələdə onun rəqibi 2012-ci ildə Avropa Çempionatının qalibi, London Olimpiadasının isə bürünc medalına sahib olan Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd oldu.[23] Təcrübəli və titullu rəqibi ilə görüşdə Radik İsayev 14:5 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[23] Həlledici görüşdə o, Fransa təmsilçisi M'Bar N'Diaye ilə üz-üzə gəldi.[23] İsayev N'Diayeyə martda baş tutan "Dutch Open" beynəlxalq turnirində məğlub olmuşdu. Bu səfər isə Radik İsayev rəqibi üzərində 12:2 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.[23]
Avropa Çempionatından sonra Radik İsayev, 4–6 iyulda Çinin Suju şəhərində baş tutan Dünya Qran-Prisində mübarizə apardı.[24][25] Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə o, Misir nümayəndəsi Məhəmməd Ayman ilə üz-üzə gəlməli idi.[26] Amma ailə problemlərinə görə Radik İsayev həmin turnirdən çıxış edə bilmədi və WTF tərəfindən onun turnirdən uzaqlaşdırılması qərara alındı.[27]
Daha sonra o, 28–31 avqustda Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Qran-Prisində çıxış elədi.[28] Turnirin 1/8 final mərhələsində çərçivəsində baş tutan birinci görüşündə İtaliya təmsilçisi Karlo Molfettaya 3:4 hesabı ilə məğlub olan Radik İsayev, turnirdə mübarizəsini dayandırdı.[29][30]
Radik İsayev Avropa Çempionatından sonra birinci uğuruna Ujraynada baş tutan "Ukraine Open" beynəlxalq turnirində imza atdı.[31] Turnirin həlledici görüşündə İtaliya nümayəndəsi Karlo Molfettaya 2:3 hesabı ilə məğlub olan Radik İsayev, "Ukraine Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[32]
2014-cü ilin sonuncu nüfuzlu turniri İngiltərənin Mançester şəhərində baş tutan Dünya Qran-Prisi oldu.[33] Avropa Çempionatının qalibi olan Radik İsayev də həmin turnirdə mübarizə apardı. 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi 2008-ci Olimpiadasının bürünc medalına sahib olan Nigeriya nümayəndəsi Çija Çujvumerjie oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibinə 2:3 hesabı ilə məğlub oldu turnirdə mübarizəsini dayandırdı.
Radik İsayev 25–28 noyabrda Antalya şəhərində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. "Gilan" TK üzvü olan Radik İsayev, turnirin final görüşündə Tunis nümayəndəsi Yasin Trabelsiyə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.
Daha sonra o, 28–30 noyabrda Antalya şəhərində baş tutan "Turkish Open" beynəlxalq turnirində çıxış elədi. Turnirin yarım-final mərhələsində Avstriya nümayəndəsi Əhməd Məhəmmədiyə 6:10 hesabı ilə məğlub olan Radik İsayev, "Turkish Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
2014-cü il ərzində Avropa Çempionatının qalibi olan Radik İsayev, Gənclər və İdman Nazirliyinin (GİN) və "Azerisport" idman portalının versiyalarına görə ilin ən yaxşı 10 idmançısından biri seçildi.[34][35]
2015-ci il: Dünya Çempionatında zəfər
redaktəRadik İsayev 2015-ci ilin 12–15 fevralında Antalya şəhərində baş tutan "Turkish Open" beynəlxalq turnirində mübarizə apardı.[36] Turnirin yarım-final mərhələsində Özbəjistan nümayəndəsi Cəsur Bayquziyevə 2:3 hesabı ilə məğlub olan Radik İsayev, "Turkish Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[37]
Daha sonra o, 26 fevral-1 martda Misirin Əl-Üqsür şəhərində baş tutan "Luxor Open" beynəlxalq turnirində çıxış elədi. Turnirin yarım-final mərhələsində Türjiyə nümayəndəsi Sərdar Yüsələ 12:2 hesabı ilə qalib gələn, final görüşündə isə Rusiya təmsilçisi Vladislav Larinə 5:8 hesabı ilə məğlub olan Radik İsayev, "Luxor Open" beynəlxalq turnirinin qalibi oldu.[38]
Radik İsayev növbəti uğuruna bir həftə sonra — 6–10 martda Qətərin Doha şəhərində baş tutan "Qatar Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsində Avstraliya təmsilçisi Dafyod Sandersa 20:5, həlledici görüşündə isə Özbəjistan nümayəndəsi Cəsur Bayquziyeva 6:1 hesabı ilə qalib gələn Radik İsayev, "Qatar Open" beynəlxalq turnirinin qızıl medalına sahib oldu.[39] Bununla da o, bir həftə ərzində həm Misirdə, həm də Qətərdə beynəlxalq turnirlərin qalibi olmaqla özündən söz etdirdi.[40]
Radik İsayev növbəti uğuruna 12–15 martda Niderlandın Eyndhoven şəhərində baş tutan "Dutch Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsində 2008-ci il Olimpiadasının bürünc medalına sahib olan Cənubi Koreya nümayəndəsi Ça Donq-Minə 5:11 hesabı ilə məğlub olan Radik İsayev, "Dutch Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[41]
2015-ci ilin 26–30 martında Rusiyada Avropa Çempionatı[a] baş tutdu.[42] Həmin turnirdə mübarizə aparan Radik İsayev, 1/8 final mərhələsində Polşa nümayəndəsi Petro Xatovsxini 12:2, 1/4 final mərhələsində isə Ujrayna təmsilçisi Danil İqnatiyanı 10:4 hesabların ilə məğlub elədi və çempionatın yarım-final mərhələsinə aldadı.[43] Bu mərhələdə o, Serbiya nümayəndəsi Marho Curiçinadan üstün oldu və turnirin final görüşünə vəsiqə qazandı.[43] Həlledici görüşdə isə Radik İsayev Rusiya təmsilçisi Vladislav Larinə 5:18 hesabı ilə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[43]
2015-ci ilin əsas turniri 12–18 mayda Rusiyada baş tutan Dünya Çempionatı oldu. 2 il əvvəl analoji turnirin bürünc medalına sahib olan Radik İsayev, bu səfər turnirin qalibi olmağa iddialı idi. Radik İsayev Dünya Çempionatında mayın 16-da çıxış elədi.[48] 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Banqladeş nümayəndəsi İmtiaz İbne Əli oldu.[48] Həmin görüşdə Radik İsayev rəqibi üzərində 20:0 hesabı ilə inamlı qələbə qazandı və 1/8 final mərhələsinə adladı.[48] Bu mərhələdə o, Çin Taybeyi təmsilçisi Çanq Kai ilə üz-üzə gəldi.[48] Həmin görüşdə 14:4 hesabı ilə qalib gələn Radik İsayev, turnirin 1/4 final mərhələsinə adladı.[48] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi M'Bar N'Diaye oldu.[48] Ötən il ərzində İsayev, N'Diayeyə bir dəfə qalib gəlmişdi, bir dəfə isə məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev 8:2 hesabı ilə qalib gəldi və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[48] Mayın 17-də baş tutan yarım-final mərhələsində onun rəqibi 2013-cü ildə Dünya Çempionatının qalibi olan Kuba nümayəndəsi Rafael Alba oldu.[49] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İsayev, Alba üzərində 8:6 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[49] Həlledici görüşdə onun rəqibi Özbəjistan təmsilçisi Cəsur Bayquziyev oldu.[49] Final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu. Birinci hissənin 20-ci saniyəsində İsayev xəbərdarlıq aldı. Ümumi olaraq isə birinci hissə 0:0 hesabı ilə başa çatdı. Növbəti hissənin 50-ci saniyəsində İsayev görüşdə hesabı açdı — 1:0. Görüşün üçüncü hissəsində həm İsayev, həm də Bayquziyev zərbələrin sayını artırdı. Üçüncü hissənin 20-ci və 30-cu saniyələrində İsayev üstünlüyünü artırdı — 3:0. Hissənin 50-ci saniyəsində Bayquziyev, İsayevə zərbə endiridiyini iddia eləsə də, referilər tərəfindən bu qeydə alınmadı. Bayquziyevin məşqçisinin etirazından sonra epizoda baxıldı və referilər qərarını dəyişdirmədi. Etiraz qəbul olunmadığı üçün İsayevə əlavə bir xal verildi — 4:0. Hissənin 1:08-ci dəqiqəsində İsayev rəqibinin başına zərbə endirdi. Buna görə də ona, referilər tərəfindən növbəti dəfə xəbərdarlıq edildi və Bayquziyeva bir xal verildi — 4:1. Hissənin 1:20-ci dəqiqəsində İsayev növbəti dəfə rəqibinə zərbə endirdi və bununla da görüşün hesabı 5:1 oldu. Görüşün 1:40-cı dəqiqəsində referilər növbəti dəfə İsayevə üçüncü xəbərdarlıq elədi və rəqibə daha bir xal verildi — 5:2. Görüşün sonuna on saniyə qala Bayquziyev rəqibinə zərbə endirdi və görüşdə hesab 5:3 oldu. Görüşün sonuna bir saniyə qala isə referilər tərəfindən İsayevə dördüncü xəbərdarlıq edildi və rəqibə növbəri bir xal verildi — 5:4. Görüşün sonuncu saniyəsində rəqib zərbə endirməyə çalışsa da, İsayev uğurla müdafiə olundu. Bununla da Radik İsayev Dünya Çempionatının qızıl medalına sahib oldu.[49][50] Radik İsayev həmçinin 14 ildən sonra Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Görüşdən dərhal sonra o, final görüşünü tribunadan canlı izləyən Niyaməddin Paşayevə yaxınlaşdı. 14 il əvvəl Dünya Çempionatının qalibi olan məhz Niyaməddin Paşayev idi.
Mayda Dünya Çempionatının qalibi olan Radik İsayev, iyunda daha bir nüfuzlu turnirdə — 12–28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunlarında mübarizə apardı.[51] Radik İsayev Avropa Oyunlarında iyunun 19-da mübarizə apardı.[52] 1/8 final mərhələsindən azad olan Radik İsayev, birinci görüşündə Niderland nümayəndəsi Jeron Vanroji ilə üz-üzə gəldi.[53] Həmin görüşdə o, rəqibi üzərində 8:6 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[53] Bu mərhələdə onun rəqibi Sloveniya təmsilçisi İvan Trayhoviç oldu.[53] Bu görüşdə Radik İsayev rəqibi üzərində 18:2 hesabı ilə inamlı qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[53] Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Vladislav Larin oldu.[53] İl ərzində İsayev, Larinə Misirdə baş tutan beynəlxalq turnirin və Rusiyada baş tutan turnirin final görüşlərində məğlub olmuşdu. Kristal Zalında baş tutan final görüşünü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tribunadan canlı izlədi. Final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu.[53] Nəticədə Radik İsayev Vladislav Larin üzərində 5:4 hesabı ilə qələbə qazandı və I Avropa Oyunlarının qalibi oldu.[53][54] Təltifetmə mərasimi zamanı Radik İsayevə I Avropa Oyunlarının qızıl medalını Azərbaycan Prezidenti — Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev təqdim elədi. Radik İsayev müsahibəsində bunları bildirdi: "Vladislav Larin çətin rəqibdir. Mən bundan əvvəl Larinə məğlub olmuşdum və ondan revanş almaq istəyirdim. Nəticədə mən buna nail oldum. Buna görə çox şadam".[55]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Radik Vələddinoviç İsayev "Şöhrət" ordeni ilə təltif edildi.[56]
Avropa Oyunlarında sonra Radik İsayev, 14–16 avqustda Rusiyada baş tutan Dünya Qran-Prisinin I mərhələsində mübarizə apardı.[57][58][59] Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə o, Niger nümayəndəsi Abdulreza İssufuya 12:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Belarus təmsilçisi Arman-Marşall Sillaya 10:20 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[60]
Daha sonra o, 18–20 sentyabrda Samsun şəhərində baş tutan Dünya Qran-Prisinin II mərhələsində çıxış elədi.[61] Turnirin 1/8 final mərhələsində çərçivəsində baş tutan birinci görüşündə Belarus təmsilçisi Arman-Marşall Sillaya 2:5 hesabı ilə məğlub olan Radik İsayev, turnirdə mübarizəsini dayandırdı.[62]
Avropa Oyunlarından sonra Radik İsayev birinci uğuruna Cənubi Koreyanın Mungyeong şəhərində baş tutan Hərbçilərin Dünya Oyunlarında imza atdı.[63] Turnirin 1/8 final mərhələsində o, Çin nümayəndəsi Rui Yanqa 12:8, 1/4 final mərhələsində isə Qazaxıstan təmsilçisi Ruslan Japarova 10:4 hesabları ilə qalib gəlsə də, yarım-final mərhələsində Almaniya nümayəndəsi Voler Vodziçə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Bu mərhələdə Rusiya təmsilçisi Yuri Kiriçenxo üzərində 1:0 hesabı ilə qələbə qazanan Radik İsayev, Hərbçilərin Dünya Oyunlarının bürünc medalına sahib oldu.[64][65]
Daha sonra Radik İsayev 14–16 avqustda İngiltərənin Mançester şəhərində baş tutan Dünya Qran-Prisinin III mərhələsində mübarizə apardı.[66] Turnirin 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə o, ABŞ nümayəndəsi Stefen Lambdina 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində İran təmsilçisi Omid Amidiyə 8:14 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[67]
Radik İsayev 2015-ci ilin sonlarında Mexico şəhərində baş tutan Dünya Qran-Prisinin Finalında mübarizə apardı. Turnirin 1/4 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İran nümayəndəsi Səccad Mərdaniyə 0:1 hesabı ilə məğlub olan Radik İsayev, turnirdə mübarizəsini dayandırdı. Komandalararası Dünya Çempionatında isə o, Azərbaycan yığmasının heyətində turnirin qalibi oldu.
Radik İsayev 2015-ci ilin nəticələrinə əsasən WTF tərəfindən açıqlanan reytinq cədvəlində üçüncü pillədə qərarlaşdı və 2016-cı ildə baş tutacaq XXXI Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.[68][69][70]
2015-ci il ərzində Dünya Çempionatının və Avropa Oyunlarının qalibi olan Radik İsayev, Gənclər və İdman Nazirliyinin (GİN) və "Azerisport" idman portalının versiyalarına görə ilin ən yaxşı 10 idmançısından biri seçildi.[71][72]
2016-cı il
redaktə2016-cı ilin əsas turniri Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları idi. Rio-de-Janeyro Olimpiadasından əvvəl Radik İsayev bir sıra beynəlxalq turnirlərdə, həmçinin Avropa Çempionatında mübarizə apardı.
Radik İsayev 2016-cı ilin fevralında Antalya şəhərində baş tutan Klublararası Avropa Çempionatında çıxış elədi və turnirin gümüş medalına sahib oldu.[73]
Daha sonra Radik İsayev 6–10 apreldə Almaniyanın Bonn şəhərində baş tutan "WTF President Cup" beynəlxalq turnirində mübarizə apardı.[74] Turnirin nəticələrinə o, turniri medalsız başa vurdu.[75]
18–22 mayda İsveçrədə baş tutan Avropa Çempionatında da Radik İsayev uğursuz çıxış elədi. Radik İsayev turnirin birinci görüşündəcə Ukrayna nümayəndəsi Mixail Şeletsa 4:5 hesabı ilə məğlub oldu və Avropa Çempionatını medalsız başa vurdu.[76]
Radik İsayev Avropa Çempionatından sonra, iyunda "Luxembourg Open" beynəlxalq turnirində çıxış elədi.[77] Turnirin yarım-final mərhələsində Kuba nümayəndəsi Rafael Alba Kastilloya 6:10 hesabı ilə məğlub olan Radik İsayev, "Luxembourg Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[78][79]
Dörd illiyin zirvə yarışı olan XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin 5–22 avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutdu.[80][81] 2015-ci il Dünya Çempionatının qalibi olan Radik İsayev, turnirin reytinq cədvəlində 16 idmançı sırasında üçüncü pillədə qərarlaşmışdı. Radik İsayev Rio-de-Janeyro Olimpiadasında avqusutun 20-də mübarizə apardı.[82] 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Ruslan Japarov oldu. Həmin görüşdə Radik İsayev rəqibi üzərində 11:2 hesabı ilə qələbə qazandı və Olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, turnirin favoritlərindən biri olan 2008-ci il Olimpiadasının qalibi Cənubi Koreya təmsilçisi Ça Donq-Min ilə qarşılaşdı. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibini 12:8 hesabı ilə məğlub elədi və Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Maham Ço oldu. Həmin görüşdə də üstün tərəf Radik İsayev oldu. Radik İsayev rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və Rio-de-Janeyro Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Radik İsayevin rəqibi Niger nümayəndəsi Abdul İssufu oldu. Final görüşündə Radik İsayev rəqibinə 6:2 hesabı ilə qalib gəldi və XXXI Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[83] Radik İsayev bu idman növü üzrə Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı oldu.[84]
Olimpiadadan sonra Radik İsayevin birinci turniri Azərbaycanda baş tutan WTF Dünya Qran-Prisinin Finalı və Komandalararası Dünya Çempionatı oldu. Radik İsayev WTF Dünya Qran-Prisi Finalının 1/8 final mərhələsində Rusiya nümayəndəsi Roman Kuznetsova 0:4 hesabı ilə məğlub oldu və turniri medalsız başa vurdu. Komandalararası Dünya Çempionatında isə Radik İsayev turnirin qızıl medallarına sahib oldu.
2017-ci il
redaktə2018-ci il
redaktə2019-cu il
redaktə2020-ci il
redaktə2021-ci il
redaktə2022-ci il
redaktəUğurları
redaktəKaryerası ərzində 65 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 13-də gümüş medala, 17-da isə bürünc medala sahib olub.
|
|
Dövlət təltifləri
redaktə- "Şöhrət" ordeni — Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Radik Vələddinoviç İsayev "Şöhrət" ordeni ilə təltif edildi.[86]
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Radik Vələddinoviç İsayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Radik Vələddinoviç İsayev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edildi.
Fərdi uğurları
redaktə- Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə 2013-cü ilin ən yaxşı 10 idmançından biri.
- Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə 2014-cü ilin ən yaxşı 10 idmançından biri.
- Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə 2015-ci ilin ən yaxşı 10 idmançından biri.
- Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə 2016-cı ilin ən yaxşı 20 idmançından biri.
- Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə 2018-ci ilin ən yaxşı 10 idmançından biri.
Nailiyyətləri
redaktə- Bu idman növü üzrə Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı (2016)
- Zemfira Meftahətdinovadan sonra Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının qalibi olan Azərbaycan idmançısı (2016)
Həmçinin bax
redaktəQeydlər
redaktə- ↑ WTF tərəfindən həmin Avropa Çempionatı rəsmi turnir hesab olunmadı
İstinadlar
redaktə- ↑ Azerisport.com idman portalı. "Рамин Азизов отправляется в Иран". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Рамин Азизов и Фарида Азизова выступят на Чемпионате Мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Перед Мексикой таэквондисты решили побывать в Грузии". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Рамин Азизов начнет Чемпионат Мира со второго круга". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан выиграл еще одну медаль на Чемпионате Мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Фарида Азизова и Радик Исаев – бронзовые герои Чемпионата Мира (ФОТОРЕПОРТАЖ)". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Акелла промахнулся, или Мексиканский провал Рамина Азизова". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан назвал состав на Исламиаду". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан завоевал 24 медали на Исламиаде (ОБНОВЛЕНО)". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан определил состав на Манчестер". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Великолепная пятерка для Манчестера". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Фарида Азизова начнет Гран-При схваткой с пуэрториканкой". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев завершил Гран-При после первой схватки". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Кризис Рамина Азизова затянулся". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Рамин Азизов выиграл чемпионат Азербайджана". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Определены лучшие спортсмены Азербайджана по итогам 2013 года". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан заявил 21 таэквондистов на египетский турнир". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Призер Чемпионата Мира побеждает в Тегеране". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Лидеров сборной Азербайджана ждет Эйндховен". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Микаил Алиев покорил Эйндховен". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан назвал состав на домашний чемпионат Европы". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "В преддверии Чемпионата Европы Кемаледдин Гейдаров проведет пресс-конференцию". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Радик Исаев приносит Азербайджану золотую медаль Чемпионата Европы". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанскую четверку ждет Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Красная жара". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Чемпион Европы получил дисквалификацию на Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик ИСАЕВ: Понимаю, что после победы на Чемпионате Европы выступал нестабильно". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Лидеры сборной Азербайджана выступят на Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев проиграл на старте Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан остался без наград на Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Elmir Əliyev. "Азербайджанские таэквондисты выступят на Uкraine Open в Харькове". www.1news.az ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Elmir Əliyev. "Азербайджанские таэквондисты завоевали еще 3 медали на Uкraine Open в Харькове". www.1news.az ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Зарубиться в Манчестере". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Объявлены лучшие спортсмены Азербайджана по итогам 2014 года". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Герои спортивного года в Азербайджане". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Анталья для разминки". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Чемпион Европы выиграл бронзу Turкish Open". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев выиграл серебро Luxor Open". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Чемпион Европы побеждает в Дохе". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Чемпион Европы поймал вдохновенье". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев выиграл бронзу Открытого чемпионата Голландии". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "За титулом в Нальчик". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Радик Исаев выиграл европейское серебро". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев: Победа на чемпионате мира была моей мечтой". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик ИСАЕВ: Я дрался и не замечал ничего вокруг". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик ИСАЕВ: Победу на чемпионате мира посвящаю своим родителям". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев: Мы очень долго ждали второго чемпионства". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Радик Исаев вышел в полуфинал Чемпионата Мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Радик Исаев стал чемпионом мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Золотой парень азербайджанского таэквондо". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2015-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Весь состав сборной Азербайджана на Евроигры". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Евроигры. День восьмой". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Радик Исаев – победитель Евроигр". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2015-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Как Радик Исаев взял золото Евроигр". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2015-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик ИСАЕВ: Мне удалось взять реванш у Ларина". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2015-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Президент Азербайджана наградил Мехрибан Алиеву, Азада Рагимова и чемпионов Евроигр". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2018-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Герои Евроигр выступят на Мировом Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан заявил на Гран-при шесть таэквондоистов". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Увидеть Москву и победить". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Москва обидела азербайджанских таэквондистов". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты едут на Гран-при". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев и Фарида Азизова неудачно выступили на Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Корейская проверка для лидеров сборной Азербайджана". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев выиграл бронзу Всемирных Игр среди военнослужащих". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан поднялся на 26-е место в общем зачете Всемирных Игр среди военнослужащих". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджанскую четверку ждет Манчестер". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев остановился в шаге от медали Гран-При". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев завоевал олимпийскую лицензию в Рио". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Олимпийский кураж Радика Исаева". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан завоевал Кубок мира по таэквондо". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Министерство молодежи и спорта назвало лучших спортсменов года". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Герои спортивного года в Азербайджане". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев и Милад Харчегани не стали чемпионами клубного ЕВРО". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Олимпийцы сборной Азербайджана выступят в Германии". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Олимпийские фавориты". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Пайам Гобади Огаз завоевал бронзу на ЕВРО". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Трое олимпийцев отправится в Люксембург". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Милад Бейги Харчегани победил, Фарида Азизова и Радик Исаев остались без золота". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Контрольная работа перед Рио". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "56 спортсменов Азербайджана, которые едут в Рио". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Азербайджан в Рио: 1 герой, 17 медалистов и другие спортсмены". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Таэквондисты сборной Азербайджана узнали своих первых соперников на Олимпиаде". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Радик Исаев завоевал олимпийское золото". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Как Радик Исаев завоевал золото для Азербайджана". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 Azerisport.com idman portalı. [LİNK "MƏTN"] (#bad_url). www.azerisport.com ( (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.azertag.az ( (az.)). 29.06.2015. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.08.2022.