Radde Qonurdisi - Wikipedia
Radde qonurdişi (lat. Sorex raddei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü.
Radde qonurdişi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Radde qonurdişi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qısa təsviri
redaktəAzərbaycanda əldə edilmiş 19 heyvanın kütləsi 9, 7-10,0 q, bədənin uzunluğu 65-80 quruğu, 43, 6-52,1 mm, pəncəsi 12,0-13,1 mm olmuşdur.
Yayılması
redaktəRadde qonurdişi Qafqaz endemikdir. Eləcə də Türkiyə ilə həmsərhəd rayonlarda yayılmışdır. Azərbaycanda bu növ yalnız Kiçik və Böyük Qafqazda qeyd alınmışdır. Çox azsaylı, nadirdir. Dağətəyi və dağ meşələrində, kolluqlarda, çayların yanında, daş yığınlarında, arxların kənarında rast gəlinir.
Həyat tərzi
redaktəAprelin ikinci yarısından başlayaraq payızın sonuna qədər ildə 2-3 dəfə çoxalır. Bir nəsildə 3-7, çox vaxt 5 bala verir. Cücülər, qurdlar, molyusklar, qurbağalar və başqa yerqazan növləri ilə qidalanır. 5 heyvanın mədəsində sərtqanadlılar və onların sürfələri, çəyirtkəkimilər, düzqanadlılar, ikiqanadlılar, soxulcanların qalıqları aşkar edilmişdir.
Başqa qonurdiş növləri kimi zərərli cücülər yeməklə kənd və meşə təsərüfatına fayda verir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0