Racomon - Wikipedia
Racomon (yap. 羅城門 və ya yap. 羅生門, həmçinin Radzemon və ya Raseymon, "Rasyo daravazası", hərfi tərcümədə "qala qapıları" deməkdir) - Yaponiyanın keçmiş paytaxtları Nara (Haydze-kö) və Kioto (Heyan Kö) şəhərlərinin əsas şəhər prospektinin cənub küncündə dayanan darvazadır. Əks küncdə (şimal tərəfdə) Sudzaku (Sudzakumon) darvazası dayanırdı. Bu darvazadan İmperator iqamətgahına parad daxil olurdu.
Racomon darvazası ilk əvvəl "Radzemon" adını daşıyırdı: "radze" sözü şəhər (qəsr) ərazisinin xarici hüdudlarını bildirirdi. Burada əsasən qədim çin şəhərsalma ənənəsi öz əksini tapmışdır. "Racomon" sözü isə işlək hala məşhur dramaturq Kance Nobumiçunun (1435-1518) No teatrında tamaşaya qoyduğu pyesdən sonra məşhurlaşmışdır.[1] Sonralar teatr pyesini yox, darvazanı bildirmək üçün Radzemon sözündən istifadə edirdilər.
Kiotoda yerləşən Racomon
redaktəKioto şəhərində yerləşən Racomon darvazası Heyan dövründə ucaldılmış iki əzəmətli darvazadan biridir. 789-cu ildə tikilən bu darvazaların eni 32 m-dən çox, hündürlüyü 8 metrə yaxın idi. XII əsrdə darvaza oğru və soyğunçuların məskəni sayılaraq xarabaya çevrilmişdir. Darvazanın tikintisində cəsədləri və yetim uşaqlardan istifadə edirdilər. Əfsanəyə görə, darvaza iblis İbaraki Dodzinin məskəni idi.
Məhz bu dağılmış darvaza Ryunosuke Akutaqavanin "Racomon darvazası" və Akira Kurosavanın eyniadlı filmində cərəyan edən hadisələr üçün əsas səhnə rolunu oynamışdır. Ryunosuke Akutaqava üçün Racomon Heyan dövrünün süqutu dövrlərində yapon cəmiyyətinin mənəvi və fiziki ayrılığının simvolu idi. Hal-hazırda Racomon darvazasının yerində hətta özül belə yoxdur. Minami rayonunda yerləşən bu tarixi yer ancaq izahedici lövhədə yadda qalan işarə ilə qeyd olunmuşdur.
Nara şəhərində yerləşən Racomon
redaktəNara şəhərində yerləşəm darvaza isə Heydze saray kompleksinin Sudzakumon darvazasından 4 km məsafədə cənuba uzanırdı. Darvazaların əsasını təşkil edən daş bloklar 1969-1972-ci illərdə aparılan tədqiqatlar zamanı aşkar edilmişdir. Özülün qalmış elementlərinə əsasən darvazanın eninin 41.5 m olması müəyyən olunmuşdur. Darvazanın özülünü təşkil edən bir neçə daş blokdan XVI əsrdə Toyetomi Xidenaqa Koriyamada yerləşən qəsrinin genişləndirilməsi işlərində istifadə etmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Akira Kurosawa, Rashomon: Akira Kurosawa, Director, pp. 114–15. Rutgers University Press, 1987.