Revan Tohidoglu - Wikipedia
Rəvan Tohid oğlu Səmədov (13 dekabr 1983, Bakı) — azərbaycanlı yazıçı,[1] hüquqşünas, dövlət qulluqçusu, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2004) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2008); Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (2013–2014).[2]
Rəvan Tohidoğlu | |
---|---|
Doğum tarixi | 13 dekabr 1983 (40 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, yazıçı |
Fəaliyyət illəri | 1999-cu ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | dram |
Üzvlüyü |
|
Mükafatları | |
Həyatı
redaktəRəvan Tohidoğlu 1983-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi, həmçinin uşaq musiqi məktəbini 2001-ci ildə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavriat, 2007-ci ildə magistratura səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirib, 2007–2011-ci illərdə həmin fakültənin aspiranturasında (doktoranturasında) təhsil alıb. 2011–2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Çivninq təqaüdçüsü olub və Lids Universitetinin Hüquq fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib.[3] Daha sonra "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü olub[4] və 2013–2018-ci illərdə Birləşmiş Krallığın Bristol Universitetinin Hüquq fakültəsinin doktoranturasında təhsil alıb,[5] elmi-tədqiqat işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.[6]
İş təcrübəsi
redaktə2003-cü ildə "Hüquq+Gənclik" elmi-kütləvi hüquq jurnalını təsis edib və 2008-ci ilədək jurnalın redaktoru kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin hüquqşünası, 2006–2008-ci illərdə həmin təşkilatın icraçı direktoru olub. 2005–2008-ci illərdə həmçinin həmin təşkilatın nəşr etdirdiyi "Məhkum və cəmiyyət" qəzetinin redaktoru olub. 2008–2012-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatında böyük məsləhətçi, 2012–2014-cü illərdə və 2018-ci ildə sektor müdiri vəzifəsində çalışıb. 2009–2014-cü illərdə İşgəncələrin qarşısının alınması üzrə Milli preventiv qrupun üzvü olub. 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri, 2018–2021-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub.
Hazırda dövlət qulluğunda fəaliyyətini davam etdirir. Dövlət qulluğunun baş müşaviridir.
30-dan çox elmi nəşrin müəllifidir. 10-dək empirik tədqiqat layihəsi həyata keçirib. 60-dək xarici ölkədə müxtəlif səpkili səfərlərdə olub və beynəlxalq elmi-praktik konfranslarda məruzələrlə çıxış edib.
Sosial-Hüquqi Elmlər Assosiasiyasının (Birləşmiş Krallıq) və Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (ABŞ) üzvüdür, "Sosial Elmlər Beynəlxalq Jurnalı"nın rəyçisidir.[7]
Ədəbi fəaliyyəti
redaktəBədii yaradıcılığa erkən yaşlarında başlayıb. İlk kitabı 16 yaşında olarkən işıq üzü görüb. İki bədii kitabın ("Vətən naminə" (2000), "Nakam arzular" (2004)), onlarla pyesin müəllifidir.
Əsərləri Azərbaycan və Rusiya teatrlarında tamaşaya qoyulub.
Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2013–2014-cü illərdə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri olub.[8]
Tamaşaya qoyulmuş əsərləri
redaktə- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında: "Güc birlikdədir" (2006)[9], "İncəbel və Div" (2008)[10]
- H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında: "Nakam arzular" (2007)[11]
- Rusiya Federasiyası Dağıstan Respublikası Azərbaycan Dövlət Dram Teatrında: "Больше не буду" (2007), "Orxan və Qarı" (2007), "Taleyin oyunu" (2007)
- Naxçıvan Dövlət Uşaq Teatrında: "Bir də etmərəm" (2011)[12]
- Qusar Dövlət Ləzgi Dram Teatrında: "Taleyin oyunu" (2015),[13] "Bir də etmərəm" (2017) – Azərbaycan və ləzgi dillərində
- Mingəçevir Dövlət Dram Teatrında: "İncəbel və Div" (2016)[14]
- Salyan Dövlət Kukla Teatrında: "Bir də etmərəm" (2022)[15]
Təltifləri
redaktə2006-cı ildə Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən "2005-ci ilin yeni nəsil yazarı" nominasiyasında Milli Kulturoloji Mükafat, 2007-ci ildə Bakı Dövlət Universiteti tərəfindən "BDU-da oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə" Fəxri Fərman, 2014-cü ildə Ülyahəzrətin Həbsxanalar üzrə Baş İnspektoru tərəfindən "Birləşmiş Krallıqda keçirilən beynəlxalq konfransın işinə verdiyi töhfəyə görə" Təşəkkürnamə ilə təltif edilib.
23 yanvar 2023-cü il tarixində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[16]
İstinadlar
redaktə- ↑ "AZƏRBAYCAN YAZIÇILARI". 9 Jul 2016 – 25 Nov 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ "Dünya Gənc Türk Yazarlar Birliyinə yeni sədr seçildi". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
- ↑ "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Lids Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir". 2019-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ "Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın qərarı". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
- ↑ 11th International Academic Conference organized by the International Institute of Social and Economic Sciences
- ↑ "REVAN TOHİDOĞLU (1983 - )". 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ "International Journal of Social Sciences Reviewers". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ "DGTYB konfransı keçirildi". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- ↑ ""GÜC BİRLİKDƏDİR" TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANMIŞDIR". 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ ""İNCƏBEL QARI" TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANILMIŞDIR". İstifadə tarixi: 2019-05-18.
- ↑ "SUMQAYIT TEATRI 38-Cİ MÖVSÜMÜNÜ BAĞLAMIŞDIR".
- ↑ "AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI, NAXÇIVAN BÖLMƏSİ (ISSN 2218-4783). XƏBƏRLƏR. İctimai və humanitar elmlər seriyası № 3. S. 291" (PDF).
- ↑ "Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində "Taleyin oyunu"". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- ↑ ""İncəbel və Div" Mingəçevir Teatrında". 27 Feb 2016 - 26 Mar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ "Bölgə səhnələrinə nəzər". 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
- ↑ "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
Xarici keçidlər
redaktə- "Heç bir təklif olmadan tənqid etmək ədalətsizlikdir". Kaspi.- 2009.- 14 iyul.- S. 11.
- Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı. Biblioqrafiya. S. 37.
- AYDIN PAŞAYEV, AZƏRBAYCAN TƏXƏLLÜSŞÜNASLIĞININ ƏSASLARI. Bakı, 2016. S.87
- TEATR TƏRBİYƏ MÜƏSSİSƏSİNİN QONAĞI OLMUŞDUR
- OMBUDSMAN QADINLARIN CƏMİYYƏTDƏ ROLU HAQQINDA MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR
- OMBUDSMAN APARATININ ƏMƏKDAŞI ƏDLİYYƏ AKADEMİYASINDA MÜHAZİRƏ OXUMUŞDUR
- "MƏNİM İNSAN HÜQUQLARIM" MÖVZUSUNDA RƏSM VƏ FOTO SƏRGİSİ AÇILMIŞDIR
- OMBUDSMAN APARATININ ƏMƏKDAŞI BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK ETMİŞDİR
- Liderlik məktəbində yuvenal ədliyyə ilə bağlı müzakirələr aparılmışdır
- Ombudsman Aparatının nümayəndəsi Tallinndə keçiriləcək beynəlxalq seminarda iştirak edəcəkdir
- "ASAN xidmət indeksi" üzrə 2017–2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat təqdim edilib
- Bayram günlərində "Şahdağ" Turizm Mərkəzinə rekord sayda turist gəlib
- Salyan Dövlət Kukla Teatrı Qaxda "Bir də etmərəm" tamaşasını nümayiş etdirəcək
- Salyan Dövlət Kukla Teatrı Qaxda
- Sumqayıt Dövlət Musiqili Dram Teatrının tamaşası. Rəvan Tohidoğlu, "Nakam arzular"
- Naxçıvan Dövlət Uşaq Teatrının tamaşası. Rəvan Tohidoğlu, "Bir də etmərəm" (1-ci hissə)
- Naxçıvan Dövlət Uşaq Teatrının tamaşası. Rəvan Tohidoğlu, "Bir də etmərəm" (2-ci hissə)
- Meşşan qanunlarının qurbanları [ölü keçid]
- Qusar teatrı yeni mövsümə start verib