Resultepe Yasayis Yeri - Wikipedia
Rəsultəpə yaşayış yeri — Orta tunc dövrünə, orta əsrlərə aid tarixi, ölkə əhəmiyyətli abidə.[1]
Rəsultəpə yaşayış yeri | |
---|---|
Rəsultəpə yaşayış yeri | |
Status | ölkə əhəmiyyətli |
Şəhər | Ağdam |
Yerləşir | Armudlu kəndinin şimal - qərbində |
Aidiyyatı | Azərbaycan |
Hündürlüyü | 14 metr |
Haqqında
redaktəRəsultəpə yaşayış məskəni Ağdam rayonunun Xındırıstan kəndinin şimal-qərb ucaqrında yerləşir. Bu təpə ölçülərinə görə Qarabağ düzündəki başqa təpələrdən fərqlənir.[2] XX əsrin 80-ci illərində aparılan təsərrüfat işləri zamanı aşkar olunan bu təpəni A.A.İessen qeydə almışdır. Abidənin hündürlüyü 14 m-ə qədər olmuşdur. Təpənin yamacından və üstündən toplanmış yerüstü materiallar ayrı-ayrı dövrlərdən orta əsrlər dövrünə qədər olan materiallar idi. Yaşayış yerindən erkən tunc dövrünə aid olan saxsı nümunələri Üzərliktəpə materialları oxşarlıq təşkil etmişdir. Sonrakı illərdə eneolit dövrünə aid təbəqə də aşkar edilmişdir. Eneolit təbəqəsindən tapılan materiallar gillə bitki qatışıqlı olan saxsı nümunələri olmuşdur.[3]
İstinadlar
redaktə- ↑ "Rəsultəpə yaşayış yeri". mes.mctgov.az. 11 May 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2021.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". www.e-qanun.az. 21 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2021.
- ↑ "ABİDƏNİN PASPORTU". map.virtualkarabakh.az. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2021.
Xarici keçidlər
redaktə- "Ağdam rayonunun abidələri". www.agdam-ih.gov.az. İstifadə tarixi: 10 may 2021.
- "VANDALİZM ERMƏNİLİYİN MAHİYYƏTİ KİMİ" (PDF). www.elibrary.az. İstifadə tarixi: 10 may 2021.
- "Ağdam rayonu abidələri". azkurs.org. 10 May 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2021.