Rena Ismayilova - Wikipedia
Rəna Nəcəfqulu qızı İsmayılova (28 avqust 1950, Bakı) — orqan ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Rəna İsmayılova | |
---|---|
Rəna Nəcəfqulu qızı İsmayılova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 avqust 1950 (74 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan Almaniya |
Atası | Nəcəfqulu İsmayılov |
Anası | Güllü Mustafayeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Musiqi aləti | orqan |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRəna İsmayılova 28 avqust 1950-ci ildə Bakıda rəssam ailəsində anadan olmuşdur.[1] O, uşaqlıqdan pianoda ifa etməyə başlamış və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olmuşdur. Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlamış, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirmiş, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlamışdır. 1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirmişdir. Burada o, professor Leonid Royzmandan[rus.] dərs almışdır.[2]
1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görmüşdür.[2][3]
Rəna İsmayılova hazırda Almaniyada yaşayır. Burada onun dəfələrlə rəsmi konsertləri olmuş, kilsələrdə ifa etmişdir. O, həmçinin alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, "Orqan dünən və bu gün" adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olmuşdur.[3]
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000[4]
Ailəsi
redaktəRəna İsmayılova rəssamlar Nəcəfqulu İsmayılov və Güllü Mustafayevanın qızıdır. O, skripkaçı Sevinc İsmayılovanın doğma, musiqişünas Zemfira Qafarova və vokalçı-aktyor, rəssam Əli Haqverdiyevin anabir ögey bacısıdır. Bəstəkar Ramiz Mustafayev və dirijor Faiq Mustafayevin bacısı qızıdır.[5]
İstinadlar
redaktə- ↑ "Когда гены не спят…" (rus). kaspiy.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ 1 2 "İfaçı gərək həmişə formada olsun" (az.). "Mədəniyyət" qəzeti. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ 1 2 "Orqan musiqisinin mahir ifaçısı" (az.). "Mədəniyyət" qəzeti. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ ""Həsən və Güllü" dastanı" (az.). anl.az. 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.