Refiqe Nuray - Wikipedia
Rəfiqə_Nuray - Haqqında Məlumat
Rəfiqə Nuray (1942, Xaçmaz rayonu) — Azərbaycan şairi.
Rəfiqə Nuray | |
---|---|
Doğum tarixi | 1942 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
Həyatı
redaktə1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971–1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib[1].
Kitabları
redaktə- Səninlə birlikdə, 1963
- Sahildə, 1973
- Əsrin qadını, 2004