Resid Behbudov Gemi - Wikipedia
"Rəşid Behbudov" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi[1]. Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun adını daşıyır.
İnşası
redaktəGəmi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Caspian Marine Services" Alyansının sifarişinə əsasən Avstraliyanın "Austal" gəmiqayırma zavodunda inşa edilmişdir[1].
Texniki göstəriciləri
redaktəGəmi Beynəlxalq Dənizçilik konvensiyalarının tələblərinə tam səviyyədə cavab verir[1].
Tutumu 150 nəfərdir[1]. Gəmidə sərnişinlərin rahatlığı üçün yüksək şərait yaradılmış, istirahət sahələri quraşdırılmış, ən son beynəlxalq konvensiya tələblərinə uyğun səs və titrəmə izolyasiyası təmin edilmişdir[1].
Gəmidə Heydər Əliyev ilə Rəşid Behbudovun görüşləri və İlham Əliyevin iştirakı ilə dünya şöhrətli müğənninin Bakıda abidəsinin açılışı zamanı çəkilən fotolardan ibarət stend yaradılıb[1].
Bütövlükdə alüminium təbəqələrdən yığılmış katamaran tipli gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir[1]. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəmi ən müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlı mövqeləndirmə sistemi, sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi teleskopik körpü ilə təchiz olunmuşdur[1].
Fəaliyyət istiqaməti
redaktəXəzərdə neft və qaz layihələrində rəqabətqabiliyyətli, beynəlxalq standartlara uyğun yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində və sərnişinlərin, eləcə də kiçikhəcmli yüklərin dəniz platformalarına təhlükəsiz çatdırılması üçün nəzərdə tutulmuşdur[1]. Bu gəmi eyni tipli "Müslüm Maqomayev" gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirir[1].
İstismara verilməsi
redaktə"Rəşid Behbudov" gəmisinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir[1]. Dünya şöhrətli müğənninin nəvəsi Rəşid Behbudov gəminin istismara verilməsini bildirən düyməni basmışdır[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib Arxivləşdirilib 2016-11-19 at the Wayback Machine. president.az, 18.11.2016 (az.)