Rufet Zebioglu - Wikipedia
Rüfət Zəbioğlu Axundov (1932 -1983) — şair.
Rüfət Zəbioğlu | |
---|---|
Rüfət Zəbioğlu Axundov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı | SSRİ |
Uşağı | Zəbi Axundov |
Təhsili | Azərbaycan Dövlət Universiteti, M.Qorki adına Ədəbiyyat İnstitutu |
Həyatı
redaktəRüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 saylı Bakı şəhər orta məktəbində almışdır (1940-1950). Azərbaycan Dövlət Universitetinə daxil olmuş (1951), bir il sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə SSRİ Yazıçılar İttifaqının nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna dəyişilmişdir. Onun ilk şeiri ― "Bakinski raboçi" qəzetində dərc edilmişdir (1949). Şeirləri ―Azərbaycan, ― Kirpi jurnallarında, ―Ədəbiyyat və İncəsənət qəzetində müntəzəm çap olunmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktorluqla başlamışdır (1957). Sonra Azərbaycan Xalq Yaradıcılığı Evində dramaturgiya şöbəsinin müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974), Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1974-1978) işləmişdir. Bundan sonra müstəqil yaradıcılıqla məşğul olmuşdur.
Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.
Şair Rüfət Zəbioğlunun bacısı Rəna xanım Fikrət Qocanın birinci həyat yoldaşı.[1]
Kitabları
redaktə- Səslə məni‖ (1960),
- Zirvədən zirvəyə‖ (1963),
- Yollara duman çöküb‖ (1970),
- İlk beşlik‖ (1971),
- Təbəssüm‖ (1975),
- Sirr, möcüzəm‖ (1978),
Ayselim‖ (1983), ―
- Kainatla üz-üzə‖ (1983) [2]