Rovsen Humbeteliyev - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rövşən Hümbətəliyev (tam adı:Rövşən Zülfüqar oğlu Hümbətəliyev; 6 noyabr 1970, Qubadlı) — azərbaycanlı alim.
Rövşən Hümbətəliyev | |
---|---|
Rövşən Zülfüqar oğlu Hümbətəliye | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Mollu, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | riyaziyyat üzrə elmlər doktoru, professor |
Elmi dərəcəsi | riyaziyyat üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dövlət Dəniz Akademiyası |
Təhsili | Bakı Dövlət Universiteti, Odessa Milli Rabitə Akademiyası |
Həyatı
redaktəHümbətəliyev Rövşən Zülfüqar oğlu 1970-ci il noyabrın 6-da füsünkar təbiəti və tarixi şəxsiyyətləri ilə tanınan Zəngəzur mahalının Qubadlı rayonunun Aşağı Mollu kəndində fəhlə ailəsində anadan olub.
Orta təhsilinə doğma kəndində başlayan Rövşən 1978-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Sumqayıt şəhərində davam etdirmiş və 1987-ci ildə Sumqayıt şəhər 12 saylı məktəbi fərqlənmə atestatı ilə bitirmişdir.
Böyük arzular sorağı ilə böyüyən gənc ali təhsil almaq üçün Sankt-Peterburq (Leninqrad) şəhərini seçir. 1987–1990-cı illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun elektrofizika fakültəsində təhsil alır.
1990-cı ildən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirir, 1996-cı ildə oranı "riyaziyyatçı, riyaziyyat müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Elə həmin il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş, görkəmli riyaziyyatçı alim, elmdə özünün xüsusi dəst xətti olan, professor, respublikanını əməkdar müəllimi, Ukrayna Milli Elimlər Akademiyasının təsis etdiyi Boqolyubov gümüş medalçısı S. S. Mirzəyevin rəhbərliyi altında 2000-ci ildə "Bir sinif operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həlli haqqında" mövzusunda namizədlik disser-tasiyası işini müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsini almışdır.
2000–2002-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsində elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi, 2004–2012-ci illərdə isə həmin şöbədə aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ildə Riyazi analiz ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. Gənc alim öz elmi axtarışlarına ara vermədən 2013-cü ildə professor S. S. Mirzəyevin elmi məsləhətçisi olduğu, AMEA-nın akademiki Y. Ə. Məmmədovun və Rusiya Elimlər Akademiyasının müxbir-üzvü A. V. İliyinin openenti olduğu Diferensial tənliklər ixtisası üzrə "Yüksəktərtibli operator-diferen-sial tənliklər və bəzi spektral məsələlər" adlı doktorluq dissertasiyasiya işini müvəffə-qiyyətlə müdafiə edərək riyaziyyat üzrə elimlər doktoru adına layiq görülmüşdür.
O, dəfələrlə xaricdə (Rusiyada, Türkiyədə, Ukraynada və Polşada) və respublikada keçirilən Beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, 96 məqalənin (o cümlədən 36-sı xaricdə nüfuzlu jurnallarda), iki monoqraf-iyanın (o cümlədən biri Rusiya Elimlər Akademiyasının "Nauka" nəşriy-yatında), universitetlər üçün 24 dərslik və yeddi dərs proqramının müəllifidir. Bir çox beynəlxalq nüfuzlu jurnallarda çap edilən məqalələrdə alimin aldığı elmi nəticələrə istinadlar var. 2012-ci ilin mart ayından gənc alim elmi axtarışları ilə yanaşı pedaqoji fəaliyyətə başlayır. O ilk olaraq Azərbaycan Kooperasiya Universitetinin "Tətbiqi riyaziyyat" kafedrasında dosent, 2014-cü ilin noyabr ayından isə professor vəzifəsində işləmişdir. 2016-cı ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professoru Cəfər Cəfərovun dəvəti ilə "Hesablama riyaziyyatı və informatika" kafedrasında dosent vəzifəsində işləməyə başlayır. O, 2017-ci ilin mayın 31-də həmin kafedraya müdir və eyni zamanda FD 02.601 müdafiə şurasının elmi katibi vəzifəsinə təyin edilmişdir. Gənc alim öz elmi biliklərini gənc nəslə öyrədir və magistirlərə müvəffəqiyyətlə rəhbərlik edir.
Qeyd edək ki, Rövşən müəllimin elmi tədqiqatları nəinki respublikamızda, eyni zamanda xaricdə yüksək qiymətləndirilir. Qısa müddətdə pedaqoji fəaliyyət göstərməsinə baxmayaraq, artıq o xaricdə fəaliyyət göstərən elmi və pedaqoji akademiyaların diqqətini özünə cəlb etmişdir. Belə ki, onu 2015-ci ilin may ayında mərkəzi Moskvada yerləşən Beynəlxalq Pedaqoji Elimlər Akademiyasının müxbir-üzvi, noyabr ayından Nyu York Elimlər Akademiyasının həqiqi üzvü, 2016-cı ilin iyul ayından Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir-üzvi seçiblər.
Rövşən müəllimin aldığı nəticələr Avropa Elminin İnkişaf Mərkəzinin də diqqətini cəlb etmişdir.
2016-cı ilin sentyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində keçirilən beynəlxalq konfransda Avropa Elmin İnkişaf Mərkəzinin riyaziyyat sahəsində aldığı elmi nəticələrə görə təsis etdiyi "M. V. Lomonosov" adına, pedaqoji sahədə "K. Uşinski" qızıl medallarına layiq görmüşdür.
Həmin konfransda Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən elm və maariflənməyə xidmətə görə "Yekaterina Velikaya" ordeninə və Rusiyanın "Əməkdar elm və texnika xadimi" adına layiq görülmüşdür. Həmin ilin noyabr ayında Rövşən müəllimin həm İKT sahəsində, həm də riyaziyyatın tətbiqləri dair aldığı nəticələrə görə Avropa Elmin İnkişaf Mərkəzinin təsis etdiyi "Avropada keyfiyyət", "İsaak Nyuton" və "Vilhelim Leybnis" qızıl medallarına, Rusiya Təbiətşünaslıq Akademiyasının elmi qələbə və nailiyyətlərə görə "Aleksandr Velikiy" ordeninə və "Təhsildə novatorluq" qızıl medalına layiq görülmüşdür.
2017-ci ildə aparılan elmi arşdırmalarının tətbiq xarakterini nəzərə alaraq Avropa Elm Mərkəzi R. Z. Hümbətəliyevi "Alfred Nobel" qızıl medalına layiq görmüşdür.
. Elə həmin il gənc istedad Böyük Britaniya, Şotlandiya və Beynəlxalq Təbiətşünaslıq Akademiya-larının və Rusiya İnformatika Tədrisi Akademiyasının həqiqi üzvü seçilmişdir. 2017-ci ildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Kütləvi İnfotrmasiya vasitələrinin həmkarlar komitəsi tərəfindən təsis edilmiş "İlin alimi" adına layiq görülmüş və qızıl medal ilə təltif olunmuşdur. Əldə etdiyi müvəffəqiyyətlərə baxmayaraq, gənc istedad öz elmi və pedaqoji fəaliyyətini davam etdirir, aldığı elmi nəticələri respublikadan kənarda nüfuzlu jurnal-larda çap etdirir, beynəlxalq konfrans və simpoziumlarda respublikamızı müvəffə-qiyyətlə təmsil edir.
ADPU-nun həyatındakı, elm sahəsindəki səmərəli fəaliyyətinə görə "SADİQ HEYDƏRÇİ" mükafatına layiq görülmüşdür.
R. Z. Hümbətəliyev 2003-cü ildən Yeni Azərbaycan Parti-yasının üzvüdür.
2013-cü ildən Beynəlxalq "Caspian Journal of Aplied Mathematics, Economics and Ecology", 2017-ci ildən "Təh-sildə İKT", 2018-ci ildən Azərbaycan Təhsil İnstitutunun "Elmi Əsərləri" jurnallarının redaksiya heyətinin üzvüdir.
Ailəlidir. Üç övladı var.
Təhsili, elmi dərəcəsi və elmi adı
redaktə1996-cı ildə BDU – nun Mexanika – Riyaziyyat fakültəsini bitirib. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edərək (01.01.01 – Riyazi analiz ixtisası üzrə) fizika-riyaziyyat elmləri namizədi adını alıb. 2004-cü ildən dosentdir. 2013-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək (1211.02 – Diferensial tənliklər ixtisası üzrə) riyaziyyat üzrə elmlər doktoru adını alıb.
Əmək fəaliyyəti
redaktə1990 – 1991-ci illərdə Abşeron RRQ-də elektromexanik Electricians 1991 – 1992-ci illərdə Xızı RRQ-də mühəndis 1992 – 1995-ci illərdə AzTU – nun Fizika kafedrasında laborant 1995 – 1996-cı illərdə AMEA RMİ-nin Funksional analiz şöbəsində böyük laborant 1997 – 2000-ci illərdə AMEA RMİ-nin əyani aspirantı 2000 – 2004-cü illərdə AMEA RMİ-nin Funksional analiz şöbəsində böyük elmi işçisi 2004 – 2012-ci illərdə AMEA RMİ-nin Funksional analiz şöbəsində aparıcı elmi işçisi 2012 – 2016-cı illərdə AKU – nun Tətbiqi riyaziyyat kafedrasında dosent, sonra professor 2016 – 2017-ci illərdə ADPU – nun Hesablama riyaziyyatı və informatika kafedrasında dosent 2017-ci ildən ADPU – nun Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri
Tədqiqat sahəsi
redaktəOperator-diferensial tənliklər və onlar üçün qoyulmuş sərhəd məsələlərinin çəkili və çəkisiz fəzalarda həlli
Jurnalların redaksiya heyətinə üzvlük
redaktə2014-cü ildən "Caspian Journal Applied Mathematics, Economy and Ecoloqy" 2017-ci ildən "Təhsildə İKT" 2018-ci ildə Təhsil İnstitutunun "Elmi Əsərləri"
Beynəlxalq təşkilatlara üzvlük
redaktə2015-ci ildə Beynəlxalq Elmi Pedaqoji Təhsil Akademiyasına müxbir üzv seçilib 2015-ci ildə Nyu York Elimlər Akademiyasına həqiqi üzv seçilib 2016-cı ildə Rusiya Təbiətşünaslıq Akademiyasına müxbir-üzv seçilib 2016-cı ildə Beynəlxalq Təbiətşünaslıq Akademiyasına həqiqi üzv seçilib 2016-cı ildə Avropa Təbiətşünaslıq Akademiyasının Şotlandiya bölməsinin həqiqi üzvü seçilib 2016-cı ildə Avropa Təbiətşünaslıq Akademiyasının Böyük Britaniya bölməsinin həqiqi üzvü seçilib 2017-ci ildə Rusiya İnformatika Təhsili Akademiyasının həqiqi üzvü seçilib
Beynəlxalq elmi konfranslarda iştirakı
redaktə- On F-solvability of boundary value problems for a one class of operator-differential equations of high order. The XV-th International Mathematik Simpozum, Mersin, Turkey, 2002, p. 48–49.
- О гладком решении одного класса операторно-дифференциальных уравнений высокого порядка. Тезисы Вторая Международная Конференция посвященный 80-летию член-корр. РАН,проф. Л. Д. Кудрявцева,Москва, 24–26 марта,2003 г.,с.153–155.
- Существование решения одного класса операторно-дифференциального уравнения высокого порядка. Материалы Первой Международной научный Конференции "Функционально-дифференциальные уравнения и их приложения", Махачкала, 22–26 сентября, 2003 г., с.27–29.
- О существовании регулярного решения краевой задачи для одного класса операторно-дифференциальных уравнений 4-го порядка в пространствах с весом. Тезисы Х Международной конференции по математике и механике посвященной 45-летию ИММ НАНА, 5–8 мая, 2004 г., с.57
- Об обобщенном решении одного класса операторно-дифференциальных уравнений на всей оси. 50-летию со дня рождения член-корр. НАНА, проф. И. Т. Мамедова, 2005, 11–13 мая,с.77
- О разрешимости краевых задач одного класса операторно-дифференциальных уравнений в пространстве с весом. Тезисы Междунароная конференции "Функциональные пространства, теория приближений, нелинейный анализ" посвященная столетию С. М. Никольского, Москва, 23–29 мая 2005, с.91.
- Об условиях разрешимости краевых задач для одного класса операторно-дифференциальных уравнений в весовом пространстве. Тезисы XII Международной конференции по математике и механике посвященной 70-летию член-корр. НАН Азерб.,проф. Б. А. Искендерова,2006,с.70
- О некоторых свойствах регулярных голоморфных решений одного класса операторно-дифференциальных уравнений четвертого порядка. Труды Международной конференции "Современные методы физико-математических наук", 9–14 октября 2006г., Орел, Россия, с.31–35.
- On generalized solution of a class of operator-differential equations of higher order. Abstracts International Scientific Conference "Mathematical analysis differential equations and their applications", September 18–23, 2006, Uzhgorod, Ukraina, pp. 151–152.
- О нормальной разрешимости краевых задач для одного класса операторно-дифференциальных уравнений высокого порядка в весовом пространстве. Tруды международной научной конференции "Дифференциальные уравнения и смежные проблемы", 24–28 июня 2008г., г. Стерлитамак, Россия,-с.70–74.
- О разрешимости операторно-дифференциальных уравнений. Международная конференция современные методы и проблемы теории операторов игармонического анализа и их прложения – III, Растов-на-Дону, 2013, с. 56
- Some teorems for the type of entire functions. Riyaziyyatın nəzəri və tətbiqi problemləri beynəlxalq elmi konfransın materialları. Sumqayıt, 2017, s.35–37.
- Məntiqi təfəkkrün inkişafında İKT-nn rolu. Riyaziyyatın nəzəri və tətbiqi problemləri beynəlxalq elmi konfransın materialları. Sumqayıt, 2017, s.274–275. (F. B. Bayramova)
- İnformasya-kommunikasiya texnologiyalarının təhsilin keyfiyyətinə təsiri. Riyaziyyatın nəzəri və tətbiqi problemləri beynəlxalq elmi konfransın materialları. Sumqayıt, 2017, s.275–276. (C. T. Həmidov)
- Активные методы обучения на уроках информатики. Riyaziyyatın nəzəri və tətbiqi problemləri beynəlxalq elmi konfransın materialları. Sumqayıt, 2017, s.294–295. (С. А. Газиева)
- О разрешимости одного класса краевых задач. Материалы XXVI международная конференция "Математика. Экономика. Образование", Ростов-на-дону, 2018, с. 27
Seçilmiş əsərləri
redaktə- "О полноте элементарных решений одного класса операторно-дифференциальных уравнений высокого порядка". Доклады НАН. Азерб., 2002, т. LVIII,№ 5–6, c.31–34.
- "О некоторых свойствах обобщенных решений операторно-дифференциальных уравнений четвертого порядка". Доклады НАН Азербайджана, 2006, т. XLII , № 5–6, с.33–36.
- "On the existence of F-solvability of boundary value problems". International Journal Contemporary Mathematical Sciences. 2007, v. 2, № 30, pp. 1471–1480.
- "On regular solvability of boundary value problems in weight space". International Journal of Mathematical Analysis. 2007, v.1, № 25, p. 1209–1216.
- "On the existence solutions of boundary value problems for a class of high order operator-differential equations". Applied Mathematical Sciences. 2008, v.2, № 14, p. 667–678.
- "On some properties of regular holomorphic solutions of a class of higher order operator-differential equations". International Journal Contempopary Mathematical Sciences. 2008, v.3, № 12, pp. 575–58.
- "On generalized solution of a class of higher order operator-differential equations". Turkish Journal of Mathematics, 2008, v.32, № 3, p. 305–314..
- "On intrinsic compactness of regular solutions space of a class of higher order operator-differential equations". Applied Mathematical Sciences, 2008, v., № 54, p. 2665–2671.
- "О разрешимости одного класса краевых задач для операторно-дифференциальных уравнений высокого порядка". Дифференциальные уравнение,2009,т. 45, вып.10, с.1420–1428.
- "On completeness of elementary generalized solutions of a class of operator-differential equations of a higher order". Turkish Journal of Mathematics, 2009, v.33, № 4, pp. 383–396.
- "О полноте системы элементарных решений одного класса операторно-дифференциального уравнения на конечном отрезке". Доклады РАН, 2010, т. 431, № 4, с. 454–456. (Мирзоев С. С.)
- "Нормальная разрешимость краевых задач для одного класса операторно- дифференциального уравнения четвертого порядка в весовом пространстве". Дифференциальные уравнение, 2010, т. 46,вып.5, с.678–686.
- "On normal solvability of boundary value problems for operator-differential equations on semi-axis in weight space". Taiwanese Journal of Mathematics, 2011, v.15, № 4, pp. 1637–1650. (S. S. Mirzoev)
- "О регулярной разрешимости операторно-дифференциальных уравнений эллиптического типа в весовом пространстве". Вестник Чеченского Государственного Университета, выпуск 1, 2013, стр. 29–33. 5 səh. (Кулиева Ф. А.)
- "К теории операторно-дифференциальных уравнений второго порядка". Доклады РАН, 2013, т. 453, № 6, с. 610–612.5 səh. (С. С. Мирзоев, М. Д. Карааслан)
- "О полноте системы элементарных решений для одного класса операторно-дифференциальных уравнений высокого порядка в весовом пространстве". Доклад НАН Азерб., 2014, № 3, с.14–16.
- "On solvability of some boundary value problems for elliptic type operator-differential equations". Eurasian Mathematical Journal, 2015, volume 5, № 4 (2014), pp. 33–55.
Kitabları
redaktəDərslik və dərs vəsaitləri
- "İqtisadi informatikanın əsasları". Dərslik. Bakı, Kooperasiya, 2014. 336 səh. (Həmmüəlliflər: H. N. Tağıyev, F. A. Quliyeva)
- "Ehtimal nəzəriyyəsi və riyazi statistika". Dərslik. Bakı, Kooperasiya nəşriyyatı, 2015, 239 səh. (Həmmüəllif: F. A. Quliyeva)
- "Proqramlaşdırma texnologiyalarında hesablama üsulları". Dərslik. Bakı, Zərdabi "LTD MMC" nəşriyyatı, 2015. 239 səh. (Həmmüəlliflər: M. F. Mehdiyev, Ş. İ. Cəbrayılov, T. V. Şirinov)
- "Alqoritmləşmənin əsasları və proqramlaşdırma". Dərslik. Bakı, Kooperasiya nəşriyyatı, 2015. 190 səh. (Həmmüəllif:F. A. Quliyeva)
- "Tətbiqi proqram paketləri". Dərslik. Bakı, Kooperasiya nəşriyyatı, 2015. 225 səh. (Həmmüəlliflər:F. A. Quliyeva, S. İ. Quliyeva)
- "Əməliyyat sistemləri". Dərslik. Bakı, Kooperasiya nəşriyyatı, 2015. 231 səh. (Həmmüəlliflər:F. A. Quliyeva, S. İ. Quliyeva)
- "İnformatikadan çalışma və məsələlər". Metodiki vəsait. Bakı, "Politex" MMC mətbəəsi, 2015. 77 səh. (Həmmmüəlliflər:G. İ. Qasımova, B. Z. Fərzəliyeva)
- "İnformatika və hesablama riyaziyyat". Dərslik. Bakı, "Politex" MMC mətbəəsi, 2015. 150 səh. (Həmmüəllif. B. Z. Fərzəliyeva)
- "Riyazi məsələlərin hesablama üsulları ilə həlli". Dərs vəsaiti. Bakı, ADPU-nun mətbəəsi, 2016.255 səh. (Həmmüəlliflər:G. İ. Qasımova, C. O. Nəbiyeva)
- "İnformatikanın nəzəri əsasları və bəzi təqribi hesablama üsulları". Dərs vəsaiti. Bakı, ADPU-nun mətbəəsi, 2016. 316 səh. (Həmmüəlliflər:G. İ. Qasımova, C. O. Nəbiyeva)
- "Proqramlaşdırma dilləri. Dərs vəsaiti. Bakı, Elm və təhsil nəşriyyatı, 2017, 232 səh. (Həmmüəlliflər:H. N. Tağıyev, E. N. Bayramova)
- "Riyazi iqtisad". Dərs vəsaiti, Bakı, Kooperasiya, 2017, 395 səh. (Həmmüəlliflər:F. A. Quliyeva, A. T. Qarayeva)
- "Riyazi proqram paketləri". Dərs vəsaiti, Bakı, Kooperasiya, 2017, 180 səh. (Həmmüəlliflər:F. A. Quliyeva, A. T. Qarayeva, F. B. Bayramova)
- "İnformatikanın tədrisi metodikası". Dərs vəsaiti, Bakı, Elm və təhsil nəşriyatı, 2017, 128 səh. (Həmmüəlliflər:G. İ. Qasımova, S. A. Həziyeva)
- "İnformatika (Tətbiqi proqramlar)". Dərs vəsati, Bakı, Elm və təhsil nəşriyyatı, 2017, 176 səh. (Həmmüəlliflər:S. Quliyeva, C. Nəbiyeva, G. Qasımova)
- "İnformatikanın əsasları və proqramlaşdırma". Dərs vəsaiti, Elm və təhsil nəşriyatı, 2017, 244 səh. (Həmmüəlliflər:H. Tağıyev, E. Alıyeva, X. Rzayeva, İ. Pənahova)
- "Alqoritmlər nəzəriyyəsi". Dərslik, Bakı, Elm və təhsil nəşriyatı, 2018, 104 səh. (Həmmüəllflər:H. Tağıyev, A. Sadiqov, H. Əhmədov)
- "İnformatika və təhsildə İKT". Dərs vəsaiti, Bakı, Elm və təhsil nəşriyyatı, 2018, 256 səh. (Həmmüəlliflər:A. Quliyev, Ç. Həmzəyev, K. Qasımova, A. Sadiqov)
- "Hesablama texnikasının əsasları və qrafiki redaktorlar". Dərs vəsaiti, Bakı, Elm və təhsil nəşriyyatı, 2018, 147 səh. (Həmmüəlliflər:S. Səfiyeva, S. Həziyeva, F. Bayramova)
- "Kompüter riyaziyyatının tədrisi metodikası". Dərs vəsaiti, Bakı, Elm və təhsil nəşriyyatı, 2018, 248 səh. (Həmmüəlliflər:G. Qasımova, A. Bünyatov, N. Həsənova, Q. Bəşirova)
- "Kompüter texnikasının tarixi və metodologiyası". Dərs vəsaiti, Bakı, ADPU nəşriyyatı, 2018, 147 səh. (Həmmüəlliflər:S. Cəbrayılzadə, Z. Tağıyeva, A. Quliyev, S. Şabanova)
- Informatika və İKT laboratioriya işlərinə dair praktikum (Fizika müəllimliyi ixtisası üzrə). 2018, ADPU nəşriyyatı, 122 səh.
- Лабораторный практикум по предмету "Информатика и ИКТ" (для специальности по технологии). 2018, ADPU nəşriyyatı, 172 səh.
- Лабораторный практикум по предмету "Информатика и ИКТ" (для специальности по физике). 2018, ADPU nəşriyyatı, 172 səh.
- MS Access, 2018, ADPU nəşriyyatı, 156 səh, (Həmmüəllifləri-S. C. Cəbrayılzadə)
- Virtual Təlim Sistemləri. 2018, Elm və Təhsil nəşriyyatı, 108 səh. (Həmmüəllifləri-A. Buniyatov, N. Həsənova və s.)
- Riyazi məsələlərin həllində proqramlaşdırmanın tətbiqi metodikası. Elm və Təhsil nəşriyyatı, 126 səh. (Həmmüəllifləri-X. Rzayeva və s.)
- İnformatika I, II. 2018, ADPU nəşriyyatı, 228 səh, (Həmmüəllifləri-K. Mirzəyeva, R. Cəlilova)
Monoqrafiyaları
redaktə- "On the existence of solution of boundary value problems". Monoqr. "HIKARI LTD", Sofia, 2008. 98 səh.
- "О разрешимости краевых задач для операторно-дифференциальных уравнений и некоторые спектральные задачи". Monoqr. Москва, "Наука", 2014, 172 с.