Qvineya Konstitusiya Referendumu 2001 - Wikipedia
Qvineya_konstitusiya_referendumu_(2001) - Haqqında Məlumat
Konstitusiya referendumu Qvineyada 11 noyabr 2001-ci ildə keçirilmişdir. O Qvineyanın yeni Konstitusiyasının qəbul edilməsinə aid idi, hansı ki, prezidentlik müddətinin say məhdudiyyətini aradan qaldırırdı və 5 il olan müddət davamlığını 7-yə qədər artırırdı.[1] Konstitusiya 98,36 % səs ilə təsdiq olunmuşdur. Müxalifətin referendumu boykot etmək çağırışına baxmayaraq[2], seçicilərin 87,2 % iştirak etmişdir[1].
Referendumun nəticəsində prezident Lansana Konte qeyri-məhdud sayda seçilmək imkanını aldı ki, bu onun müxalifətlə münasibətlərini daha da çox kəskinləşdirdi.
Nəticələr
redaktəSeçim | Səslər | % |
---|---|---|
Lehinə | 3,644,653 | 98.36 |
Əleyhinə | 60,769 | 1.64 |
Etibarsız səslər | 52,968 | – |
Ümumi | 3,758,390 | 100 |
Qeydə alınmış seçicilər / iştirakçılar | 4,310,081 | 87.20 |
Mənbə: African Elections Database |
İstinadlar
redaktə- ↑ 1 2 Elections in Guinea Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine African Elections Database
- ↑ Guinea Timeline Arxivləşdirilib 2009-01-12 at the Wayback Machine BBC News