Quyudere Xestab - Wikipedia
Quyudərə_Xəştab - Haqqında Məlumat
Quyudərə Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.[1]
Quyudərə Xəştab | |
---|---|
39°10′18″ şm. e. 46°33′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 750 m |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Quyudərəxəştab kəndi dağətəyi ərazidədir. Oykonim quyu, dərə və kürd mənşəli xəştab (səkkiz bulaq) sözlərinin birləşməsindən yaranmışdır. Türk dillərində quyu ham da “dib”, “atak”, “aşagi” mənalarında işlənir. Bütovlükdə oykonim “dərənin dibindəki sakkiz bulaq” mənasındadır. Keçmişdə burada Xəştab adlı iki kənd vardı. Fərqləndirilməsi üçün biri Sarılıxəştab (Sarılı kəndinin yaxınlığındaki Xəştab), digəri isə Quyudərəxəştab (Quyudərə adlı yerdəki Xəştab) adlanmışdır.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Quyudərə Xəştab // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |