Qustav Kirxhof - Wikipedia
Qustav Robert Kirxhof (alm. Gustav Robert Kirchhoff; 12 mart 1824[1][2][…], Köniqsberq[2][4] – 17 oktyabr 1887[1][2][…], Berlin, Almaniya Federativ Respublikası[2][4]) — Almaniya fiziki. O, Berlin Elmlər Akademiyasının üzvü (1840),[6] London Kral Cəmiyyətinin xarici üzvü (1863),[7] Sankt-Peterburq Elmlər Akademiyasının (1854)[8] və Paris Elmlər Akademiyasının (1864)[9] müxbir üzvü olmuşdur.
Qustav Kirxhof | |
---|---|
alm. Gustavo Robert Kirchhoff | |
Doğum tarixi | 12 mart 1824[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 oktyabr 1887[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika, mexanika |
İş yerləri |
|
Təhsili | |
Tanınmış yetirmələri | Sofiya Kovalevskaya[5] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1846-cı ildə Köniqsberq universitetini bitirmişdir. Breslau (1850) və Heydelberq (1854) universitetlərinin professoru olmuşdur. Riyaziyyat kafedrasına rəhbərlik etmişdir. 1875-ci ildən Berlin Universitetində fizika kafedrasına rəhbərlik etmişdir. Əsas elmi işləri optika, elektrodinamika və mexanikaya həsr olunmuşdur. O, 1847-ci ildə Kirxhof qanunları kimi tanınan geniş elektrik dövrəsində elektrik cərəyanlarının paylanması qanunlarını təyin etmişdir. Kondansatorun boşaldılması və elektrik induksiyası tədqiq edilmişdir. Mexanika sahəsində mexaniki deformasiyanı, elastik cisimlərin mexaniki tarazlığını və hərəkətini, maye axınını öyrənmişdir. O, 1859-cu ildə Kirxhof şüalanma qanunu kimi tanınan istilik şüalanmasının əsas qanunlarından birini tərtib etmiş, fizikaya mütləq qara cisim anlayışını daxil etmişdir. 1859-cu ildə Robert Bunzen ilə birlikdə spektral analizin əsasını qoymuş, 1860-cı ildə sezium və 1861-ci ildə rubidiumu kəşf etmişdir. O, 1860-cı ildə spektrlərin tərsinə çevrilməsi qaydasını qurmuş və Günəşin spektrində Fraunhofer xətlərinin görünüşünü izah etmiş, onun atmosferinin kimyəvi tərkibini təyin etməyə cəhd göstərmişdir.[10]
Əsərləri
redaktə- Gesammelte Abhandlungen (alman). Leipzig: Johann Ambrosius Barth. 1882.
- Vorlesungen über Electricität und Magnetismus (alman). Leipzig: Benedictus Gotthelf Teubner. 1891.
- Vorlesungen über mathematische Physik. 4 vols., B. G. Teubner, Leipzig 1876–1894.
- Vol. 1: Mechanik. 1. Auflage, B. G. Teubner, Leipzig 1876 (online).
- Vol. 2: Mathematische Optik. B. G. Teubner, Leipzig 1891 (Herausgegeben von Kurt Hensel, online).
- Vol. 3: Electricität und Magnetismus. B. G. Teubner, Leipzig 1891 (Herausgegeben von Max Planck, online).
- Vol. 4: Theorie der Wärme. B. G. Teubner, Leipzig 1894, Herausgegeben von Max Planck[11]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Гершун А. Кирхгоф, Густав Роберт (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1895. Т. XV. С. 147.
- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).
- ↑ Ковалевская, Софья Васильевна (rus.). // Русский биографический словарь СПб: 1903. Т. 9. С. 20–21.
- ↑ Robert (Gustav Robert) Kirchhoff Arxivləşdirilib 2020-06-14 at the Wayback Machine (alm.)
- ↑ Kirchhoff; Gustav Robert (1824 - 1887) // London Kral Cəmiyyətinin saytı (ing.)
- ↑ Профиль Густава Роберта Кирхгофа Arxivləşdirilib 2020-06-14 at the Wayback Machine на официальном сайте РАН
- ↑ Les membres du passé dont le nom commence par K Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine (fr.)
- ↑ "КИ́РХГОФ". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
- ↑ Merritt, Ernest. "Review of Vorlesungen über mathematische Physik. Vol. IV. Theorie der Wärme by Gustav Kirchhoff, edited by Max Planck". Physical Review. American Physical Society. 1895: 73–75.
Əlavə ədəbiyyat
redaktə- Колчинский И. Г., Корсунь А. А., Родригес М. Г. Астрономы: Биографический справочник. — 2-е изд., перераб. и доп. Киев: Наукова думка. 1986.
- Кирхгоф (Kirchhoff) Густав Роберт // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. 624 ст.
Xarici keçidlər
redaktə- Vikianbarda Qustav Kirxhof ilə əlaqəli mediafayllar var.
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //