Qusar Dovlet Lezgi Dram Teatri - Wikipedia
Qusar Dövlət Ləzgi Dram Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 3 iyul 1992 |
Teatr binası | |
Açılıb | 3 aprel 1993 |
Yerləşməsi | |
Ölkə | |
Yerləşir | Qusar |
Haqqında
redaktəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 nömrəli Qərarına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 nömrəli əmrinə əsasən Qusar rayonunda Dövlət Ləzgi Dram Teatrı yaradılmışdır. Teatr Qusar rayon mədəniyyət evinin binasında yerləşdirilmişdir. Teatrın rəsmi açılışı 3 aprel 1993-cü ildə A. Figeyredonun "Ezop" tamaşası ilə olmuşdur.
Fəaliyyəti
redaktə2000-ci ildə teatra yeni direktor – Rəhimxan Qaraxanov təyin edilmişdir. Azərbaycan müəlliflərindən Ə. Haqverdiyevin, C. Cabbarlının, İ. Əfəndiyevin, S. Rəhmanın, Elçinin, F. Mustafanın, İ. Məlikzadənin, Ə. Əmirlinin əsərlərini ləzgi dilinə tərcümə etmiş, teatrın repertuarında olan bir çox tamaşalara quruluş vermiş, aktyor kimi çıxış etmişdir.
Bu müddət ərzində 55 yeni tamaşa hazırlanmışdır: N. B. Vəzirov "Ağa Kərim xan Ərdəbili", S. S. Axundov "Tamahkar" (dövlət sifarişi 2007), S. Rəhman "Yalan". İ. Əfəndiyev "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Atayevlər ailəsi", Elçin "Qatil", "Mənim ərim dəlidir", Hidayət "Məni qınamayın", Ə. Əmirli "Onun iki qabırğası", "Varlı qadın", Ə. Səmədli "İmam Şamil", M. Əlizadə "Dağ çiçəyi", A. Məmmədov "Həmyerlilər" və s. 2010-cu ildə N. B. Vəzirovun "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərinin dövlət sifarişi ilə hazırlanması nəzərdə tutulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin vəsadətinə əsasən R. Qaraxanov 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.
Qusar teatrı may ayının 14-də Ə. Əmirlinin "Varlı qadın" tamaşası ilə Milli Teatr Festivalında uğurla iştirak etmişdir.
Teatrda ştat cədvəli üzrə 63,5 nəfər işçi çalışır. Onlardan 5 nəfər rəhbərlik, 22 nəfər artist heyəti, 8 nəfər bədii heyət, 28,5 texniki heyətdir. Hazırda teatr Faiq Qardaşov rəhbərlik edir.