Qumbasi - Wikipedia
Qumbaşı - Haqqında Məlumat
Qumbaşı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1]
Qumbaşı | |
---|---|
38°56′17″ şm. e. 48°47′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1288 (2009) nəfər |
Coğrafi mövqeyi
redaktəQumbaşı Lənkəran rayonunun Xəzər şəhər inzibati ərazi vahidində kənddir. Xəzər dənizi sahilində, Lənkəran ovalığında yerləşir. Kəndin ərazisindən Qumbaşı çayı Xəzər dənizinə tökülür. Ələt-Astara dəmir yolu xətti kəndin içərisəndən keçir. Kəndin ərazisində 1 məktəb, 1 məscid, 1 tibb məntəqəsi və birneçə kiçik dükkanlar fəaliyyət göstərir.
Əhalisi
redaktəƏhalisi 1288 nəfərdir.[2]
Toponimiyası
redaktəBəzi mülahizələrə görə, Qumbaşı ensiz boğaz vasitəsilə dənizlə birləşən axmazın-murdabın adındandır. Digər tədqiqatlara görə, Qumbaşı kəndinin yerləşdiyi ərazi dənizə yaxın hündür qumluqdan ibarət olduğu üçün belə adlanıb.[3]