Quba Mahali - Wikipedia
Quba_mahalı - Haqqında Məlumat
Quba mahalı — Quba xanlığında mahal. İndiki Quba, Xaçmaz və Qusar rayonlarının böyük hissəsini əhatə edirdi.
Xanlığın ən böyük mahalı Quba mahalı idi. Quba mahalı çox iri olduğuna görə iki naib tərəfindən idarə olunurdu. Sırt və Tip mahallarını əhatə edirdi. Quba mahalında dağlıq kəndlərin sakinləri torpaq əkinçilik üçün o qədər yararlı olmadığına görə arpadan savayı heç nə əkmirdilər. Bu kəndlərdə maldarlıq və arıçılıq əsas məşğuliyyət sahəsi idi. Quba mahalının düzənlik hissəsində taxılın bütün növləri əkilirdi. Digər mahallardan fərqli olaraq Quba mahalında əhalidən alınan vergilərdə güzəştlər tətbiq edilirdi.
Kəndlər
redaktəTanınmışları
redaktəİstinadlar
redaktəMustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.