Qrinvic Adasi - Wikipedia
Qrinviç adası (ing. Greenwich), həmçinin Berezina adası kimi tanınır — Cənubi Şetland adaları qrupuna daxil olan ada. Livinqston adası ilə Robert adası arasında yerləşir. Quru sahəsinin ümumi sahəsi 142,7 km²[1] təşkil edir.
Qrinviç adası | |
---|---|
ing. Greenwich Island | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 142,7 km² |
Uzunluğu |
|
Eni | 10 km |
Hündür nöqtəsi | 625 m |
Əhalisi |
|
Yerləşməsi | |
62°31′00″ c. e. 59°47′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Arxipelaq | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəAdV 19 fevral 1819-cu ildə britaniya briqası olan Villiamsın kapitanı Viliyams Smit tərəfindən kəşf edilmişdir. İlk dəfə kartoraqfik xəritəsini Edvard Bransfild 1820-ci ilin yanvarında tərtib etmişdir. Birinci Rus Antarktika ekspedisiyası zamanı Faddey Bellinshauzen tərəfindən 1812-ci ildəki hadisələrlə əlaqədar Berezina adlandırmışdır[2].
XIX əsrin sonlarından ХХ əsrin birinci yarısına qədər ovçuları balina və suitikimilərə görə özünə cəlb edirdi. Adaya rəsmi olaraq Böyük Britaniya və Argentina iddia edirdi. Üstəlik Rusiya və ABŞ tərəfindən belə ərazi iddiası mövcud olmuşdur. 1961-ci ildə imzalanan müqaviləyə əsasən Cənubi Şetland adaları rəsmən heç bir ölkəyə mənsub deyil.
6 fevral 1947-ci ildən adada Çiliyə məxsus olan qütb stansiyası fəaliyyət göstərir. 1957–1959 və 1963–1964 illər ərzində adaya britaniya ekspedisiyalar təşkil edtmişdir. 1990-cı ilin martında Ekvador antarktika proqramı çərçivəsində stansiya fəaliyyətə başlamışdır. 2004–2005 illərdə adanı Bolqarstan Antarktika ekspedisiyası tətqiq etmişdir.
Təbiət
redaktəAda vulkan məşhəllidir. Onun ərazisinin böyük hissəsi buzla örtülü qaqayalıqlardan ibarətdir. Adanın ən hündür nöqtəsi cənub-şərqdə yerləşən Momçil dağıdır (625 m.).
İqlimi antarktik sərindir. Bitki örtüyü olduqca kasıbdır. Əsasən antarktik tundra bitkilərini müşahidə etmək olar. Adada çoxlu sayda dəniz quşları yuva qurur.
Əhali
redaktəAdada daimi yaşayış yoxdur.
İstinadlar
redaktə- ↑ L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands Arxivləşdirilib 2008-04-24 at the Wayback Machine. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4
- ↑ William James Mills. Exploring polar frontiers : a historical encyclopedia. — ABC-CLIO, Inc, 2003. — P. 279–280. — 844 p. — ISBN 1-57607-422-6.